May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAB: DUYULMAZLIQ XƏRİTƏSİ, 24 SAATLIQ SƏRGİ

29 İyn 18

YARAT Müasir İncəsənət Məkani ARTIM Lab 2018 iştirakçıları Sofiya Əhədova, Yunis Novruz, Günay Əliyeva, Şəlalə Salamzadə, Nigar Təhməzova, Sultan Babazadə, Məsumə Hacıyeva, Fərid Rzayev, Aytac Hafizova, Təranə Quliyeva və Nəzrin Musayevanın əsərlərindən ibarət “Duyulmazlıq xəritəsi” adlı 24 saatlıq sərgini təqdim edir. 


ARTIM Layihə Məkanı, İtaliyada yerləşən “Cittadellarte-Fondazione Pistoletto” art-ofisinin direktoru, kurator Xuan Sandoval tərəfindən keçirilən ustad dərsin yekun nəticələrini təqdim edir. “Duyulmazlıq xəritəsi” mövzusuna həsr olunmuş ustad dərsi, sosial və şəhər transformasiyaları proseslərində müəyyən ərazidə olan aktiv əlaqələr, münasibətlər qismində müxtəlif sahələrin xəritələrini müzakirə etməyə həvəsləndirdi. Bu, həm də Cittadellarte tərəfindən Forumlar və “İntibah/Üçüncü cənnət” üçün iş məkanları ilə  yanaşı, demopraksi* komponenti kimi inkişaf etdirdiyi vasitələrindən biridir.  


Coğrafi xəritələr, şəhər xəritələri, mental xəritələr, diaqramlar, əlaqələr sxemi və s. müasir rəssamın dəst-xəttinin bir hissəsi olan alətlərdir. Çünki, bütün bunlar həm ərazinin oxunması, həm də tarixi, siyasi və ya sosial baxımdan mühüm məna kəsb edir. Xəritə, tamaşaçını müəyyən sosial-dünyəvi kontekstə yerləşdirir və rəssam, bu keyfiyyətdən yararlanaraq, ondan öz bədii yaradıcılığının konseptual “ərazisinə” gətirib çıxaran “kompas” kimi istifadə edir.  


“Duyulmazlıq xəritəsi” ustad dərsin başlıca məqsədi, müəyyən ərazini təmsil etməklə yanaşı, cəmiyyət və ərazi, məzmun və sosial kontekst, rəssam və tamaşaçı arasındakı münasibətləri əks etdirən bir vasitə qismində xəritələri reallaşdırmaq idi. Ustad dərsi ərzində iştirakçılar digər mövzularla yanaşı, müasir incəsənətdə iştirak, ictimaiyyət və kontekst kimi geniş yayılmış anlayışların mənasını, son olaraq isə bu anlayışlarla bağlı “təriflərinin” inkişafını, yenidən mənalandırılmasını müzakirə etdilər. Hər bir rəssam, öz bədii dilinin alətlərindən istifadə edərək, rəssam kimi fəaliyyət göstərdiyi sosial mühitdə əlaqələrin konkret mövzusu ilə bağlı, fərdi baxışlarına uyğun olan qeyri-maddi xəritəsini reallaşdırıb.  


*http://journal.cittadellarte.it/terza-pagina/note-sulla-demopraxia-sui-cantieri-sui-forum-del-terzo-paradiso   


ARTIM Lab haqqında 

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən “YARAT Emalatxanaları” məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 4 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək. Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün, YARAT Akademiyasının bütün tədbirlərində, o cümlədən gündəlik emalatxana təcrübələrində mütəmadi iştirak etməli, yeni ideyalar fikirləşməli və yeni əsərlər yaratmalıdırlar.    


Tarixi: 29 iyun, 2018

Saat: 19.00 

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A 

Giriş: sərbəstdir    


Əlavə məlumat üçün: www.yarat.az, 012 505 1414

Yüklənir