May 2024

BIRLƏŞƏN KÖRPÜLƏR

15 May - 22 İyn 12

Azərbaycan rəssamları ilə yanaşı Britaniyalı və beynəlxalq rəssamların da iştirak edəcəyi ilk sərgi Bakı Müasir İncəsənət Muzeyində 15 may 2012-ci il tarixində baş tutacaq. Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan qeyri-kommersiya təşkilatı olan YARAT tərəfindən təşkil olunan bu sərgidə Sara Lukas, Kit Kaventri, Ceyms Turrell, İdris Xan və Olimpiya Skerri kimi dünya şöhrətli rəssamların işləri yer alacaq. Bu qeyri-adi işlər kolleksiyası ilə yanaşı, sərgidə həm də Altay Sadıxzadə, Ağa Hüseynov, Niyaz Nəcəfov, Rəşad Ələkbərov və Fərid Rəsulov kimi Bakının ən tanınmış müasir rəssamlarının işləri də nümayiş etdiriləcək. Sərginin kuratorları YARAT-ın banisi və direktoru Aidə Mahmudova və London mənşəli Adam Vaymutdur. Birlikdə onlar, dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işlərinin toplusunu təqdim edəcəklər. Karyeraları boyunca Mahmudova və Vaymut müasir və xüsusilə də yeni rəssamlar üçün imkanlar yaratmağa cəhd göstərmişlər. YARAT-ın əsası Aidə Mahmudova tərəfindən 2011-ci ilin oktyabr ayında qoyulmuşdur. “Ön Söz” ilk sərgisi və davam edən “012 Baku Public Art Festival” kimi layihələrlə bədii diskussiyalara səbəb olan YARAT bu beynəlxalq sərgi ilə diskussiyaları daha da artıracaq. Qovuşan Körpülər YARAT-ın bütün dünya və Azərbaycan müasir incəsənət əmiyyətləri arasında dialoqu inkişaf etdirmək kimi əsas məqsədini bir daha vurğulamış olacaq. Sərgi həm də Bakıda keçiriləcək 2012 Avroviziya Mahnı Müsabiqəsi ilə üst-üstə düşəcək. Bakının həm tanınmış rəssamlarına, həm də gənc istedadlarına imkan yaradaraq, YARAT onların işlərini məşhur və sevilən beynalxalq rəssamların işləri ilə birgə sərgiləməklə, Azərbaycanın incəsənət ictimaiyyətini daha da inkişaf etdirmiş olacaq.

 

Bütün dünyada tanınmış İdris Xanın xüsusilə Bakıya gətirilmiş instalyasiyası da Qovuşan Körpülər sərgisində nümayiş etdiriləcək. Bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltaraşlıq əsərini nümayiş etdirəcək. Heykəlin üzərində Oliver Messayanın Kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı “End of Time” (1941, Zamanın Sonu) əsərinin notları qumla həkk olunmuşdur.

 

Kurator Aidə Mahmudova deyir: “Bu çox cəsur və heyranedici bir layihədir. Bundan əvvəl heç vaxt belə nüfuzlu beynəlxalq və azərbaycanlı rəssamlar bir araya gəlməyiblər. İncəsənət xadimlərinin nüfuzu Bakı şəhəri və Müasir İncəsənət Muzeyinin təmin edəcəyi arxa fonla tamamlanacaq, beləliklə Qovuşan Körpülər 2012-ci ilin ən maraqlı incəsənət tədbirlərindən birinə çevriləcək”. Adam Vaymut öz fikirlərilə bölüşür: “Bu sərginin bu qədər maraq doğurmasının səbəbi yalnız iştirak edən nüfuzlu incəsənət xadimləri deyil. O, həm də Bakının beynəlxalq incəsənət bazarları ilə çiçəklənən əlaqələrini bir daha vurğulayır. Bu layihədə iştirak etməkdən və YARAT kimi təşkilatla birgə işləməkdən qürur duyuram, çünki o, Azərbaycanlı rəssamlar və onların dünya üzrə müasirləri ilə dialoq qurur”.

