May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

YARAT REZİDENTLƏRİ: DİGƏR DİLLƏR UCUNDA QRUP SƏRGİSİ

18 Apr - 10 May 19

YARAT Müasir İncəsənət Məkanı, sizi YARAT rezidentləri Aqil Abdullayev (Azərbaycan), Laura Bianko (İtaliya), Aydan Mirzəyeva (Azərbaycan) və Mendi Merzabanın (Kanada) əsərlərindən ibarət “Digər dillər ucunda” adlı sərgiyə dəvət edir.


“Digər dillər ucunda”, hal-hazırda YARAT rezidentləri olan rəssamların qrup sərgisidir. Burada özünəməxsus dialoqu səhnələşdirən silsilə əsərlər təqdim edilib. İnstalyasiya və videolara qarşı müxtəlif yanaşmalardan istifadə etməklə, rəssamlar obyektlər, peyzajlar və şərhlər arasında əlaqə səhnələri yaradır, təqdim edilən məzmunun tərkib hissələri arasında bədii-fərdiləşdirilmiş qarşılıqlı əlaqələrə nail olurlar. Sərgi müəyyən dərəcədə rus filosofu və ədəbi tənqidçisi Mixail Baxtinin ideyaları və onun özünəməxsus dil nəzəriyyələrində təsvir edilmiş polifoniya ideyasından qaynaqlanır. O, öz fəlsəfi nəzəriyyələrində, belə bir fərziyyəni irəli sürür ki, söz, səslərin zəncirində bağlayıcı bənd və ya qarşılıqlı fəaliyyət matrisasında xana kimi nəzərdən keçirilə bilər. “Dostoyevski poetikasının problemləri” (1963) adlı yazısında, o, bir insanın digərinin söz dünyasında yaşadığını və tez-tez ifadələrin intertekstuallığı və fərqli dialekt, danışıq ilə üzləşdiyini qeyd edir. Bütün danışıqlar polifonik olur və özündə eyni zamanda bir çox səsləri, mənaları və nitqləri (dilləri) cəmləşdirir. Sözlərin istifadəsində gizlənən obrazlar və tarixlərlə bağlı anlayışlar, rəssamların bu dialoji reallığı əks etdirməsi üçün, hansı vizual və linqvistik alətləri araşdırmasına dair düşüncələrdə, çox əlverişli bir mövqe təklif edir.


Aqil Abdullayev bu sərgi məkanı üçün yaradılmış, "Mən dedim ki, biz aya uçuruq, amma biz heç dama da çıxa bilmədik" adlı instalyasiyasını təqdim edir. Bu instalyasiya, mövcud qadağalar çərçivəsində sosial və dini strukturlarla müəyyən edilən mövcud vəziyyətləri və situasiyaların reallığını araşdırır. Yarıya qədər yaşıl boyanmış ərazidə məkanda iki video əsər üz-üzə quraşdırılıb və mövqe baxımından rəssamın özünə qarşı ziddiyyət təşkil edir: ekranların birində tamaşaçı onu hekayəçi kimi görsə də, eyni zamanda, üzbəüz ekranda, namaza hazırlıq üçün yuyunma (dəstəmaz) prosedurasını həyata keçirir. Ekranlar arasında isə "Rəşidə damda" adlı fotoşəkil yerləşdirilib. İnstalyasiya ilk növbədə, sosiomədəni reallığın kritik problemlərinə yönəlib və burada, rəssam din və elm arasında münasibətlər haqqında öz şəxsi fikirlərini  bildirir. Səthi baxış zamanı görünür ki, bu əsər, təzadlar və ziddiyyətlərin qarşılıqlı müqayisəsi üzərində qurulub; lakin, əsərləri daha yaxından nəzərdən keçirən zaman müəyyən olur ki, rəssam, böyük ehtimalla, bir-birinə uyuşmayan, müxtəlif dünyalar arasında dialoq qurmağa müvəffəq olub. Rəssam bədii və incə şəkildə, ehkamların, sözlərin və dünyanın dualist anlayışının etibarlılığını göstərən bədii hekayə formalaşdırır. Belə ki, bu mərasimlər mənəvi intuisiyaya, su ilə zahiri təmizlənmə vasitəsilə daxili təmizliyə, paklığa, çoxtərəfliliyin hərəkəti, dəyişdirilməsi və qəbuluna müraciət edir.


