Aprel 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASINDA DEJAN KALUDJEROVİÇİN 'MÜSAHİBƏLƏR – AZƏRBAYCAN' FƏRDİ SƏRGİSİ

27 Noy - 19 Yan 15

Dejan Kaludjerović "Müsahibələr – Azərbaycan" fərdi sərgisi

27 noyabr 2014 – 19 yanvar 2015

YAY Qalereyası, Bakı, Azərbaycan


YAY Qalereyası 27 noyabr 2014-ci ildən 19 yanvar 2015-ci ilə kimi Dejan Kaludjeroviçin Müsahibələr – Azərbaycan adlı fərdi sərgisini təqdim edir. 

Dejan Kaludjeroviç sabiq Yuqoslaviyanın paytaxtı Belqradda dünyaya göz açıb. Çeşidli təsviri sənət sahələrində əldə etdiyi nailiyyətlərə görə ona Avstriyanın fəxri vətəndaşı adı verilib. Vyanada Tətbiqi Sənət Akademiyasında oxuduğu sinfin rəhbəri Ervin Vurm olmuşdur. Təsviri sənət üzrə magistr dərəcəsini 2004-cü ildə Belqrad İncəsənət Akademiyasında alıb.

Şəxsiyyətin formalaşmasını, təmsilçilik formalarının sabitliyini təhlil etmək məqsədilə Dejan Kaludjeroviç elə 1990-cı illərin ortalarından – peşə karyerasının Belqradda başlandığı vaxtdan öz yaradıcılığını istehlakçı yanaşmanın uşaqlıq dövrü ilə necə uzlaşdığının tədqiqata çevirdi. Onun yaratdığı rəngkarlıq və qrafika işləri, obyekt, video-film və instalyasiyalar, əksər hallarda, müəyyən təkrar işlənmə proseslərini, surət çıxarmanı, hərəkətlərin təkrarlanmasını əks etdirirlər. Mexaniki çoxalmanı təqlid edən cizgilərlə o, populyar mədəniyyətə hopdurulmuş darıxdırıcı yeknəsəqliyi tənqid edir.

Kaludjeroviçin əsərləri bir çox şəxsi və dövlət kolleksiyalarında yer alıblar, o cümlədən MUSA, KONTAKT, STRABAG, Vyanadakı Artothek des Bundes, Zaltsburqdakı Museum der Moderne, October Salon Collection, Belqrad Şəhər Müzeyi, Berlindəki APT və s. kolleksiya və muzeylərdə nümayiş etdirilir.


Bu layihə SOCAR Dövlət Neft Şirkəti və Avstriyanın Azərbaycandakı Səfirliyinin dəstəyi və birgə əməkdaşlığı ilə təşkil edilmişdir.


Dejan Kaludjeroviç sabiq Yuqoslaviyanın paytaxtı Belqradda dünyaya göz açıb. Çeşidli təsviri sənət sahələrində əldə etdiyi nailiyyətlərə görə ona Avstriyanın fəxri vətəndaşı adı verilib. Vyanada Tətbiqi Sənət Akademiyasında oxuduğu sinfin rəhbəri Ervin Vurm olmuşdur. Təsviri sənət üzrə magistr dərəcəsini 2004-cü ildə Belqrad İncəsənət Akademiyasında alıb.

Şəxsiyyətin formalaşmasını, təmsilçilik formalarının sabitliyini təhlil etmək məqsədilə Dejan Kaludjeroviç elə 1990-cı illərin ortalarından – peşə karyerasının Belqradda başlandığı vaxtdan öz yaradıcılığını istehlakçı yanaşmanın uşaqlıq dövrü ilə necə uzlaşdığının tədqiqata çevirdi. Onun yaratdığı rəngkarlıq və qrafika işləri, obyekt, video-film və instalyasiyalar, əksər hallarda, müəyyən təkrar işlənmə proseslərini, surət çıxarmanı, hərəkətlərin təkrarlanmasını əks etdirirlər. Mexaniki çoxalmanı təqlid edən cizgilərlə o, populyar mədəniyyətə hopdurulmuş darıxdırıcı yeknəsəqliyi tənqid edir.

