May 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI: SOLTAN SOLTANLI GİZLİ QALMIŞ GÖZƏLLİK FƏRDİ SƏRGİSİ

15 Fev - 01 Apr 19

YAY Qalereyası Soltan Soltanlının “Gizli qalmış gözəllik” adlı fərdi sərgisini təqdim edir. 


Sərginin kuratoru: Lesli Qrey


İncəsənətin məqsədi nədir? Rəssamlıqda fəlsəfəyə necə müraciət edə bilərik? Özü öyrənmiş rəssam və diplomlu filoloq, Soltan Soltanlı öz yaradıcılığı ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırmaqla, bəşəriyyətə xidmət etmək məqsədilə, rəssamlıq sənətindən istifadə edir. Ağsu rayonunun Kalva kəndində keçirdiyi uşaqlıq illərində, o, ətrafındakı dünyada insanlığın rolu haqqında şəxsi fəlsəfə yaradır. Azərbaycan ədəbiyyatı, poeziyası və fəlsəfəsinin, o cümlədən Nizami və Nəsiminin əsərlərinin ən sadiq vurğunlarından biri olan sənətkarın yaradıcılığını “qədim müəlliflərin gözəllik və həqiqət haqqında ideyaların müasir təqdimatı” adlandırmaq olar. Yaradıcılığında toxunduğu mövzuların əsl mahiyyətini əks etdirmək üçün, o, həm estetik realizm, həm də primitivizmi araşdırır. Parlaq rənglərdən və xəyali perspektivlərdən istifadə etməklə, Soltan saf emosiyalar və daha ali məqsədləri xarakterizə edən insanları, heyvanları və peyzajları çəkir.  O, öz əsərlərində sevgi, əmək, ölüm və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, onun özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, onun başlıca niyyətini anladan adlar verir. Kənardan onun rəsmləri sürrealist keyfiyyətli kimi görünsə də, rəssam, bu “yarlıqdan” imtina edir. İllüziyadan istifadə etməklə, rəssam müxtəlif obyektlər arasında münasibətləri aşkara çıxarmağa çalışır və insanları azdırmaq üçün yollar axtarmır. Onun mesajlarını “rahat qavranan” adlandırmaq olar; o, bilavasitə insanlığa xidmət etmək və onu ruhlandırmaq üçün universal insan həqiqətlərini işıqlandırır.

Qalereyanın birinci mərtəbəsində kənd həyatının təsviri ilə yan-yana asılan fantastik mənzərələrin rəsmləri, təbiəti təkcə gözəllik və möcüzə deyil, həm də məqsəd və əmək mənbəyi kimi araşdırır. Onun meşələr və nohurların fonunda təsvir etdirdiyi heyvan rəsmləri, “təbii harmoniyanın cənnəti” anlamını ifadə edir. Çobanlar, bağbanlar və kəndlilərin rəsmlərində isə təbiət, həyat üçün lazım olan hər şeyi təmin edən mükafat kimi təqdim edilir.

Soltan Soltanlı, həm də qrafik rəssam kimi çox yaxşı tanınır və öz əsərlərinə görə, bir çox beynəlxalq mükafatlara layiq görülüb. Birinci mərtəbədə, rəssamın qrafik əsərlərindən və akvarel boyalardan ibarət kapsul kolleksiyası, habelə karikatura və realizmi bir araya gətirən, fərqli fərdi üslubu ilə çəkdiyi portretlər yer alıb.

İkinci mərtəbədə insanlığın təbiətə və bilavasitə rəssamın özünə bağlılığını ifadə edən portretlərin kolleksiyası yerləşdirilib. Qalereyanın sağ divarı boyunca, ailə həyatının detallarını və intim məqamlarını əks etdirən məişət səhnələrindən ibarət silsilə əsərlər yer alıb. Yumoristik və düşündürücü yaradıcılığı ilə, interpretasiyalarla dolğun simvolistik obrazlarla Soltan Soltanlı, tamaşaçıları həyatın gizli gözəlliyini seyr etməyə dəvət edir.


Sərginin açılışı: 15 fevral, 2019

Saat: 19:00


Sərginin tarixləri: 15 fevral > 1 aprel, 2019

Qalereyasnın iş saatları: 12:00 > 20:00 (Bazar ertəsindən başqa) 

Giriş sərbəstdir


*nümayiş olunan əsərlər satışdadır. Əlaqə üçün: info@yaygallery.com


Ünvan: İçəri Şəhər, Kiçik Qala küç., 5 (Əliağa Vahid heykəlinə yaxın). 
T: +994 12 505 2323


www.yaygallery.com

Yüklənir