May 2024

YARAT Vienna Fair The New Contemporary tədbirində iştirak edir

02 Okt - 05 Okt 14

YARAT təqdim edir

"Adiliyin şeriyyatı" 

VIENNAFAIR The New Contemporary 

2-5 oktyabr 2014

Müasir incəsənət sahəsində fəaliyyət göstərən “YARAT” qeyri-kommersiya təşkilatı 2014-cü ildə keçirilən “VİENNAFAİR The New Contemporary” tədbiri çərçivəsində təşkil olunan “VİENNA Focus” sərgisində iştirak edəcək. “YARAT” təşkilatı təqdim olunan layihə çərçivəsində Bakının baxımsız və köhnə şəxsi tikililərlə dolu olan ərazisində aparılan bərpa prosesinə müşahidəçi gözü ilə əsərlər yaratmış üç rəssamın işlərini nümayiş edəcək.Cəmiyyət, dəyişikliklər və həsrət mövzuları ilə bağlı video, fotoşəkil və instalyasiyalar Sənan Ələsgərov, Aidə Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunur.  

2014-cü ildə Avstriyanın “VIENNAFAIR” adlı ən böyük müasir incəsənət yarmarkası özünün 10 illiyini qeyd edir. Həmin yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır.Bu il yarmarkanın əhatə etdiyi coğrafiya genişləndi və təqdim olunan ölkələr sırasında Azərbaycan da təmsil olunur. Sərginin “VIENNA Focus” bölməsi müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiyalar üçün nəzərdə tutulub; Azərbaycan müasirincəsənətini bu ilki tədbirdə “YARAT” təşkilatı təmsil edir. 

Hələ Sovet dövründən Sovetskaya küçəsi nizamsız tikintinin aparılması səbəbindən əksər hallarda bir-birinə sıxılmış alçaq tikililəri,ensiz yolları və dalanlarıilə tanınırdı. Sovetlər dönəmininərzaq və əşya qıtlığı dövründə  “qara bazar” məhz bu ərazidə geniş yayılmışdı. Sovetskaya adı ilə məhşur olan bu ərazi və onun sakinləri şəhər həyatı və tarixi ilə sıx bağlı olublar, onun ayrılmaz hissəsi idilər. Ümumi baxımsızlıq və abadsızlıqla yanaşı, burada daş evlərin, köhnə taxta qapıların və ev əşyalarının gözəlliyini və zərifliyini duymaq, habelə qonşuya daima kömək etməyə hazır olan cəsur, şücaətli və xeyirxah insanları görmək olardı.  “VIENNAFAIR” The New Contemporary” tədbirində “YARAT” Təşkilatı adından çıxış edənrəssamlar Bakı mənzərəsinin müasirləşməsinə cavab olaraq “Adiliyinşeriyatı” mövzusunda  sərgini təqdim edəcəklər.

 


1956-cı il təvəllüdlü Sənan Ələsgərov Bakının unudulmuş məkanlarınıözünəməxsus baxışla təsvir edir. Uzun illərdir fotoşəkil sənəti sahəsində çalışan Sənan Ələsgərov əsasən portret sənəti və fotojurnalistika ilə məşğul olur, ağ-qara şəkillərin çəkilməsinə üstünlük verir. Onun yeni silsilə fotoşəkil seriyasında boş küçələr, telefon dirəkləri və köhnə içməli su fəvvarələri kimi əski, dağıdılan “abidələr”ə diqqət yetirilib, silsilənin birinci şəklində dam örtüyü təsvir olunan əraziyə məxsus şəhər landşaftı təqdim olunub.

 


1978-ci il təvəllüdlü Orxan Hüseynov öz fikirlərini ifadə etmək məqsədilə rəssamlıq, instalyasiya və videoçəkiliş kimi üslublarda çalışır. Orxan son zamanlar beynəlxalq nüfuz qazanan yeni Azərbaycan nəslinin nümayəndəsidir. Onun yeni əsərində  Sovetskaya küçəsinin ətraflarında yaşayan insanların problemi qaldırılır. Bu şəkillər silsiləsində o, Bakının mərkəzində yerləşən ərazidə və uşaqlıq çağında dostlarının və ailəsinin həyatında baş verən məzəli və təhlükəli hadisələri canlandırır. Həmin hadisələri plyonkada əks etdirərək, rəssam 1991-ci ildə müstəqilliyini bərpa edənə qədər Azərbaycanda, Bakının həmin rayonunda həyat tərzinin müəyyən xarakterik hissəsini təsvir edir.