Kaludjeroviçin əsərləri bir çox şəxsi və dövlət kolleksiyalarında yer alıblar, o cümlədən MUSA, KONTAKT, STRABAG, Vyanadakı Artothek des Bundes, Zaltsburqdakı Museum der Moderne, October Salon Collection, Belqrad Şəhər Müzeyi, Berlindəki APT və s. kolleksiya və muzeylərdə nümayiş etdirilirıər. 

Onun əsərləri Avropada, ABŞ-da, Avstraliyada və Asiyada dünya miqyaslı qrup və fərdi sərgilərdə nümayiş etdirilib: Artium Museum, İspaniya; Kunstlerhaus Vyana; Santa Maria delle Croci Ravenna (fərdi); Belqrad Müasir İncəsənət Muzeyi (fərdi); 1-ci və 4-cü Beynəlxalq Pekin İncəsənət Biennalesi; CAC Vilnüs, Voyevodina Müasir İncəsənət Muzeyi; Cittadellarte-Fondazione Pistoletto, İtaliya; Essl Museum (fərdi); Tokio Möcüzələr Məkanı – Müasir İncəsənət İnstitutu; Kunstpavillion İnnsbruk; 28-ci Beynəlxalq Lyublyana Qrafika Sənəti Biennalesi; Kunsthalle Krems; 43-cü, 44-cü, 45-ci, 46-cı və 55-ci Beynəlxalq Oktyabr Sərgisi, Belqrad; Sent-Etyen Müasir İncəsənət Muzeyi; 2-ci Buxarest Gənc Rəssamlar Biennalesi; Landesgalerie Linz am OÖ Landesmuseum, Linz; Praqa Kvadriennalesi və Manifesta 4 (arxiv layihəsi), Frankfurt, Almaniya.
Sazmanab Müasir İncəsənət Mərkəzinin (Tehran, İran) 2015-ci il üçün Art-Rezident proqramını qazanıb, həmçinin YARAT-ın (Bakı, Azərbaycan) 2014-cü il üzrə Art-Rezidenti – yaradıcı ezam-sakinidir. 55-ci Beynəlxalq Oktyabr Sərgisinin (Belqrad, 2014) mükafatını qazanıb. 2011-ci ilin Atelier Tokyo qalibidir (Bundesministerium für Unterricht, Kunst und Kultur tərəfindən təmin olunan 6-aylıq emalatxana və səfər təqaüdü). 2008-ci ilin CEC ARTSLINK qalibidir (Şərqi Avropa ölkələrinin menecerləri və rəssamları üçün təşkil olunan bu proqram çərçivəsində ABŞ-ın Santa-Monika şəhərindəki “18-ci küçə” İncəsənət Mərkəzinə Art-Rezident ezamiyyəti də nəzərdə tutulmuşdu). 2005-ci ildə Cittadellarte – Fondazione Pistoletto (İtaliya) tərəfindən təqdim olunan Unidee Art-Rezident proqramını və 2002-ci ildə Kultur Kontakt (Vyana, Avstriya) tərəfindən təqdim olunan 3-aylıq Art-Rezident proqramını qazanıb.

Yaşayıb çalışdığı yer Vyana və Belqrad şəhərləridir.


Opening day: 27th November, 2014 at 19:00.

Enter free.

Exhibition will be held till 19 January 2015.

Opening hours: 12:00 > 20:00 (except Monday)

Address: Icheri Sheher, Kichik Qala str. 5 (in front of A.Vahid sculpture) 

Telephone: 012 505 2323

E-mail: info@yaygallery.com


FACEBOOK

KATALOQU YUÜKLƏ

YAY QALEREYASI

Yüklənir