May 2024

Marker, Art Dubai 2014: Caucasus and Central Asia

19 Mar - 22 Mar 14

“Marker” Art Dubay-2014: Qafqaz və Mərkəzi Asiya

Kurator: “Slavyanlar və Tatarlar” qrupu

İştirakçı: “YARAT” Müasir İncəsənət Məkanı

19 - 22 mart 2014-cü il

A5 Sərgi Stendi 

 

“YARAT” Müasir İncəsənət Məkanı nəzərinizə çatdırır ki, Art Dubay Festivalı çərçivəsində keçirilən “Marker” sərgi proqramının A5 sərgi stendində incəsənət əsərlərinin nümayişini təşkil etməyə hazırlaşır. Bu il sərgi proqramının kuratoru qismində “Slavyanlar və Tatarlar” rəssamlar qrupu çıxış edir. Qrup üzvləri bu il proqramın əsas mövzusu kimi Qafqaz və Mərkəzi Asiyanı seçib, orada yayılan dinlər, mədəniyyətlər və dillərin müxtəlifliyini vurğulamaq niyyətindədir. Tədbir üçün rəsmləri seçərkən, təşkilatçılar incəsənətdə təmsil olunan üç nəslin nümayəndələrini, XX-ci əsrin incəsənət təkamülünü əhatə etməyə çalışıb. Ötən əsrin 20-ci illərində anadan olmuş və 50-ci və 60-ci illərdə hökm sürən sosialist realizm paradiqması çərçivəsində öz incəsənətini inkişaf etdirən rəssamların əsərləri 1990-ci illərdə, artıq müstəqil Azərbaycanda dünyaya göz açmış və yeni texnika üsullarinı və ideyaları tətbiq edərək, incəsənət hüdudlarını aşan xadimlərinin işlərindən ayrıca nümayiş olunur.

“YARAT” Müasir İncəsənət Təşkilatının nümayiş etdiyi əsərlər arasında videoçəkiliş, rəngkarlıq, qarışıq texnika və heykəltəraşlıq üslubunda yaradılan işlər mövcuddur. Rəssamlar Orxan Hüseynov, Altay Sadiqadə, Əli Həsənov, Ağa Üseynov, Teymur Daimi, Hüseyn Haqverdiyev, Tahir Salahov və Reza Xəzarenin təqdim etdiyi əsərlərdə kollektiv yaddaş, ənənəvi rəqslər və musiqinin ifası kimi müxtəlif mövzular əhatə olunur.

1976-ci il təvəllüdlü Əli Həsənov, 1978-ci il təvəllüdlü Orxan Hüseynov və 1987-ci il təvəllüdlü Reza Xəzare  müasir Azərbaycan incəsənətinin inkişafını işıqlandırırlar. Orxan Hüseynovun 2011-ci ildə ərsəyə gətirdiyi “Səssiz Rəqs” filmində sükünət içində ifa olunan ənənəvi rəqslərdən bəhs olunduğu halda, Əli Həsənovun 2012-ci ildə çəkdiyi “Dəniz Pərilərinin Simfoniyası” filmi avanqard janrında əsərləri yaradan rus bəstəkarı və nəzəriyyəçisi Arseniy Abramovun ilk dəfə olaraq məhz Bakıda səsləndirdiyi eyniadlı simfoniyasına həsr olunan qəsidədir. Reza Xəzare öz işlərini əsasən Azərbaycan rəngkarlıq və rəssamlıq ənənələrinə uyğun olaraq yaradır. Lakin Bakıda yaşayan əfqan qaçqını olması səbəbindən, Rezanın çəkdiyi şəkillərdə qaçqınların vəziyyəti və həsrət və təngid hissləri ilə əlaqəli olan əfqan cəmiyyətinin rəmzləri sezilir.

Tədbirdə əsərləri nümayiş olunan ən qocaman rəssam Tahir Salahov (d. 1928) 1953-ci ildə Stalinin ölümündən sonra SSRİ-də incəsənət üzərində tətbiq olunan sərt nəzarətin  zəifləməsinə kömək edən və Rusiyada formalaşan məşhur “altmışıncılar” hərəkətinin nümayəndəsi idi. Öz əsərlərində seyrək cizgilərdən, təzadlı rənglərdən və fırça ilə çıxıq yaxmalardan geniş istifadə edən Tahir Salahov, Azərbaycan sakinlərinin sadə təsviri sayəsində məşhurlaşıb.  Başqa bir nəslin nümayəndələri olan 1951-ci il təvəllüdlü Altay Sadıqadə, 1966-ci il təvəllüdlü Teymur Daimi, 1956-cı il təvəllüdlü Hüseyn Haqverdiyev və 1962-ci il təvəllüdlü Ağa Üseynov, XX-ci əsrin ikinci yarısında püxtələşən rəssamların tətbiq edə biləcəyi bütün texnika üslublarından və materiallardan , əsərlər yaradıb. Ağa Üseynov qarışıq texnika üslubunda kompozisiyaları yaradarkən, Orta Əsrlər Avropa mədəniyyətinə xas olan ilkin elmi ixtiralardan, sxemlərdən və xəritələrdən ilham alır, Teymur Daiminin çəkdiyi filmlərdə isə, cismanilik və fövqəlqüvvə mövzusunu araşdırılır.

