May 2024

PATRICIO FORRESTER VƏ ARTMONGERS QRUPUNUN `RƏQƏMLƏRLƏ OYNAYARKƏN` LAYIHƏSININ TƏQDIMATI. BAKU PUBLIC

14 May 13

(( [if gte mso 9]>Normal0falsefalsefalseEN-USX-NONEX-NONEMicrosoftInternetExplorer4<![endif]))

(( [if gte mso 9]><![endif]))(( [if gte mso 10]><![endif]))

M.A.Qasımov adına

RESPUBLİKA KLİNİK XƏSTƏXANASI

14 may, 2013

15:00

 

Paricio Forrester və Artmonders qrupu

RƏQƏMLƏRLƏ OYNAYARKƏN

interaktiv incəsənət layihəsi

 

YARAT Müasir İncəsənət Məkanı Sizi BAKU PUBLIC ART 2013 festivalının çərçivəsində kecirilən,  Böyük Britaniyalı Patrisio Forrester və Artmongers yaradıcılıq qrupunun RƏQƏMLƏRLƏ OYNAYARKƏN adlı incəsənət layihəsinin təqdimatına dəvət edir.


Layihə Ketrin Şovlin, Aysel Nağıyeva, Olqa Marinova Quliyeva, Səbina Abbasova, Şəhribanu Azəri, Sayka Səyyarə Neymətova, Lalə Qarayeva, Bahar Əlizadə və Dinara İzmailova ilə əməkdaşlıqda yaradılıb. Rəqəmlər insanların bölüşdüyü vahid bir məfhumdur- dünya ölkələrin tam əksəriyyəti gözəl, mükəmməl və istifadədə asan olduqları üçün məhz ərəb rəqəmləri işlədir. Gündəlik həyatımızın, demək olar ki, bütün sahələrində istifadə olunan və hər gün rastımıza gələn ərəb rəqəmləri bizi yeni bir əsər yaratmaq şövqünə saldı. Bu interaktiv incəsənət layihəsi özündə öyrənmə, oynama və qayğını birləşdirir. Uşaqlardan 1-dən 10-dək rəqəmləri təşkil etmək üçün fiqurları yenidən yerləşdirmək, yeni rəqəmləri ixtira etmək, rəqəmləri gizlətmək məqsədilə əşyaların yerini dəyişmək və ya sadəcə prosesdən zövq almaq üçün valideynlərin yanında əyləşmək xahiş olunur.


Təqdimat 14 may, saat 15:00-da 
M.A.Qasımov adına RESPUBLİKA KLİNİK XƏSTƏXANASINDA keciriləcək. 
 

 

 

Yüklənir