May 2024

NATALİYA PASTUXOVA, `YAXŞI İT` LAYIHƏSI BAKU PUBLİC ART FESTİVAL 2013:

17 Apr - 24 Apr 13

BAKI MİLLİ PARK - BULVAR

17 aprel, 2013

19:00

 

NATALİYA PASTUXOVA

`YAXŞI İT`

installasiya-layihəsi ilə,

`CUMANCİ ARZUSU` adlı layihəsinin bir hissəsi olaraq.

 

Kurator NAİLƏ ALLAHVERDİYEVA

Koordinator MARGARİTA MUXMADEYEVA

 

 

Bu rusiyalı sənətçinin layihəsi heyvanlar dünyasını müxtəlif heyvan heykəlləri vasitəsi ilə şəhər mühitinə gətirir. Bizim heyvanlar aləminə qarşı ikili hərəkətlərimizə əsaslanaraq, nəzarət və qorxuya qarşı formalaşan ideallaşdırma və nostaljini nəzərə alıb, Allahverdiyeva "animalizm"in yaxın etibarını bizim gündəlik həyatımızda xatırladan müasir janr yaradacağına inanır. Bu layihə ilə biz həm yamanlanan, həm də ideallaşdırılan bir şey, demək olar ki, şəhər mühitində heç görünməyən - "heyvan"ı təqdim etmək istəyirik. Şəhər insanların yaşadığı, rahat və cəmləşmiş mədəniyyət yerinin canlı təbiətə qarşı, eynilə, insanın "heyvan"a qarşı çıxdığı yer kimidir. Bizim "heyvan"a qarsı mövqemiz ikitərəflidir; təbiət və onun sakinləri mədəniyyət və fəlsəfədə ideallasdırılır, halbuki, insan həyatı və davranışının reallığı qarşısıalınmaz "şəhər cəngəlliyi" kimi təsvir olunur. Mədəniyyət tarixində bu mübahisə öz həllini Ədəm Bağının" təsvirlərində, yaxud onun gözçarpan müasir versiyası olan "heyvanxana"da tapır. Onlar bütün canlılardan insanlara qarşı şüuraltı dərk edilən təhlükə ilə yanaşı yaşanan ümumi ahəngin xəyalını təqdim edir. Bütün dünyanın şəhər rəhbərlikləri şəhər mühitini sterilizə etmək, sahibsiz it və pişikləri tutmaq, hava limanlarının uçus-enmə zolaqlarındakı sərçə, göyərçin və qarğaları qorxutmaq üçün qurğular quraşdırmaq, sanitariya və gigiyena kurslarını təşkil etməklə milçəklərə qarşı müdafiədən, ev heyvanlarının saxlanması və quduzluğa qarşı ehtiyat tədbirlərinə qədər hər şeyi öyrətmək vasitəsi ilə bütün tədbirləri görürlər. Müasir kino sənayesi irəli gedərək bu fobiyaları heyvanların insanlara hücumu haqqında dərin hisslərə qapdıran dramalar yaratmaq üçün istifadə edir ki, "Jumanji", yaxud Alfred Hiçkokun "Quslar" filmi bunun bariz nümunəsidir.

 

`YAXŞI İT` sahibsiz itləri nümayiş edən hasarlanmış səyyar instalyasiya, yaxud fiqurların qrafik hekayələridir. Bu layihə sivil avropalı süurunun sərhədlərinin biri olan bizim evsiz heyvanlara münasibətimizi göstərir. Şərq və Qərbin xarakterik fərqlərindən biri itə münasibətidir. Birinci üçün bu adi yemək, avropalılar üçün isə insanın dostudur. Avropalılar itləri tez-tez "insaniləşdirirlər": onlar bezə, əsəbləşə, sevə, ağlaya və s. bilər. Bu cəmiyyətdə itləri yemək kannibalizmə bərabdir. Ev heyvanları "öz sahiblərin bənzədikləri kimi", sahibsiz itlər şəhərin əksini təzahür edir; onlar cəmiyyətin portreti, karikaturalarıdır. Sənətçi sahibsiz itləri təsvir edərək bizim bir-birimiz yaxından baxmağımızı təklif edir. `YAXŞI İT` installasiyası şəhər və onun sakinlərinin portret qalereyasıdır.

 

Layihənin davametmə müddəti: 17 - 24/04/2013.

 

 

 

Yüklənir