May 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

MÜSEYİB ƏMİROVUN YAY! QALEREYASINDA FƏRDİ SƏRGİSİ

28 Fev - 19 Mar 14

2014-cü il 28 fevral – 19 mart tarixlərində YAY qalereyası Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirovun fərdi sərgisini təqdim edir. 

 

Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində doğulub. Azərbaycan Dövlət İncəsənət Universitetinin İncəsənət Kollecinin məzunu olaraq o, özü də müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında  “Eksperimental rəsm” sinfi üzrə dərs deyib.   

Hal-hazırda Müseyib Əmirov müstəqil rəssam kimi fəaliyyət göstərir, onun sənət əsərləri ABŞ, Fransa, Almaniya, Litvada nümayiş etdirilərək dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır. 

Rəssamın iştirak etdiyi ən iri beynəlxalq layihələr arasında “Fly to Baku” sərgilər silsiləsi (2012-2013-cü illər), “Bakı-Paris. 20 rəssam” İncəsənət Sərgisi, Orangeri de Senat, Paris, Fransa (2004-cü il); “Azərbaycanın müasir rəssamlarının sərgisi” IMF Gallery, Vaşinqton, ABŞ (2004-cü il), Lüksemburqda Beynəlxalq incəsənət sərgisi (2003-cü il) və Beynəlxalq incəsənət sərgisi, “Grands et jeunes d'aujourd'hui”, Espace Auteuil, Paris, Fransa (2003) kimi sərgiləri misal göstərmək olar.  

Hər kəsə tanış olan bu iki cahan, iki vəziyyət bir-biri ilə qovuşur. Müseyib kədərlənərək və sevinərək, yada salaraq və ümid edərək  bizi eyni zamanda keçmişlə gələcəkdə yaşamaq zərurəti ilə barışdırmağa nail olub. 

Müseyib Əmirov təzadların mücəssəməsidir. O, özü kimi insanları Abşeron səmasına qaldıracaq nəhəng dəmir quşun yaradılması ideyasına sadiq qalan bir xəyalpərəstdir. O, ilhama ehtiyacı olmayan bir zəhmətkeşdir. O, dediyi kimi aylarla emalatxanadan çıxmayan tərki-dünyadır vəə onun uğrunda hər şeyə hazır olan dostların sayı ilə insanları heyrətləndirən bir şəxsiyyətdir. Bəlkə də məhz bu ziddiyyətlər çarpışmasının hesabına rəssam yaşadığımız dövrün ruhunu xətasız əks etdirməyə bacarır?  Müseyib Əmirovun İKİ ALƏM adlı sərgisi deyəsən müxtəlif zəmanələrin kəsişmə nöqtəsində, təlaş içində olan, səs-küylü indiki dövrlə romantik hisslərlə coşub daşan keçmiş vaxtın birləşdiyi məqamda yaranıb. 

Müseyib Əmirovun fərdi sərgisi keçiriləcək Bakının YAY qalereyası bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilib. Qalereyada təqdim edilən sənət əsərlərinin satışından əldə olunan gəlir rəssamların dəstəyinə yönəlmiş YARAT qeyri-kommersiya təşkilatının çoxsaylı layihələrinin reallaşmasına istiqamətlənir. Qalereyada mütəmadi olaraq mühazirələr, video-nümayişlər və ustad dərsləri keçirilir.  

 

“İki aləm” sərgisi 19 mart 2014-cü il tarixinə qədər davam edəcək. 

 

Ünvan: Kiçik Qala küç, 5.

Rəsmi açılış: 19:00

Giriş sərbəstdir.


 

Yüklənir