Laura Biankonun “Görünən şəhərlərdə” adlı dördkanallı videoinstalyasiyası öz ilhamını italyan yazıçısı İtalo Kalvinonun “Görünməz şəhərlər” (1972) adlı romanından götürüb. Müəllif öz əsərini “çoxüzlülük formasında kitab” kimi təyin edir. Əsər özündə uydurulmuş şəhərlərin təsvirini, habelə, təkcə hekayə epizodları deyil, həm də tədqiqatçı Marko Polo və imperator Xubilay arasında qurulmuş dialoq səhnələrini cəmləşdirir. Bu əsərin başlıca məqsədi, romanın hekayə strukturunun köməyi ilə, Bakının dolayı portretinin yaradılması ilə bağlı sınaq keçirmək idi. Çoxtərəfli kosmos kimi, bu portret müxtəlif uydurulmuş şəhərlərin fraqmentlərinin tutuşdurulması ilə formalaşır. Kalvino üçün şəhər “həndəsi rasionallıq və insan mövcudluğunun qarışıqlığı arasında gərginliyi” xarakterizə edir. Bu prinsipə əsaslanaraq, rəssam dörd təbii ünsür (torpaq, su, hava, od) ilə bağlı Zərdüştlük ənənəsini əks etdirir ki, bu da öz növbəsində təbiətin mürəkkəb quruluşunda əriyən, demək olar ki, dəqiq  və ya  “həndəsi” baxımdan dəqiq strukturu müəyyən etməyin ilk cəhdlərindən biri sayıla bilər. Kalvinonun tematik prinsipi ilə vahid şəkildə dördelementli təsnifat sistemini nəzərdən keçirməklə, o, uyğun mövzu (bədən, yaddaş, nişan, arzu) ilə hər bir təbii ünsürü qoşa-qoşa uyğunlaşdıraraq, öz fərdi sistemini yaradır. Bu halda, hər bir şəhəri bir elementin və bir mövzunun uyğunluğunun nəticəsi hesab etmək olar. O, qəfildən sənədli film rejissorunun hekayəsindən oyun bədii kinohekayəsinə (və əksinə) keçir və həm orada, həm də burada Bakının obrazları üçün yeni cizgilər əlavə edir.


Mendi Merzabanın “Sahilboyu məhrəmlik” adlı instalyasiyası, vinetka formasında qısa, sakit səhnələrin diskursu kimi meydana çıxan təbii və şəhər məkanlarının şaquli layihələndirilmiş diptixlərinin silsiləsidir. Şəxsi təcrübə epizodlarının seçimindən, ordan-burdan eşidilmiş hekayələr və tarixi hadisələrdən yaradılmış qoşa səhnəciklər paralel dünyaların görüşü kimi əks olunur. Onların virtual adları, məkan, siyasi və iqtisadi assosiasiyalar sayəsində baş verən incə gərginliyi meydana gətirir. Bu ikiləşdirilmiş səhnələr arasında, Xəzər dənizinin dalğalarına oxşar şəkildə, Böyük Qafqaz dağlarının alçaq hündürlüklərindən qalxan, daim sahilə doğru can atan, sonsuz olaraq geri çəkilən duman var. Digər səhnədə işıldayan, suda həll edilməyən yağ qovuqları qəfildən sakit sulardan qalxır və eyni zamanda, buludlar günəşin qarşısını bağlayır; bu isə ümumilikdə dörd ünsürün (su/hava, | yağ/günəş) obrazının nəqərati kimi görünür. Çayın sıldırımlı sahilindən düşən sınıq parça, 1930-cu ildə Bibiheybətdə neft yatağında eşşəyin hərəkəti üzərinə qoyulur; yaşıllaşan istixanadan “çevrilmiş”, məkanda “asılı qalan” çay axır eyni zamanda, qonşu səhnəcikdə, sovet dövrünün neft buruqlarının üzərindən, Şıxov çimərliyində, Xəzər dənizi boyunca “selfi” çəkdirən, yoldan keçən insanlar əks olunub.


“Əkizlər” adlı əsərində, Aydan Mirzəyeva, ağacın strukturunu və möhtəşəm xüsusiyyətlərini işıqlandıran silsilə əsərlərini davam etdirir. Rəssamın erkən işləri kimi, bu əsər də ən son elmi biliklərə əsaslanır: ağaclar, onlara bir-birləri ilə ünsiyyət qurmağa imkan verən kök sistemləri vasitəsilə, ağrını qeydə ala, əşyaları tanıya, hətta, bir-birini müdafiə edə və qayğı göstərə bilərlər. Ağacın incə naxışlarını təkrarlayan müxtəlif rənglərdən istifadə etməklə, rəssam, bu mürəkkəb sistemi daha dərindən araşdırır, hava inkişafın təsirinə məruz qalan dəyişkən obyektləri araşdırır, təbiət proseslərinin dinamikasının estetikasını əyani şəkildə nümayiş etdirir. Bu silsilədən olan nümunədə əks edilən taxta panellər bir-biri ilə üz-üzə quraşdırılıb və materialın gizli, kommunikativ aspektini vurğulayır. 


