Sentyabr 2018

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI: CİSMANİ PEYZAJLAR QRUP SƏRGİSİ

08 İyn - 15 Sen 18

YAY Qalereyası Sizi “Cismani peyzajlar“ adlı qrup sərgisinin açılışına dəvət edir. 


Rəssamlar: Əmrulla İsrafilov, Aida Mahmudova, Niyaz Nəcəfov, Eldar Qurbanov, Mir Nadir Zeynalov


İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca hər iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnikalar və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə edilir və artıq qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edib. Artıq XX əsrin əvvəllərində, tanınmış holland rəssamı Pit Mondrian, özündə qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlamışdır. Eyni dövrdə bir çox nəzəriyyəçilər və rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı olan incəsənətin “qadın” və “kişi” komponentlərindən bəhs edən oxşar nəzəriyyələri həyata keçirməyə cəhd göstərirdilər.

Sərgidə müxtəlif peyzajlar nümayiş etdirilir. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir olunur və insan bədəni obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma, dünyəvi formalar və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində yox olma təəssüratını yaradır.


Sərginin açılışı: 7 iyun, 2018

Saat: 19:00

Giriş yalnız dəvətnamə ilədir 


Sərginin müddəti: 7 iyun – 1 sentyabr 2018

Sərginin iş rejimi: saat 12:00 - 20:00 (Bazar Ertəsindən başqa)

Giriş sərbəstdir


Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5 

T.: +994 12 505 2323

E-mail: info@yaygallery.com


Rəssamlar haqqında

Əmrulla İsrafilov (d. 1962) – abstrakt rəssamlıq istiqamətində çalışan rəssamdır. 

Rənglərin ustası olan rəssam, öz obrazlarına kölgələr vermədən, yarımton və tonlardan istifadə edir. Bu element isə ikiölçülü təsvir hissini bəxş edir. Səthə canlı və gözlənilməz fırça zərbələri əlavə edərək, rəssam ən vacib məqamları vurğulayır.

Öz yaradıcılığında gündəlik, adi həyatın parlaq məqamlarını ifadə etməklə, o, hekayə rəssamlığının ehtimallarını inkar edir. Sənətkar öz duyğularını tamaşaçıya birbaşa çatdırır. Onun obrazları öz xarakterini jestlər, kostyumlar və tanınan peşə elementləri ilə ortaya çıxarır.


Aida Mahmudova (d. 1982) müasir incəsənət hərəkatının nümayəndəsidir. O, rəsm, heykəltəraşlıq, instalyasiya, fotoşəkil və video kimi müxtəlif üslublarda işləyən rəssamdır.

Aida Mahmudovanın təsvirləri əsasən xəyalpərəst və nostalji duyğulardan sızan doğma mənzərələri əks etdirir. Onun təsviri incəsənət tədqiqatları, diqqəti tez-tez sürətlə inkişaf edən ölkənin təsadüfi haşiyələrinə yönəldir. Müxtəlif dövrlərin üçölçülü obyektləri, xatirələrə, zamana, memarlıq estetikasına, kainatın təsəvvürünə və dünyanın gözəlliyinə istinad edir. Hal-hazırda, Aida Mahmudova material və formaların sintezi ilə təcrübələr aparır.

Aida Mahmudova Londonun Central Saint Martins kollecinin təsviri incəsənət fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Onun əsərləri Leila Heller Qalereyası (Nyu-York), Louise Blouin Fondu (London), MAXXI Muzeyi (Roma), habelə 55-ci və 56-cı Venesiya Biennalelərində nümayiş etdirilib.


Eldar Qurban (d. 1948) Azərbaycan rəssamlıq sənətinin səhnəsində primitivizm üslubunu təmsil edən bir neçə rəssamlardan biridir.

Eldar Qurban öz rəssamlıq karyerasına 1970-ci illərdə başlayıb və Azərbaycanda, eləcə də xaricdə geniş miqyasda sərgilənib. Onun üslubu vizual ifadədə fransız primitivizmi ilə əlaqəlidir, məzmununa görə yerli mühit və onun özəl xüsusiyyətləri ilə bağlıdır  və reallığı arzular ilə birləşdirərək, müxtəlif dillərdə gözəllik haqqında danışır. Rəssamın tabloları əsasən gözəl Azərbaycan qadınlarını əks etdirir. Onun üslubu gənc nəslin bir çox nümayəndələrinə təsir göstərib.

Eldar Qurban Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


Mir Nadir Zeynalov (d.1942) Azərbaycan rəssamlığının postsovet məkanında ən əhəmiyyətli sənətkarlardan biri sayılır.

Ustadın rəssamlıq karyerası 1970-ci illərdə sovet mövzusu ilə başlasa da, əsərlərini Abşeron məktəbini təmsil edən qeyri-sovet bədii dilində yaratmışdır. Rəssamın vizual təcrübəsi əsasən rəng ritmi əsasında stilizasiyalı məcazi yanaşma və abstraksiyadan ibarət iki sahəyə bölünür. Onun müasir incəsənətin inkişafına verdiyi ən böyük töhfə, ifadəli və emosional üslubu ilə xarakterizə olunan abstrakt rəsmləridir. Bundan əlavə, rəssamın qarışıq texnika ilə yaradılmış kollajları onun təcrübəsində xüsusi rol oynayır. Azərbaycanın xalq rəssamı Mir Nadir Zeynalov, yerli folklor, dəyərlər və irs, gözəllik və əmək, eləcə də fəlsəfə kimi geniş mövzulara toxunaraq bir çox əsərlər işləyib hazırlamışdır.


Niyaz Nəcəfov (d.1968) – Azərbaycanın müasir incəsənət səhnəsinin qabaqcıl nümayəndələrindən biridir.

Peşəkar idmançı olan Niyaz Nəcəfov, öz-özünə öyrənən rəssamlardan ilhamlanaraq, yağlı boya ilə eksperimentlər apardı və öz rəssamlıq karyerasına 2003-cü ildə başladı.

Erkən əsərlərində, rəssam öz əvvəlki təcrübəsinə əsaslanaraq, cəmiyyət və fərdlərin ziddiyyətlərini vurğulayıb. Bu təcrübə, daxildə olan gizli qorxu və istəklərdən bəhs edir. O, satirik yanaşma və hekayə üsulu ilə təəssüratlarını üzə çıxarır və onun əsərləri, həmişə oxunaqlı hekayə xəttini göstərir. Rəssamın yaradıcı üslubu əsasən qaranlıq palitradan istifadə edərək, ifadəli və emosionaldır.

Yüklənir