May 2018

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: YARAT REZİDENTLƏRİ DƏRK EDİLMƏYƏN BİLİK QRUP SƏRGİSİ

25 Apr - 11 May 18

YARAT Müasir İncəsənət Məkanı YARAT rezidentləri – Hiba Farhat (ABŞ/Livan), Klara Co (Almaniya/ABŞ) və Ehtiram Cəbinin (Azərbaycan) əsərlərindən ibarət “Dərk edilməyən bilik” adlı sərgiyə dəvət edir.


Dərk edilməyən bilik” termini, hər hansı şəxsin fəal şəkildə öyrənmədiyi biliklərin psixoloji konsepsiyasına istinad edir. “Dərk edilməyən” – obyektiv dünyanın təsviri ilə bağlı əvvəl öyrənilmiş sxem anlamına gəlir. Bu isə, qavrayışımızı və hərəkətlərimizi qeyri-iradi şəkildə müəyyən edən, əvvəlki təcrübələr, travmalar və ya arzular ilə formalaşa bilər. Sərgidəki əsərlər, qavrayış, biliklər və reallıq konsepsiyalarını sual altına qoyan yaddaş, tarix və dil kimi təkrarlanan strukturları alt-üst edən mövzulara yanaşır.


Hiba Farhatın “Xərçəngin cənnəti” adlı əsəri, bir Bakı yuxusu üzərində qurulub. Dubaydan Bakıya təyyarə ilə uçan İbrahim İbrahimov, 3 saatlıq uçuş zamanı çox maraqlı yuxu görür.... Onun təxəyyülündə, gələcək şəhər canlanır və bu, Bakının sahilində, nəhəng xərçəng formasında peyda olur. “Xərçəngin cənnəti” – bu yuxunu canlandırır, daha sonra isə onu, Azərbaycanın postneft erasının bitdiyi indiki zamanda alt-üst edir. Bu əsərdə, fərdi qaydada oxşar, lakin, vəhdətsizliyi ifadə edən, bir-biri ilə əlaqəli olmayan obyektlər yan-yana qoyulur. Normal olaraq, bir-biri ilə əlaqəsiz elementlərin birləşməsində müəyyən dərəcədə əyləncəli, həm də “təhlükəli” bir hadisə baş verir. “Xərçəngin cənnəti”, alleqorik oxuya etinasız yanaşır, “qarışdırmağa” çalışdığı emosiyalar və hücum etdiyi yanlış arqumentlər son dərəcə gerçəkdir. Bu əsər, qeyri-məntiqi aləmi öz ən məntiqi sonluqlarına dartıb aparır...  


Klara Conun qısa filmi Bakı və onun ətrafındakı müxtəlif mnemonik və arxitektur peyzajlar daxilində yer alan tarixin qatlarını araşdırır. Bu qədim və müasir fasadlar, hekayələr şəhəri təşkil edən təbii və süni materiallar vasitəsilə yaradılır və ərsəyə gətirilir. Möhtəşəm memarlıq jestlərini bayağılıq ilə qarşı-qarşıya qoyan film, müasir məkanların yaradılması prosesində identikliyin qorunub saxlanılması ilə yanaşı, “mədəni amneziya” yaradılması bacarığını da ətraflı şəkildə araşdırır.


Ehtiram Jabinin avtobioqrafik “Polio” (poliomielit) adlı layihəsi, rəssamın uşaqlıq xatirələrindən bəhs edir. Bu xatirələr, çirkli xəstəxana otaqları, həkimlər, ağrılı müalicə prosedurları və ümidsizliklə müşayiət olunur... Digər xəstələrlə müqayisədə, onun xəstəliyi “orta” səviyyəli olsa da, rəssam dərin psixoloji sarsıntını, məhrumiyyətləri və onu hər gün qarabaqara izləyən xatirələri hiss edirdi. İnstalyasiya, “Polio” adlanan silsilə fotoşəkillərin yer aldığı taxta konstruksiyadan ibarətdir. Bu əsər, formal olaraq xəstəxana dəhlizinə istinad etməklə yanaşı, onun düçar olduğu travmaların qalıqlarını ifadə edir. İkinci otağın divarında, rəssamın xəstəxanadan kənarda, lakin, xəstəliyə görə hələ də müəyyən məhdudiyyətlərə məruz qalan həyatını təmsil edən real obyektlər daxildir. Fotoqrafiya sənətindən gələn rəssam, ilk dəfə olaraq, zəriflik, fanilik və reallıq kimi anlayışları əks etdirmək üçün foto sahəsində müxtəlif texnikaları araşdırır. 


