May 2024

Group Bouillon perfomans project `9th Apartment`

15 Mar - 22 Mar 13

YARAT! Müasir İncəsənət Məkanı 2013-cü ilin mart ayının 15-də başlayacaq və həmin ilin payiz mövsümündə bitəcək “Participate” İkinci Bakı Pablik Art Festivalının açılışını elan edir. 


Festival çərçivəsində yenə də şəhər mühitində ictimai incəsənətinin rolu nəzərdən keçiriləcək və fərdi müəllif və ya müəlliflər qrupu tərəfindən performansdan tutmuş instalyasiyalara qədər müxtəlif incəsənət istimaqətlərinə mənsub 10 layihə həyata keçiriləcək. YARAT! Müasir İncəsənət Məkanının Azərbaycan və xarici ölkələr arasında dialoqun təşkili və mədəniyyət mübadiləsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə əsasən, icra olunacaq 10 layihədən beşi xarici ərizəçilərin layihələri olacaq. Festival zamanı həyata keçirilən layihələr insanların iştirak effekti ilə seçilməlidir və rəssamlar, əsərlər və tamaşaçılar arasında qarşılıqlı əlaqələrin formalaşmasını təşviq etməlidir. Tədbirlərə təşrif buyuran tamaşaçıların iştirakı təqdim olunan əsərlərin ayrılmaz əlaməti olacaq. Festivalda iştirak edən hər bir rəssam tədris təşəbbüsü ilə də çıxış etməlidir. “Participate” Bakı Pablik Art Festivalı Bank Respublikanın dəstəyi sayəsində həyata keçirilir.

PARTİCİPATE 2013 Gürcü kollektivi Bulyon Qrupunun yaratdığı “9-cu Mənzil” adlı əsərlə açılacaq. Bu Qrupun üzvləri bu il Venesiya Biennalesində qurulan Gürcüstan pavilyonunu təqdim etmişdi. Tamaşaçıların yanında Qrup üzvləri bütöv bir mənzili ağ rəngə boyayacaqlar; rənglənmə prosesi tamaşaçıların hərəkətini məhdudlaşdıraraq, Sovet və post-Sovet dövrləri yada salmaqla ictimai məkanlarda şəxsi azadlıqla bağlı təəsüratlarımızı şübhə altına salacaq. Kollektiv üzvlərinin dediklərinə görə, “Sovet dövründə ictimai məkan mövcud deyildi, dövlət tərəfindən “ictimai” adlandırılan məkan siyasi təbliğat məqsədilə istifadə olunurdu… o zamandan, çox az dəyişikliklər baş verib…sadəcə olaraq, məkanlar “özəl” olmağa başlayıb.” 


 

Yüklənir