“YARAT” Müasir İncəsənət Məkanının  Art Dubay Festivalının “Marker” sərgi proqramında iştiraki, təşkilatın beynəlxalq layihələr proqramında nəzərdə tutulan bir fəaliyyətdir və Azərbaycan incəsənətinin dünyada tanınması üçün platformanın yaradılması məqsədini güdür.

 

“Marker” proqramı haqqında

Hər il yeni mövzu və coğrafi məkanla seçilən “Marker” Art Dubay Festivalının sərgi proqramıdır. Bu proqram Art Dubay Festivalının kəşf yarmarkası və yeni ideyalar və biliklərin peyda olduğu və paylaşıldığı məkan kimi oynadığı rolu bir daha vurğulamağa çalışır.

2014-cü ildə sərgi proqramının kuratoru tədbirin əsas mövzusu kimi Qafqaz və Mərkəzi Asiyanı seçmiş “Slavyanlar və Tatarlar” rəssamlar qrupu olacaq. Tədbirdə əsas fikir regionda mövcud olan dini, mədəni və dillər müxtəlifliyinə veriləcək, bu müxtəlifliyə xas olan aspektlər qabardılacaq. “Marker-2014” çərçivəsində nümayiş olunan əsərlər beş sərgi bölməsində tamaşaçılara təqdim olunacaq, bundan başqa, tədbir zamanı təhsil və tədqiqat proqramların keçirilməsi də nəzərdə tutulub.

 

“YARAT” Müasir İncəsənət Məkanı haqqında

2011-ci ildə Aidə Mahmudova tərəfindən təsis olunan “YARAT” Müasir İncəsənət Məkanı  Azərbaycanda müasir incəsənətin inkişafını və geniş ictimaiyyət tərəfindən qəbul edilməsi, habelə ölkədə və xaricdə Azərbaycan incəsənətinin təqdim olunması məqsədilə platformanın yaradılması sahəsində ixtisaslaşan qeyri-kommersiya təşkilatıdır.

Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn “YARAT” Müasir İncəsənət Məkanı sərgi proqramları, təhsil tədbirləri və festivalların təşkil olunması kimi fəaliyyətləri yerinə yetirir. Həmçinin, “YARAT” Müasir İncəsənət Məkanı fondlar, sərgi salonları və muzeylər daxil olmaqla, Azərbaycan və xarici ölkələri təmsil edən rəssamlar  qurumları arasında dialoqun təşkilinə və mədəniyyət mübadiləsinin aparılmasına yardım edir. Xaricdə təhsil proqramları vasitəsilə təşkilat beynəlxalq səviyyədə mədəni ünsiyyət və əməkdaşlıq imkanları yaradır. 

 

“YARAT” Müasir İncəsənət Məkanının təşkil etdiyi təhsil tədbirlərinə mühazirələr, seminarlar, məşğələlər və gənc rəssamlar üçün nəzərdə tutulan “ARTIM” proqramı daxildir. “ARTIM” layihəsinin adı “artmaq” sözündən əmələ gəlir. “YARAT” Müasir İncəsənət Məkanı yeni nəslin istedadlı nümayəndələrinin incəsənət sahəsində karyera seçimini dəstəkləyir və fəaliyyətə yeni başlamış rəssamlara öz əsərlərini peşəkar səhnədə nümayiş etdirmək imkanını verir.

Azərbaycanda incəsənət infrastrukturun təkmilləşməsi öhdəliyinə sadiq olaraq, “YARAT” Müasir İncəsənət Məkanı sərgilərin təşkil olunması ilə məşğul olan “YAY” kommersiya Sərgi Salonu təsis edib. Qarşısında qoyulan vəzifələrinə uyğun olaraq, “YAY” Sərgi Salonu əsərlərin satışından əldə olunan bütün gəlirləri “YARAT” Müasir İncəsənət Məkanı və rəssamlar arasında bölüşdürür və, beləliklə, yerli və xarici rəssamlarının dəstəklənməsi missiyasını həyata keçirir.

 

Redaktorlar üçün məlumat:

“YARAT” Müasir İncəsənət Məkanı, “Marker” Art Dubay, A5 Sərgi Stendi, Dubay Şəhəri, BƏƏ

19-22 mart 2014-cü il

Layihə koordinatoru: Sədaqət İsayeva

Art Dubai T.: +9714 384 2000

YARAT T.: +99412 437 3970

 


 

Yüklənir