May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAB: NEYROVİZUALLAŞDIRMA, BİR GÜNLÜK QRUP SƏRGİSİ

17 May 18

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Lab-2018 proqramının iştirakçıları Yunis Novruz, Günay Əliyeva, Şəlalə Salamzadə, Nigar Təhməzova, Sultan Babazadə, Məsumə Hacıyeva, Fərid Rzayev, Aytac Hafizova, Təranə Quliyeva və Nəzrin Musayevanın əsərlərindən ibarət 24 saatlıq “Neuroimaging” (Neyrovizuallaşdırma) adlı sərgiyə dəvət edir.


ARTIM Layihə Məkanında, ARTIM LAB proqramının iştirakçıları üçün neyrobioloq Nuranə Kazımova tərəfindən keçirilmiş seminarın yaradıcılıq nəticələri təqdim ediləcək. Sərgidə gənc rəssamların, insan beyninin möhtəşəm xüsusiyyətlərini araşdıran əsərləri nümayiş olunacaq.

Neyrovizuallaşdırma – faktiki olaraq, insanın sinir sisteminin quruluşunu və funksiyasını əks etdirmək üçün, alimlər tərəfindən beynin şəkillərinin çəkilməsi prosesini təsvir edir. Belə ki, sərgidə gənc rəssamlar beyini elmi deyil, yaradıcı prizmasından əks etdirməyə çalışırlar. Maraqlısı budur ki, alimlər beyində yaradıcılığa  cavab verən yeri indiyə qədər tapa bilməyiblər. İnsan beyninin quruluşu və yaradıcılıq ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir. Kreativliyin, yaradıcılığın mövhumatdan kənar, sərbəst xarakteri haqqında mövcud nəzəriyyələr, beyini təsvir edilə bilməyən, tərifəgəlməz tədqiqat obyekti kimi nümayiş etdirir.


İnsan beyni, bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb “qurğu” kimi nəzərdən keçirilir. Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı, unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin edilir. Hər hansı insanı fundamental şəkildə dəyişmədən, onun oynaqlarını, böyrəklərini, hətta ürəyini belə dəyişmək, ya da ondan “yan keçmək” mümkündür. Lakin, sinir sisteminin fəaliyyəti dayananda, insanın həyatı, mövcudluğu da dayanır.

Neyrobiologiya elminin tarixi inkişaf mərhələləri bir çox nəsillərin nümayəndələri tərəfindən müəyyən edilsə də, beyin və davranışın elmi araşdırılması nisbətən yenidir və son otuz il ərzində aşkar və fərqli fənn kimi meydana çıxaraq, müasir biologiyanın sürətlə inkişaf edən sahələrindən birinə çevrilir. Neyrobiologiya – çoxşaxəli elmdir və onun verdiyi töhfələr biokimya, molekulyar biologiya, sitologiya, genetika, nevrologiya, fiziologiya, anatomiya, psixologiya və kliniki tibb kimi bir çox sahələri əhatə edir.


Sərgidə neyrobiologiya elmi üzrə mütəxəssisin müşayiəti ilə, gənc rəssamlar insan beyninin möhtəşəm xüsusiyyətlərini araşdıracaqlar.

Nuranə Kazımova – “ZİRVƏ” Psixologiya Mərkəzinin rəhbəridir. O, 2012-ci ildə Ukrayna Regional İdarəetmə Akademiyasının Tibbi Psixologiya fakültəsini bitirib, daha sonra 2013-2015-ci illərdə Türkiyənin Boğaziçi Universitetinin Klinik Psixologiya üzrə təhsilini davam etdirib və 2017-ci ildə Üsküdar Universitetində Sinir elmləri üzrə doktorluq dərəcəsini qazanmışdır. Nuranə Kazımova Türk-Amerikan Nevropsixiatriya Birliyinin üzvüdür və 13 elmi məqalənin müəllifidir.


ARTIM Lab haqqında

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən “YARAT Studios” məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 4 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək. Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün, YARAT Akademiyasının bütün tədbirlərində, o cümlədən gündəlik emalatxana təcrübələrində mütəmadi iştirak etməli, yeni ideyalar fikirləşməli və yeni əsərlər yaratmalıdırlar.


Açılış tarixi: 17 may 2018, saat: 19.00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş: sərbəstdir


İş rejimi: Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00 

Əlavə məlumat üçün: +994 12 505 1414

Yüklənir