İyun 2018

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: MİKELANCELO PİSTOLETTO, FƏRDİ SƏRGİ ET BUNU

01 Apr - 10 İyn 18

YARAT Müasir İncəsənət Məkanı italyan rəssamı Mikelancelo Pistolettonun yeni və orijinal arxiv əsərlərindən ibarət fərdi sərgisini təqdim edir.

Sərginin əsas əsərlərindən biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə rəğmən rəssamın özünəməxsus ifadə üsulu olan “Terzo Paradiso” (“Üçüncü cənnət”, 2003) adlı simvoldur. “Üçüncü cənnət” –  rasional, balanslaşdırılmış, sosial-məsuliyyətli dünyanın axtarılması istiqamətində “həyatın dünyaya qaytarılması məqsədilə, süni olan hər şeyin, o cümlədən elm və texnologiyaların incəsənət ilə bir araya gətirilməsi” kimi sosial məsuliyyəti bəyan edir.

Mikelancelo Pistoletto YARAT-da keçiriləcək fərdi sərgisi üçün yeni instalyasiyaların aparıcı qüvvəsi olaraq bu ideologiyanın tətbiqini davam etdirir. Bu instalyasiyalar, rəssamın seçilmiş erkən əsərləri ilə müəyyən dialoq kimi təqdim edilir. “Sosial məsuliyyət” anlayışı, diqqəti Pistolettonun metodologiyasına yönəldən silsilə tədris proqramları, eləcə də rəssamın orta məktəblilər üçün təsis edilmiş “Cittadellarte” Fondu, məktəblilər və gənc rəssamlar üçün seminarlar, universitet tələbləri üçün isə silsilə mühazirələr vasitəsilə daha qabarıq şəkildə ifadə edilir. Bir il ərzində keçirilən bu tədris proqramı, şagirdlərin sosial məsuliyyət və yaradıcılıq proseslərinə yanaşmasını inkişaf etdirmək və genişləndirmək məqsədilə, Azərbaycanın bütün məktəblərində azərbaycanlı müəllimlərin təlimləndirilməsi və hazırlığını nəzərdə tutur. 

Pistolettonun yaradıcılığında “Üçüncü cənnət” adlı simvolu hər yerdə görmək olar. Bu simvol, üç birləşdirici halqanın təsvir edildiyi riyazi sonsuzluq işarəsinin modifikasiya olunmuş versiyasıdır.  Simvolda kənar halqalar “təbiət” və “süniliyi” təmsil edir və nisbətən daha böyük halqa ilə birləşərək, “yeni bəşəriyyəti” ifadə edir. “Arte Povera” cərəyanının banisi sayılan Pistolettonun bədii yaradıcılıq təcrübəsi rəssamlıq, heykəltəraşlıq və performans kimi sahələri əhatə edir. 1960-cı ildən etibarən, güzgülü səth onun yaradıcılığında müntəzəm olaraq təkrarlanan mövzu sayılır və özünüifadə üçün məkan yaratmaqla yanaşı, rəssamın performativ sənətə marağını nümayiş etdirir. 

***

Sərginin kuratoru Björn Geldhofdur.

GALLERIA CONTINUA-nın /San-Ciminyano / Pekin / Le-Mulen / Havana əməkdaşlığı ilə

***

Rəssam haqqında: 

Mikelancelo Pistoletto (d.1933, Biella, İtaliya) Biellada yaşayır və fəaliyyət göstərir. 1960-cı ildə keçirilmiş ilk fərdi sərgisindən sonra, onun əsərləri beynəlxalq səviyyədə sərgilənməyə başladı. Pistolettonun əsərləri Britaniyanın “Teyt” qalereyası, San-Fransisko Müasir İncəsənət Muzeyi və Ontario İncəsənət Qalereyasının ictimai kolleksiyalarında saxlanılır. 

“Arte Povera” cərəyanının aparıcı təşəbbüskarı sayılan rəssamın yaradıcılığının əsas retrospektivləri Venesiya, Madrid, Florensiya, Roma, Barselona və Filadelfiyada sərgilənib. 2003-cü ildə Venesiya Biennalesində həyat dövründə əldə etdiyi nailiyyətlərə görə “Qızıl şir” mükafatı, 2007-ci ildə isə Qüdsdə  “Wolf” Fondunun mükafatına layıq görülüb. 2013-cü ildə Pistolettoya Tokioda Yaponiya İncəsənət Assosiasiyasının “İmperator mükafatı” təqdim edilib.

“Cittadellarte”, 1994-cü ildə “Arte Manifesto” proqram sənədi ilə yaradıldı. Burada Mikelancelo Pistoletto, rəssam üçün yeni bir rol təklif etdi: cəmiyyətin formalaşmasını əhatə edən insan fəaliyyətlərinin bütün sahələri ilə qarşılıqlı əlaqəsi olan sənət əsəri yaratmaq 1998-cı ildə isə, Pistoletto öz doğma şəhəri olan Biellada (Şimali İtaliya) “Cittadellarte” cəmiyyətini təsis etdi. “Cittadellarte” –  yüzlərlə insanın fəal cəlb edildiyi və beynəlxalq şəbəkəyə qatıldığı dinamik, mədəni və sahibkarlıq mühitini təmin edən cəmiyyətidir.  “Cittadellarte” cəmiyyətinin məqsədi, məsuliyyətli icma dəyişikliyini stimullaşdırmaq və təşkil etməkdir..  “Cittadellarte” – “Üçüncü cənnət” simvolunu reallığına çevirən, onu cəmiyyətin hər bir sektoruna və ayrı-ayrı fərdlərdən Birləşmiş Millətlər Təşkilatı kimi qlobal səviyyəli qurumlara qədər, bütün növ təşkilatlara daxil edən təcrübələrin araşdırılması, sınaqdan keçirilməsi və işlənib hazırlanmasına həsr olunmuş laboratoriya-məktəbdir. “Cittadellarte”, hal-hazırda 47 ölkədə sayı 125-ə  çatan “Üçüncü cənnət” nümayəndəliklərinin daxil olduğu, öz konsepsiyalarını bölüşən, minlərlə ictimai və özəl qurumların şəbəkəsi ilə əməkdaşlıq edir. 

***

Redaktorlar üçün qeyd:

Sərgi: Mikelancelo Pistoletto

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarixlər: 1 aprel –10 iyun 2018

Xüsusi baxış: 27 mart 2018 

Sərginin iş rejimi: çərşənbə axşamı - bazar,  12:00 – 20:00.

Giriş sərbəstdir

***

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (Azərbaycan dilində “yaratmaq” mənasını bildirir) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi.  ARTIM (Azərbaycan dilində “tərəqqi” mənasını bildirir) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu “kəşf” etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır,  ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

***

Media və təsvir sorğuları üçün: 

Hökümə Kərimova
Telefon: +99 450 274 6747
Email: hokuma.k@yarat.az

Yüklənir