 

Redaktorlar üçün qeydlər:

Yaratın ilk sərgisi “Ön Söz” oktyabr 2011-ci il tarixində baş vermiş və bir ay ərzində 20,000-dən artıq tamaşaçı cəlb etmişdir. Bu layihənin uğurunu davam etdirərək, YARAT 2012-ci ilin fevran ayında “012 Baku Public Art Festival”-a start verdi. YARAT-ın əsas məqsədi Azərbaycan və xarici qeyri-kommersiya incəsənət fondları ilə dialoq və ideya mübadiləsinin əsasını qoymaqdır. YARAT həm də təhsil təşəbbüslərini və beynəlxalq incəsənət mükafatını təmin etməyi öz vəzifəsi hesab edir.

 

Aida Mahmudova

YARAT-ın təsisçisi və direktoru olan Aida Mahmudova, rəssamlıq təhsilini Londonda, Central Saint Martins məktəbində aldıqdan sonra doğma Bakıya geri dönmüşdür. Orada bir sıra rəssamlarla tanış olan Aidaya aydın oldu ki, yaradıcı dialoq yaratmaq və onu inkişaf etdirmək üçün belə bir təşkilata böyük ehtiyac var. Bu fikir Aidəni Azərbaycanın müasir incəsənətini təbliğ və təşviq edəcək qeyri-kommersiya təşkilatını yaratmağa ilhamlandırdı. YARAT vasitəsilə Mahmudova Azərbaycanın müasir rəssamları üçün imkanlar yaratmağa və incəsənəti daha geniş yerli və beynəlxalq auditorilayar arasında təbliğ etməyə çalışır.

 

Adam Vaymut

Təhsilini City and Guilds İncəsənət Məktəbində alan Adam Vaymut daha sonra 20 Hoxton Square Projects-in təsisçilərindən biri və dörd ildən artıq layihənin direktoru olmuşdur. 2011-ci ildə o, Adam Waymouth Art-ın əsasını qoymuşdur. Bu, müasir rəssamlar, muzeylər, qalereyalar və özəl şirkətlərlə birlikdə çalışan bədii kuratorluq üzrə konsultasiya mərkəzidir. Son altı ay ərzində Vaymut Pertwee , Anderson and Gold , the Victoria & Albert Museum, Shelter, Flora Fairbairn Projects, Gazelli Art House, Parasol Unit and Bold Tendencie ilə əməkdaşlıq etmişdir.

 

İştirak edən rəssamlar

Britaniyalı və beynəlxalq rəssamlar:

Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Bruce High Quality Foundation , Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klements.

 

Azərbaycanlı rəssamlar:

Ağa Hüseynov, Altay Sadıxzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aidə Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımov.

 

Sərginin Sponsorları

İtaldizain Qrup

İtaldizayn YARAT Müasir İncəsənət Məkanının və onun Birləşmiş Krallıq və Azərbaycan arasındakı mədəniyyət və incəsənət təcrübələrinin mübadilə məsələlərini özünə məqsəd götürərək Qovuşan Körpülər layihəsini dəstəkləməyə qərar verib.

 

Bakcell telekommunikasiya partnyoru

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir.

 

Rapid Solutions

1996-cı ildə Azərbaycanda yaradılan Rapid Solutions bütün Xəzər və Orta Şərq regionlarında ən qabaqcıl xidmət və məhsul təminatçısına çevrilib. Qafqaz regionu üzrə biznes ehtiyaclarını dəstəkləməkdə daim inkişaf etməyə çalışır.

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Dövlətin gənclər üzrə siyasəti gənclər arasında bilik və bacarıqların artırılmasına istiqamətlənmişdir və onlara öz təbii potensiallarını effektiv olaraq tətbiq etməyə və cəmiyyətdə layiq olduqları yerləri tutmağa kömək edir. 2012-ci il üzrə missiyasının bir hissəsi olaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi YARAT Müasir İncəsənət Məkanının yeni Qovuşan Körpülər layihəsini dəstəkləməkdən məmnundur.


Yüklənir