İyun 2018

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: MƏHƏLLƏ FƏRDİ SƏRGİSİ

26 May - 17 İyn 18

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında keçiriləcək "Ajam" media kollektivinin "Məhəllə" adlı sərgisini təqdim edir.


ARTIM Layihə Məkanında Bakıdakı “Sovetski” adlanan ərazinin tamamən sökülməsi ilə bağlı əsərlərin təqdim olunduğu sərgi açılır. Sərgilənən əsərlərdə tədqiq olunan mövzular belədir: nostalji, ailə tarixçəsi, əşyaların sosial tərcümeyi-halı, didərginlik, xarabalıq arxeologiyası, yaddaş və xülyalar.


Bütün Yaxın Şərq, Qafqaz və Orta Asiya şəhərlərində sakinləri cəmləşdirən əsas sosial mühit məhz məhəllə olmuşdur. Yüzillər boyunca insanlar bu cür məkanlarda birgə çalışar, toy-bayram edər, mərhumlarını torpağa tapşırar, münaqişələrin həllini axtarıb-tapar, qısası – öz icma simalarını formalaşdırardılar. Bakıda məhəllələr hələ də mövcuddur, hərçənd, onlar ideal ictimai məkan haqqında yeni təsəvvürlərin yer aldığı dövrdə tədricən gözdən itib yox olurlar. 


“Sovetski” çox məşhur bir məhəllə olmuşdur. Əvvəldən, yəni XIX əsrin ortalarından başlayaraq burada Bakının neft mədənlərində işləyən yoxsul ailələr sığınacaq tapardı. Bir müddət sonra “Sovetski” təxminən 50 min sakinin yaşadığı canlı, səs-küylü məhəlləyə çevrildi. Burada 200-dən artıq tarixi tikili də yerləşirdi: köhnə evlər, hamamlar, ibadət ocaqları. Şəhəri gözəlləşdirmək təşəbbüsü çərçivəsində bu məhəllənin yerində salınacaq park naminə 2014-cü ildə onu sökməyə başladılar.


“Ajam” media kollektivi İran, Qafqaz, Orta və Cənubi Asiyanın siyasi və mədəni həyatı ilə maraqlanan fəallardan, müəllim, jurnalist və rəssamlardan ibarət bir qrupdur. 2011-ci ildə bir internet platforması kimi yaradılmış “Ajam” sonralar, bununla yanaşı, sənədli kino çəkilişi, arxiv işi və musiqi prodüserliyi kimi sahələrdə də təcrübə qazanmışdır.


Çinarə Məcidova (d.1989, Bakı) 2010-cu ildə Azərbaycan Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Hazırda yazıçılıq, rəngkarlıq və video ilə məşğuldur. 2016-cı ildən başlayaraq “Ajam” media kollektivində fotomüxbir və yazar kimi çalışır. Bu kollektiv onun “Məhəllə” adlı layihəsinə qoşulmuşdur. “Sovetski”nin sökülməsini əhatə edən həmin layihəni əsas fikrinə gəlməyinin səbəbi isə onu bu əraziyə şəxsən bağlayan tellər – burada yaşayan yaxın qohumlarıgilə gözünü açandan bəri tez-tez gəlib-getməsi olmuşdur.


ARTIM haqqında

ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir. 


Açılış: 26 may 2018

Saat: 19.00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş sərbəstdir


ARTIM Layihə Məkanında Fikrət və Hikmət Xocəsəni qardaşları tərəfindən Meyxana üslubunda, şeir və misralarla seçilmiş mövzuda sintezləşdirilmiş improvizələri təqdim edəcəklər.

Performansın tarixi: 13 iyun, 2018
Saat: 19:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş: sərbəstdir


Sərginin müddəti: 26 may – 8 iyun, 2018

İş rejimi: Çəənbə axşamı – Bazar, 12.00 – 20.00

Əlavə məlumat: +994125051414

Yüklənir