Klara Co Berlində yerləşən Bard Kolleci və Institut für Raumexperimente-nin məzunudur. Onun son filmi və heykəltəraşlıq instalyasiyaları, revizionist (təkrar baxış tələb edən) tarixlərdə nəzərdə tutulan yerlər ilə uğurlu dialoq qurur. Onun əsərləri “Royal Academy of Arts” (London), “Institute of Contemporary Arts” (London), “Staatliche Museen zu Berlin” (Hamburger Bahnhof, Neue Nationalgalerie, Dahlem Museums, Museum for Photography), “Savvy Contemporary” (Berlin), “Akademie der Künste” (Berlin) və “Alliance Ethio-Française d’Addis-Abeba” (Efiopiya) kimi məkanlarda nümayiş etdirilib. 


Hiba Farhat əslən Livan və Qanadan olan rəssamdır. O, təsvirlər, obyektlər və situasiyaların yaradılması ilə məşğul olur. Hiba Çikaqo İncəsənət İnstitutunu magistr dərəcəsi ilə bitirib. Hibanın əsərlərində adətən “dumanlı”, parçalanan mövzular, onun siyasi və ekzistensial, xəyali və gerçək anlayışlar arasındakı sərhədə qarşı böyük sevgisi ilə əlaqəlidir.  Bu anlayışların təsvirlər və obyektlər arasında böyük ehtimalla sənədləşdirdiyi / təmsil etdiyi mənəvi köhnəlmə və müxtəlif əlaqələr, onun əsərində “çıxış nöqtəsi” sayılır. Qurulan/dağılan mədəni, siyasi, tarixi və siyasi kontekstlər vasitəsilə məna və situasiyaları yenidən canlandırmaq məqsədilə, rəssamın videoları xüsusi olaraq, geniş diapazonlu bədii və nəticə etibarilə, vasitəçi rolunu oynayan təsvirlərin cəlbini və toplanılmasını əhatə edir. 


Ehtiram Jabi (d.1996, Bakı) fotojurnalistika sahəsinə olan böyük marağı Reuters, ANN, RFE/RL kimi xəbər agentliklərinin Azərbaycan fəaliyyətləri ilə əməkdaşlıqla nəticələndi. Onun bir sıra fotoları sözügedən agentləri tərəfindən dərc olunub. Bundan əlavə, Ehtiramın “Zirvədə”, “Ağ qu quşu”, “Veteranlar” kimi silsilə fotoları yerli aparıcı portallarda da əks olunub. 2014-cü “Magnum Photography” (Tomaz Dvorjak, Çien-Çi Çanq) və fotoqraf Devid Montqomeri ilə YARAT Yay Məktəbində iştirak, onun fəaliyyətində mühüm rol oynadı. 2015-ci ildə, Moskvada keçirilmiş “Xalqlar dostluğu” adlı sərgi çərçivəsində keçirilmiş yaradıcı görüşdə mühazirəçi qismində çıxış edib. Həmin il, Azərbaycan Fotoqraflar İttifaqının “Ümid” mükafatına layiq görülüb. 2017-ci ildə, “Polio” adlı ilk geniş miqyaslı layihəsini tamamlayıb. Onun əsərləri Rusiya və Gürcüstanda keçirilmiş qrup sərgilərində nümayiş etdirilib. Hal-hazırda, Bakıda yaşayır və müxtəlif fərdi foto layihələr üzərində çalışır. 


YARAT REZİDENTURA PROQRAMI

YARAT Müasir İncəsənət Məkanı, hər ilin sonunda (sentyabr ayında) rəssamları rezidentura proqramında iştirak üçün müraciət etməyə dəvət edir. Proqram üç mərhələyə bölünüb (yanvar-aprel, aprel-iyul, sentyabr-dekabr) və qrantların təqdim edildiyi rəssamlar, üç ay ərzində Bakıda işləmək və yaşamaq imkanı əldə edirlər. Hər bir mərhələdə iki beynəlxalq və iki yerli rezident iştirak edir.

YARAT Rezidentura Proqramı, müxtəlif mövzular üzrə araşdırmaların aparıldığı açıq təcrübələrə və Qafqaz regionunun araşdırılmasına maraq göstərən rəssamlar üçün açıqdır. Proqram çərçivəsində rezidentlər öz həmkarları, habelə beynəlxalq səviyyəli incəsənət peşəkarları ilə müzakirələr aparmaq, eləcə də Azərbaycanın müxtəlif bölgələrinə səfərlər etmək imkanı əldə edirlər. Rezidenturanın sonunda uğurlu sənət əsərləri Bakıdakı ARTIM Layihə Məkanında nümayiş etdirilir. YARAT Rezidentura Proqramı əsasən ingilis dilində aparılır. 


Açılış: 25 aprel 2018, saat 19.00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç. 30, 001A 

Giriş sərbəstdir


Sərgi tarixləri: 25 aprel – 11 may

İş saatları:  Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00 

Ətraflı məlumat üçün: +994125051414

QEYDİYYAT ANKETİ

MÜRACİƏT MÜDDƏTİ BİTİB

Yüklənir