 


1982-ci ildə anadan olan Aidə Mahmudovanın instalyasiyasında  Sovetskaya küçəsində yerləşən  qapının bəzəkli hissəsinin sanki yeni təyinatı gerçəkləşib. Həmin hissə şəhər mühitinin aniliyini və keçmiş zamanın xatirələrini canlandırmaqla, cilalanmış polad müstəviyə düşən “kölgələrlə” əhatə olunub. Bu iş  Aidə Mahmudovanın instalyasiya, heykəltəraşlıq və rəssamlıq sahələrində yaratdığı, Azərbaycanın müasirləşməsinə reaksiya olaraq ərsəyə gətirdiyi və xatirə, həsrət və mənliklə bağlı əsərlər silsiləsinə bir əlavədir. Aida Mahmudova həm rəssam, həm də 2011-ci ildə təsis olunan yerli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması üçün məkanın yaradılması ilə  məşğul olan  “YARAT” təşkilatının təsisçisidir. Aida Mahmudova Böyük Britaniyanın “Central Saint Martins College of Art and Design” təsviri incəsənət fakultəsinin məzunudur. Onun ərsəyə gətirdiyi işlər bir çox ölkələrdə nümayiş olunub və rəngkarlıq, fotoşəkil sənəti və video-art üslublarının ünsürlərini özündə birləşdirir.


The project is produced by YARAT. Aida Mahmudova is both an artist and founder of YARAT, which was set up in 2011 to help nurture an understanding for contemporary art in Azerbaijan and create a platform for contemporary Azerbaijani art both nationally and internationally.  


“VIENNAFAIR The New Contemporary” haqda

Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropada formalaşan müasir incəsənət üçün nümayiş məkanı rolunu oynayan Avstriyanın mühüm beynəlxalq tədbirlərdəndir vəformalaşmaqda olan müasir incəsənət üçün beynəlxalq platformadır. Son illərdə o, sərgi salonlarınavə incəsənət sənətkarlarına misilsiz sıçrayış nöqtəsi imkanlarını təqdim edən,düşüncə-əsaslı  dialoqu və tədbirləri təşkil edən məkana çevrilir. 

Vyanada yerləşən “VIENNAFAIR The New Contemporary” sərgisitamaşaçılar, rəssamlar, kuratorlar, kolleksiyaçılar və müştərilər üçün cazibədar əraziyə çevrilmiş və hal-hazırda beynəlxalq səviyyəli tədbirlər cədvəlində özünəməxsus yer tutur. Təqdim olunan əsərlərin zənginliyi və yüksək iştirak səviyyəsi sayəsində “VIENNAFAIR The New Contemporary”tədbiri artıq dünya incəsənət bazarında vacib innovasiya nöqtəsinə çevrilməkdədir. 


İnformasiya

www.viennafair.at

www.thenewcontemporary.com

www.facebook.com/viennafair


İşləmə saatları

Cümə axşamı, 2 oktyabr, 2014, saat 11:00 - 19:00

Cümə, 3 oktyabr, 2014, saat 11:00 - 20:00

Şənbə, 4 oktyabr, 2014, saat 11:00 - 19:00

Bazar, 5 oktyabr, 2014, saat 11:00 - 18:00


Biletlər

€ 12.50 Bir günlük bilet 

€ 9.00 Günlük bilet / ayrıca və online sifariş 

Erste Bank müştərilər üçün € 9.00 gündəlik bilet 

€ 9.00 işdənsonra-bilet (Cümə axşamı / Cümə 16:00-dan başlayaraq) 

Bir şəxsiyyət vəsiqəsi təqdim edildikdə € 9.00 adambaşı bilet 

€ 29.00 4-günlük bilet


Ünvan:

Hall A, Messeplatz 1, 1020 Vena


Download Press Reliese

Vienna Fair on Facebook

Vienna Fair

The New Contemporary

Yüklənir