May 2024

EV DOĞMA EV:

19 Sen - 10 Okt 13

EV DOĞMA EV

Müasir İncəsənət Sərgisi

19.09. - 10.10.2013


Bu ilin aprel ayında Parisin Şarl Floke prospektində yerləşən və yenicə fəaliyyətinə başlamış Azərbaycan Mədəniyyət Mərkəzində “Home, sweet home” sərgisi çərçivəsində nümayiş olunan müasir Azərbaycan incəsənətinin nüsxələri Avropa tamaşaçının zövqünə oxşayırdı. Hazırda həmin, lakin müəyyən dəyişikliklərə uğramış və əlavə eksponatları əhatə edən sərgi Bakıda təşkil olunur.

“Home, sweet home” sərgisində “ev” mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işlərini nümayiş etdilir. Işləri nümayiş olunan 15 müəllifin hamısı özünəməxsus tərzdə “ailə ocağı” mövzusu üzrəində dərindən düşünərək və qismən könüllərinə əziz olan mühafizəkar fikirləri yada salaraq, “evin” yeni surətini ecad etməyə çalışırlar. Onların diqqətini sadə və vərdiş etdikləri, həqiqətən mövcud olan və xəyali obyektlər cəlb edir.


Sərgi 14 azərbaycan rəssamlarının əsərlərində ibarətdir: Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, Əli Həsənov,  Ramal Kazımov, Aidə Mahmudova, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Fidan Seyidova, Sənan Ələsgərov və Rəşad Ələkbərov. 


Ev-sabitlik adasıdır, böyük və bədxah dünyanın məşəqqətindən gizlənə biləcəyimiz bir məkandır. Məhz burada biz işimiz və yaradıcılığımız üçün tələb olunan gücü toplayırıq, məhz bu məkanda biz yorğun halda qayıdaraq, öz sevincimiz və nailiyyətlərimiz haqqında xəbərlə bölüşürük. Ev sanki planetlərlə (əşyalarla) dolu Kainata bənzəyir, və bu Kainatda olan hər bir əşya yaşanmış çətinliklərin və sevinc məqamlarının xatirəsini qoruyur...


...Bu məkanın hər bir qarışı bizə tanışdır və məxsusi duyğularla bağlıdır. Evdə mövcud olan emosional mühitdən bizim insanlara xeyir və ahəng bəxş etmək qabiliyyətimiz, eləcə də bizim özümüzün və yeni nəsillərin gələcəyi asılıdır. Yalnız böyüdükdən sonra Biz dərk edirik ki, təməli uşaqlıqda qoyulan nizam bizi hələ də idarə edir, gənclik zamanı yaşadığımız evin əks-sədası hələ də eşidilməkdədir.  Bu məfhumun vacibliyi daimidir, hərçənd onu şərtləndirən bir çox sosial amil son onilliklərdə dəyişikliklərə məruz qalıb.

Ailə ocağının və qadının, başqa sözlə, evin xanımının surətləri həmahəngdir. Ailə bağlarının ənənəvi olaraq güclü olan Qafqazda, “evdar qadın” obrazı uzun zamandır ki, qadına məxsus fədakarlıq simvolundan daha çox füsünkar sabitlik və nizam mücəssəməsi kimi qəbul edilməkdədir. Lakin sürətlə qloballaşan dünyada ailə və cəmiyyətlə bağlı gender stereotipləri tanınmayacaq dərəcədə dəyişilir.

Qadının vərdiş etdiyi roldan imtina etməsi, görəsən, hansı nəticələrə gətirib çıxaracaq? Bu proses ailənin təməl dəyərlərinin məhv olmasının səbəbidir, yoxsa sadəcə cəmiyyətimizin təkamül inkişafının yeni mərhələsidir?

Maddi dünya da dəyişikliklərə uğrayıb. Zamanlar və nəsillər arasında əlaqələri qoruyub saxlayan miras qalmış əşyalar tədricən əhəmiyyətini itirir. Modaya uyğun tərtib edilmiş otaqlar “babadan qalan kreslodan” və ya “nənədən qalan əntiq servizdən” daha vacib sayılır. Sentimental, sadəlövh-romantik üslub artıq tədricən keçmişdə qalmaqdadır, onun yerində isə funksional, erqonomik dizayn bərgərar olur. Maraqlıdır, bunun nəticəsində ev öz “hərarətini” itirəcəkmi, yoxsa baş verən hadisələr sadəcə  rahatlıq və münasibliyin zəruri dəyəridir?


Müasir İncəsənət Muzeyi 

/ Yusif Səfərov küç. 5 / T.: 012 490 84 04 /

Giriş 5 AZN-dir.  


Yüklənir