May 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YARAT CONTEMPORARY ISTANBUL 2014 SƏRGİSİNDƏ

13 Noy - 16 Noy 14

Contemporary Istanbul

YARAT Orxan Hüseynovun video əsərini təqdim edir

13-16 noyabr 2014

/ Stend: IKM 807 /


Bakıda (Azərbaycan) yerləşən YARAT qeyri-kommersiya təşkilatı 2014-cü ilin noyabr ayında keçiriləcək Contemporary Istanbul (“Müasir İstanbul”) beynəlxalq incəsənət sərgisində iştirak edəcəyi barədə məmnuniyyətlə xəbər verir. YARAT-ın təqdimatında Orxan Hüseynovun (1978-ci il təvəllüdlü) 2007-ci ildə çəkdiyi video-film nümayiş etdiriləcək. KİV-lərə məxsus münaqişə təsvirlərini hədəfə alan bu film “30 fevral müharibəsi” adlanır. 

Orxan Hüseynovun video-filminin təqdimatı sərginin qeyri-kommersiya qurumları seksiyasının tərkib hissəsidir. Həmin seksiyada iştirak etmək üçün bu il on üç incəsənət təşkilatı dəvət olunub.

“30 fevral müharibəsi”nə gəldikdə, bu filmində Orxan Hüseynov heç vaxt baş verməmiş, uydurma bir müharibənin dırnaq arasında “sənədli” kadrlarını yartmağa müvəffəq olmuşdur. Sənətkar Bakının tutqun səmalı sənaye guşələrinin görüntülərinə vahiməli atışma səslərini əlavə etməklə canlı şahidlərin və cəbhə müxbirlərinin video-reportaj üslubunu məharətlə yamsılaya bilmişdir. Video-montaj prosesi əsnasında yürüdülə bilən yalanları tədqiq edən bu film yayımlanan kino və video materialların mütləq həqiqət olduğunu sual altına alır. Filmin adı da təqvimlərdə olmayan bir tarixə istinad etməklə ona işarə verir ki, bu videonun inandırıcı kadrlarında təsbit olunmuş “hadisə” əslində sənətkarın təxəyyülündən başqa bir şey deyil.

Azərbaycan sənətkarlarının son illərdə tanınıb ad qazanmış yeni nəslindən olan Orxan Hüseynov Bakıda yaşayıb yaradır. O, 2011-ci ildə YARAT-ın təsis olunduğu vaxtdan başlayaraq, bu qurumun müxtəlif layihələrində əməkdaşlıq edib, o cümlədən 2013-cü il Venesiya Bienallesinin Love Me, Love Me Not (“Sevir-Sevmir”) layihəsində iştirak edib. 2014-cü ildə Orxan Hüseynovun sənət əsərləri Slavs and Tatars (Slavyanlar və Tatarlar) təşkilatı tərəfindən Art-Dubay sərgisinin “Marker” bölümünə (qeyri-kommersiya təşkilatlar üçün) seçildi, eləcə də Vyana İncəsənət Yarmarkasının “Fokus” sərgisində (qeyri-kommersiya təşkilatları üçün) nümayiş olundu.

YARAT təşkilatı ikinci bir layihəsini də Contemporary Istanbul sərgisinə özünün kommersiya-əsaslı YAY qalereyası adından təqdim edəcək (YARAT tərəfindən 2012-ci ildə təsis edilmiş bu qalereyanın fəaliyyəti Azərbaycanın və xarici ölkələrin rəssamları ilə ilk tanışlıq layihələrinə yönəlib. İstənilən sənət əsərinin satışından burada əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür). YAY qalereyasının stendində Sənan Ələsgərovun yaratdığı silsilə fotoları və Çingiz Babayevin yaratdığı heykəltəraşlıq əsərləri sərgilənəcək. (Daha ətraflı: www.yaygallery.com


Contemporary Istanbul haqqında

Contemporary Istanbul möhtəşəm beynəlxalq incəsənət sərgisi olmaqla hər kəsin diqqətini bu ucu-bucağı görünməyən, bənzərsiz şəhərin sənət mənzərəsinə çəkir. 2014-cü ildə Contemporary Istanbul artıq 9-cu dəfə keçiriləcək. Bu ilin sərgi tədbirləri 13-16 noyabr tarixlərində İstanbul Konqres Mərkəzində (Istanbul Congress Centre – ICC) və İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında (Istanbul Convention and Exhibition Centre – ICEC) düzənlənəcək. 


İnformasiya

Tarix
12 Noyabr 2014 / sərgiyə baxış (dəvətnamə ilə)
13 - 16 Noyabr 2014 / sərgi (hamı üçün)

Ziyarət saatları
13 - 16 noyabr 2014 11:00 - 20:00

Giriş ödənişlidir
Müntəzəm - 20,00 TL (7 EUR)
Tələbələr üçün - 12,00 TL (4 EUR)
 


CONTEMPORARY ISTANBUL

FACEBOOK EVENT

Yüklənir