May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: DOLU BOŞLUQ. VİRTUAL REALLIQ İNCƏSƏNƏTİ

20 Sen - 23 Sen 18

YARAT Müasir İncəsənət Məkanı ARTIM layihəsi çərçivəsində “Dolu boşluq: Virtual reallıq incəsənəti” adlı sərgini ARTIM Layihə Məkanında təqdim edir.


VR (virtual reallıq) - XXI əsr incəsənətinin getdikcə məşhurlaşan yeni sənət növlərindən olmaqla yanaşı, texniki vasitələrin köməkliyi ilə rəssamın yaratdığı dünyaya ekskurs təklif edir. ARTIM Layihə Məkanı virtual reallıq sahəsində işləyən rəssamların Şahnaz Ağayeva, Sərxan Rəcəbov və Orxan Qarayevin yeni əsərlərindən ibarət  “Dolu boşluq: Virtual reallıq incəsənəti” sərgisini təqdim edir.


Nümayiş olunan layihələr real və virtual təcrübələr arasında olan yayınıq sərhədləri vurğulayırlar. Sərginin    adı boş ARTIM məkanında toplanılan virtual layihələri xüsusi VR eynəklər vasitəsilə görmək ideyasından qaynaqlanır. 


Şahnaz Ağayevanın məkana uyğunlaşan “Van Qoq” layihəsi alternativ reallıq və məkan bağlılığı konseptini tədqiq edir. Rəssamın ikinci layihəsi konseptual şair Leyli Salayevanın “Lazımsız insan” adlı poemasının subyektiv vizuallaşdırılmasını təqdim edir. 


Orxan Qarayev “Dünyaların toqquşması” əsəri tamaşaçını həndəsi və psixodelik burulan lentlərlə hipnoz edərək, kainatda insan məfhumunun cılız olduğunu ideyasını ötürür. Rəssamın ikinci VR layihəsi “Qaçılmazlıq” adlanır və həyatda hər şeyin mənasız olması fikrini vurğulayır.


Sərxan Rəcəbovun “Virtual muzey” layihəsi bir-biri ilə konsept cəhətdən əlaqəli olmayan virtual incəsənət obyektlərini təqdim edir. Bu obyektlərin çoxu antik və klassik prototiplərdən götürülüb və üzərində müxtəlif formasiyalar nümayiş etdirilir. “Qanadlı maral” və “3D Bakı” layihələri, tanıdığımız obyektləri fərqli bucaqdan qavrama ideyasını açıqlayır. 


Layihələrin həyata keçməsində rəssamlar Oculus Rift, Tilt Brush, Masterpiece və Gravity Sketch proqramlarından yararlanıblar.  


“Dolu boşluq: Virtual reallıq incəsənəti” sərgisinin ərsəyə gəlməsi, insanların yüksək texnologiyalarla tanış olmasını təbliğ edən Azərbaycanın ən iri Virtual Reallıq Mərkəzi Phobia VR-in təşkilatçılığı ilə baş tutub. Phobia VR-ın əsas məqsədlərindən biri də, qeyminq sahəsində olan yenilikləri incəsənət, memarlıq və təhsil sahələrində tətbiq etməkdir. Phobia VR 2017-ci ildə təsis olunub.


Tədbir partnyoru: PHOBIA Virtual Reality


Açılış: 20 sentaybr, 2018

Saat: 17:00 

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Sərgi tarixləri: 20 - 23 sentyabr, 2018 

İş saatları: digər günlər saat 17:00 – 21:00

Giriş növbə ilə 

Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Yüklənir