Rəssamlar haqqında

Aqil Abdullayev (d.1992, Azərbaycan) əsasən hərəkətli təsvir, performans və fotoşəkil kimi medialarda çalışır. O, Nottingem Trent Universitetinin təsviri incəsənət fakültəsini fərqlənmə diplomu (bakalavr) ilə bitirib və 2018-ci il Bloomberg New Contemporaries mükafatına və Birləşmiş Krallıq, Nottingemdə One Throsby Street qalereyasının “Attic Residency” proqramının iştirakçısı adına layiq görülüb. Öz çoxjanrlı əsərlərində o Qafqaz identikliyini araşdırır, identiklik və cəmiyyət haqqında dialoqu genişləndirməyə, feminizm və kişilik, ictimai və şəxsi həyat, Qərb və Şərq mədəni standartları kimi ziddiyyət təşkil edən mövzuları işıqlandırmağa çalışaraq, onlar arasında körpülər qurur.


Laura Bianko (d. 1990, İtaliya) italiyalı kinorejissor, kinomontajçı və vizual rəssamdır. Milanda NABA (Təsviri İncəsənət üzrə Yeni Akademiya) universitetinin media dizaynı və multimediya sənəti üzrə bakalavr dərəcəsi (fərqlənmə diplomu) ilə bitirəndən sonra, əsasən sənədli, eksperimental filmlər və animasiya sahəsində çalışmağa başlayıb. Onun filmləri İtaliyada və digər ölkələrdə film festivallarında, art qalereyalarında və mədəni tədbirlərdə nümayiş etdirilib.


Mendi Merzaban (d. 1987, Kanada) əsas diqqəti ərəb modernizminə yönəltməklə, rəssam və müasir incəsənət üzrə kurator kimi çalışır. Onun araşdırmaları hərəkətli təsvir, mətn və çap işi vasitəsilə şəfqət, yaddaş və dil məsələlərini nəzərdən keçirən təcrübələrə əsaslanır. O, Britaniya Kolumbiyası Universitetinin Təsviri İncəsənət və Antropologiya fakültəsinin məzunudur və MIT Architecture təhsil ocağında magistr dərəcəsini almağı planlaşdırır (2019-2021). 


Aydan Mirzəyeva (d. 1992, Azərbaycan) Azərbaycan Dövlət İncəsənət Akademiyasının sənaye dizaynı fakültəsini bitirib (2010-2014). O, 2017 və 2018-ci illərdə ARTIM Lab layihəsində uğurla iştirak edib və qrant qalibi olaraq, YARAT Studios rezidentinə çevrilib. 2018-ci ildə, o, Kiyevdə (Ukrayna) “Art Prospect” rezidentura proqramında iştirak edib. Onun əsərləri Azərbaycan, BƏƏ və Ukraynada nümayiş edilib. Öz ən son əsərində, ağac materialların gizli dinamikasını və onların emal imkanlarını araşdırır.


YARAT Rezidentura Proqramı 

YARAT Müasir İncəsənət Məkanı, hər ilin sonunda (sentyabr ayında) rəssamları rezidentura proqramında iştirak üçün müraciət etməyə dəvət edir. Proqram üç mərhələyə bölünüb (yanvar-aprel, aprel-iyul, sentyabr-dekabr) və qrantların təqdim edildiyi rəssamlar, üç ay ərzində Bakıda işləmək və yaşamaq imkanı əldə edirlər. Hər bir mərhələdə iki beynəlxalq və iki yerli rezident iştirak edir. YARAT Rezidentura Proqramı, müxtəlif mövzular üzrə araşdırmaların aparıldığı açıq təcrübələrə və Qafqaz regionunun araşdırılmasına maraq göstərən rəssamlar üçün açıqdır. Proqram çərçivəsində rezidentlər öz həmkarları, habelə beynəlxalq səviyyəli incəsənət peşəkarları ilə müzakirələr aparmaq, eləcə də Azərbaycanın müxtəlif bölgələrinə səfərlər etmək imkanı əldə edirlər. Rezidenturanın sonunda uğurlu sənət əsərləri Bakıdakı ARTIM Layihə Məkanında nümayiş etdirilir. YARAT Rezidentura Proqramı əsasən ingilis dilində aparılır.   


Açılış tarixi: 18 aprel 2019
Saat: 19:00 


Sərginin tarixləri: 18 aprel – 10 may 2019-cu il 
İş rejimi: Çəənbə axşamı – Bazar, 12.00 – 20.00  
ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Yüklənir