May 2024

012 Baku Public ART festival closing ceremony

10 Noy 12

012 Baku Public ART.

Sözardı...

Noyabr ayının 10-da “Nizami” kinoteatrın böyük zalında  Bakı sakinlərini Azərbaycan rəssamlarının yeni əsərləri ilə təxminən 6 ay ərzində sevindirən 012 Baku Public Art festivalının təntənəli bağlanma mərasimi keçirilib. Moskvada ali ssenari və rejissor kurslarının və Bates College teatr sənəti və kino fakultəsinin məzunu, gənc rejissor Rüfət Həsənovun çəkdiyi filmin kadrları fonunda açıq səma altında keçirilən festivalın sevindirici yekunları vuruldu. Filmin müəllifi bir neçə ay ərzində ilkin ideyaların yaranmasından başlayaraq artıq hazır art-layihələrin təqdimatına qədər rəssamların gördüyü işi son dərəcə dəqiqliyi ilə sənədləşdirib.

Film layihə iştirakçılarından götürülən qısa intervyu, habelə sərgiyə təşrif buyurmuş tamaşıların rəssamlarla canlı ünsiyyətinin anları formatında çəkilib. Çəkilən filmin dinamik axarı, əsərləri müəllif, tamaşaçı və çağdaş həyat ahənginin qarşılıqlı təsiri nəticəsində əmələ gəldiyi, YARAT! Müasir İncəsənət Məkanının fəaliyyət üslubunu mümkün olduğu qədər dəqiq ifadə edir. Sona çatdıqdan sonra keçirilən festival şəhərə yeni surət bəxş etdi, habelə müasir incəsənətin adət halını almış gerçəkliyi nəinki əks etdirmək, həmçinin simasını dəyişdirmək iqtidarında olması haqqında arxayınlıq hissini yaratmışdı.


 

Yüklənir