Dekabr 2017

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

İçəri Şəhər, Böyük Qala küç., 30 

Bakı, Azərbaycan, AZ1001

xəritə

İŞLƏMƏ SAATLARI

Çərşənbə Axşamı - Bazar: 14:00 > 20:00

Bazar Ertəsi - Çərşənbə: qeyri-iş günləri

açılış saatları tədbirlərdən asılııdır

ƏLAQƏ

+994 50 245 05 13

E-MAIL

artim@yarat.az

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: KİŞİLƏR AĞLAMAZ QRUP SƏRGİSİ

16 İyn - 07 İyl 17

YARAT sizi ARTIM-da keçiriləcək “Kişilər ağlamaz" qrup sərgisinə dəvət edir.

İştirakçılar: Aqil Abdullayev, Anka Gujabidze, Ayxan Xəlilov, Çinarə Məcidova, Taus Maxaçeva, Jaro Minne, Leyla Novruzova, Leyli Salayeva, Gülya Novruzova

Qadın və ya kişi, yaxud eyni zamanda həm qadın, həm də kişi olmaq nə deməkdir? Normal olmaq niyə bu qədər çətindir? Və nəyin normal, nəyinsə anormal olduğuna kim qərar verir? Kişilər ağlamaz – gender identikliyini, davranış qaydalarını və sosial quruluşları araşdıran incəsənət və ədəbiyyat layihələrini bir araya gətirən çoxşaxəli sərgidir. Sərgi ayrı-ayrı insanların talelərindən, insanın təkcə özünün deyil, həm də sosial gözləntiləri qarşılamasının çətinliyindən bəhs edir. Digər tərəfdən, bu layihə başqasının bədbəxtliyinə sevinmək, şayiələrdən və vuayerizmdən ləzzət almaq kimi paradoksal hallara nəzər salır.

Rocking my Gucci – 2016-cı ilin sentyabr ayında rəssam Aqil Abdullayevin öz Instagram səhifəsində başladığı, bu günə qədər davam edən performansdır. Bu layihə əsl kişi obrazını şübhə altına qoyan yeniyetmələrin sosial şəbəkə mədəniyyətini təhlil edir. Müxtəlif selfilər, kişi geyimləri və həyat tərzləri ilə bağlı postlar və statuslarla süni onlayn obrazları və internet qəhrəmanları yaradanda, gənc kişi nəslinin hərəkətləri və təsiri ilə bu sərhədlər daha yumşaq olur.

Anka Qucabidzenin multimedia əsəri Bart adlı transgenderin hekayəsindən bəhs edir. Bart Gürcüstanda yaşayır. Burada qədim adət-ənənələr qorunub saxlanılmaqla yanaşı, seksual azlıqlara mənsub olan (LQBTQ) insanların əsl gürcü xarakteri ilə tam ziddiyyət təşkil edir. Niyyətim identikliklə bağlı düşüncələri dəyişməkdir. Bu, qorxu obyekti olmaqla yanaşı, nifrət və rədd ilə müşayiət olunur. Bu layihənin başlıca məqsədi cəmiyyətin tanımadığı fərdlərə qarşı aqressiv və zorakı yanaşmasını dəyişməkdir.

Videorəssam Ayxan Xəlilov eyni zamanda iki otaqda yer alan performans parçasında digərlərini mühakimə etməklə müəyyən davranış qaydalarının necə yarandığını araşdırır. Bu axmaq qaydalar olmasaydı, cəmiyyətdə çoxdan parçalanma baş verərdi. Çünki, məhz mənəvi davranış nümunələri cəmiyyətin təhlükəsizliyini və funksionallığını qoruyub saxlayır. Söhbət bu qaydaların yaxşı və ya pis olmasından getmir. Bu qaydalar həmişə olub və olacaq. Bu layihə, sərhədlərin nə dərəcədə yumşaq, digər sözlə, asanlıqla dəyişikliyə məruz qalmasını sual altına qoyur.

