May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM ROOMS: YENİ YEKAYƏLƏR QRUP SƏRGİSİ

05 Okt - 19 Okt 18

YARAT Müasir İncəsənət Məkanı ARTIM Rooms layihəsi çərçivəsində “Yeni yekayələr” adlı sərgini təqdim edir.


ARTIM Rooms layihəsinin ikinci sərgisi rəssamlar Füzuli Əliyev, Mina Abbasova, Vüsal Əhmədov, Rizone, Leyla Qabulova, Əhməd Nəbiyev və Roman Qocayevin müstəqil layihələrini təqdim edir. Bir-birindən fərqlənən layihələrdə bioqrafik, psixoloji-mental və sosial paralelləri vurğulamaq olsa da, hər bir layihə digəri ilə bağlı olmayan eksperiment kimi nümayiş etdirilir.


Füzuli Əliyev Əlvida adlanan envayronmental kompozisiyasında həyatında dönüş nöqtəsi olan hadisəni kalliqrafik üsulla çatdıraraq, bu əhvalatdan canını qurtarmaq kimi qiymətləndirir.


Əhməd Nəbiyev Özünü qur/ əksolunma avtobioqrafik kollajında fərqli ifadə vasitələrlə, fərqli həyat anlarını pazlla əlaqələndirərək öz hekayəsini danışır.


Vüsal Əhmədovun Xırdası qalsın instalyasiyası bir müddət öncə cəmiyyətdə rezonans doğuran ictimai nəqliyyatda gediş haqqının qaldırılması mövzusu vasitəsilə “dəyərlər” haqda fikirlərdir.


Roman Qocayevin Saçının ucuna zərər gəlməsini istəmərəm, həyatına gəlsə də olar performansı Azərbaycanda erkən nikah problemləri kontekstində, ölkəmizdə mövcud olan sosial-mental stereotipləri vurğulayır.


Mina Abbasovanın Nəbz video layihəsi insanların durumlarının təyin olunmasında yeganə dürüst və heç vaxt əsl emosiyaları gizlədə bilməyən gözlər haqqındadır.


Rizone Yarıoyaq instalyasiyasında müxtəlif dövrlərdə insanları kütləvi şəkildə “zombiləşdirən” vasitələrdən bəhs edir.


Leyla Qabulova Hibernasiyada adlı instalyasiyasında barama nümunəsində bir neçə sosial məqama toxunaraq, şəxsiyyətin yaranmasından söhbət açır.


ARTIM Rooms layihəsi gənc rəssam, kurator və digər yaradıcı peşə sahiblərinə müstəqil “otaqlar layihəsini” təklif edir. Hər kəs sahib olduğu bir və daha çox ideyalarını ARTIM Layihə Məkanının otaqları üçün təklif edə bilər. Layihənin məqsədi müzakirələr və eksperimentlər üçün nəzərdə tutulan yaşayan, dinamik və müstəqil platforma yaratmaqdır.


Açılış: 5 oktyabr 2018

Saat: 19:00


Sərginin tarixləri: 5 – 19 oktyabr 2018

İş saatları: Çərşənbə axşamı – bazar, 12:00-20:00


Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)

Giriş sərbəstdir

Yüklənir