May 2024

П.Т.Х. QRUPUN `ECAZKAR BESTİARİY` YARADICILIQ EMALATXANASI :

04 May 13

ZABİTLƏR PARKI

(Dövlət Sirki ilə üzbəüz)

 

Təqdimat günü 4 may, 2013

Saat 12:00

 

`ECAZKAR BESTİARİY`

5 yaşından 13 yaşına qədər olan uşaqlar üçün workshop (emalatxana)

 

 

Əziz dostlar! YARAT Müasir İncəsənət Məkanı valideyn və uşaqları may ayının 4-ü saat 12.00-da  keçiriləcək "P.T.X." yaradıcılıq studiyasının `ECAZKAR BESTİARİY` adlı yaradıcılıq emalatxanasına 5 yaşından 13 yaşına qədər olan uşaqları dəvət edir.

 

"Əziz dost, icazənlə sənə qədim bir sirri açaq. Bir vaxtlar, bəlkə min il, bəlkə də milyon il əvvəl, parkın yerində böyük göl var idi. Adi göl deyildi - onun dibində, sirli mağaranın yanında Sehirli Balıq yaşayırdı. Sehirli ona görə ki, o istənilən arzunu həyata keçirə bilərdi, düzdür hamısını yox, ancaq atəşli, təmiz, səmimi və gənc qəlbə malik adamların arzularını. İldə bir dəfə, yazın ən qızğın vaxtında sahilə uşaqlar gələr, kiçik kağız parçalarında öz arzuların yazıb qoyardılar və sözsüz ki, onlar həyata keçərdi.

 

Çox illər keçdi, artıq həmin göl də yoxdur, amma haradasa yerin dərinliklərində, sirli bir mağarada Sehirli Balıq yaşayır.

 

Məhz buna görə əziz dost, əgər sən möcüzəyə və arzuların həyata keçməsinə inanırsansa, onda səni Zabitlər Parkında (Dövlət Sirki ilə üzbəüz)  adlı yerdə, saat 12.00-da, may ayının 4-də, uzaq Peterburqdan gəlmiş məşhur "P.T.X." yaradıcı manufakturası ilə birlikdə həmin Sehirli Balığa bu vaxta qədər görünməyən bir heykəl ucaltmağa dəvət edirik, bəlkə o bizi eşidər və öz möcüzəli bacarığından istifadə edər.

 

Ən sonda, əgər sənin evində heç kimə lazım olmayan, toz basmış jurnal və qazetlər varsa, onları da özünlə gətir, axı məhz onların köməyi ilə möcüzəli heykəli ucaltmaq fikrindəyik və sözsüz ki, Sehirli Balıq sənin bunun üçün edəcəyin səyi hiss edəcək. Biz sənin tikinti materialı və möcüzəyə olan sarsılmaz inamla gələcəyini gözləyirik."


Yüklənir