Fotoqraf Çinarə Məcidova və şairə Leyli Salayevanın Yalnız kişilər üçün (qadınlar, utanmayın) adlı birgə layihəsi on iki qadının şeir söyləməsini əks etdirir. Bunu Vulqar poeziya da adlandırmaq olar. Bu şeir, qadınların real həyatda kişilərdən eşitdiyi və məruz qaldığı söyüşlərdən və təhqiramiz ifadələrdən ibarətdir. Layihənin başlıca məqsədi, diqqəti qadınların özlərini zəif və müdafiəsiz hiss etməyə vadar edən məqamlara yönəltməkdir. Sözügedən layihə, qadınların özlərini günahlandırması, ümidsizliyə düçar olması, iztirablar yaşaması ilə bağlı münasibətlərini dəyişməyə çalışır.

Taus Maxaçevanın Qoy mən də hekayətə düşüm adlı əsəri, Qafqaz kişiləri arasında çox populyar əyləncə növü olan Dağıstan İt döyüşləri çempionatından bəhs edir. Demək olar ki, həmişə yalnız kişilərin iştirak etdiyi bu tədbirdə, rəssam bir qadın it təlimçisini tapıb. Videoda əsas diqqət məhz bu qadına yönəlib. Qarşıda nümayiş etdirilən video dağıstanlı güləşçi, beşqat dünya çempionu Əli Əliyevin döyüşlərindən ibarət sənədli materialı əks etdirir. Bu instalyasiya, tamaşaçının diqqətini tamaşa qismində zorakılığa qarşı böyük sevgiyə, eləcə də insan xislətinə xas olan şan-şöhrət hərisliyinə yönəldir. Bir qədər məzəli və hazırcavab ruhda aparılan söhbətdə qanunsuz yarışlar əsas (qanuni) idman növləri ilə qarşı-qarşı qoyulur və hər iki növdə gizli oxşar məqamlar vurğulanır.

Belçikalı rəssam, fotoqraf və kinorejissor Jaro Minne, Sərnişinin məktubları adlı cari layihə üçün Bakıda tanımadığı insanların evlərinə, yaşayış mühitinə daxil olan əcnəbi qonaq və səyyah rolunu oynayır. Bu layihə, Jaronun Tbilisidə keçirdiyi eyni layihənin davamıdır. Rəssam bu və ya digər şəxsin həm gerçək, həm də xəyali həyatını təsvir edən müəyyən intensivliyi və boşluqları axtarır. Onun čhavo (gənc oğlan) adlı video əsəri, bir neçə ay həbsxanada keçirdikdən öz evinə dönərək ailəsinə və gələcək həyat yoldaşına yenidən qovuşan gənc oğlanın həyatından bəhs edir. Filmin müəmmalı xarakteri fiziki açıqlıq və romantik xiffət hisslərini araşdıran bəsit hekayə formasını təmsil edir.

Yazıçılar Leyla NovruzovaGülya Novruzovanın ərsəyə gətirdiyi layihə Sevgi nədir? sualının cavabını tapmağa cəhd göstərir. Bu layihə, real insanların real sevgi hekayələri üzərində qurulub. Niyə insanlar sevgi naminə axmaq işlər görürlər? Niyə sevginin ağrı-acısını yaşamış adam geri dönmək və bu möhtəşəm hissi yenidən yaşamaq istəyir? Sizcə nə yaxşıdır – böyük sevgi yaşayıb onu itirmək, yoxsa ümumiyyətlə onu dolğun və tam parlaqlığı ilə yaşamamaq?

Sərginin açılışı: 16 iyun, 19.00
Sərginin müddəti: 16 iyun – 9 iyul
Sərginin iş rejimi: Cümə axşamı – Bazar, 14.00 – 20.00

Mühazirələr:
22 iyun, 19.00 –
Lesli Qrey (Dubay/Birləşmiş Krallıq): Futurizm və qadın baxışı
6 iyul 19.00 –
Leyla Novruzova və Gülya Novruzova (Azərbaycan): Sevgi məktubları

Ünvan: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A
Giriş sərbəstdir

FACEBOOK

KATALOQ YÜKLƏ

Yüklənir