May 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT EMALATXANALARI: RUH-RUH QRUP SƏRGİSİ

24 May 19

YARAT Müasir İncəsənət Məkanı, sizi ARTIM Lab iştirakçılarının YARAT Emalatxanalarında ilk “Ruh Ruh” adlı studiya sərgisinə və yeni YARAT rezidentləri ilə görüşə dəvət edir.


ARTIM Lab iştirakçıları: Yalçın Məmmədov, Murad Əkbərli, Rauf İbadov, Günel Axundlu, Leyla Qabulova, Aypara Səlimova, Ramina Boçarova, Umay Abdullayeva, Fidan Hümbətli, Əhməd Nəbiyev, Ağababa Bağırov, Rəna Bəşirova, Ruslan Abbasov, Nurseli Məmmədli.


İlk studiya sərgisinə keçmiş YARAT rezidenti Mendi Merzabanın kreativ məhdudiyyətlərlə bağlı keçirdiyi ustad dərsin yekun nəticələri kimi, ARTIM Lab iştirakçılarının əsərləri daxildir. Mendi iştirakçılardan Azərbaycan şairlərinin müəyyən şeirlərinin sözləri ilə işləməyi xahiş edib. Araşdırma üçün təmin edilən məhdud resurslar, rəssamları daha kreativ, daha effektiv düşünməklə yanaşı, daha məhsuldar olmaq, daha çox problem həll etmək üçün yeni yolların tapılması istiqamətində daha çox enerji sərf etməyə məcbur edib.


Rəssamlar, öz mesajlarının əsas vasitələri kimi hərflər və sözləri irəli çəkərək, öz bədii ifadələrinin mexanizminə çevrilən bir bəyanatı irəli sürmək üçün, kreativ mətn üslubundan hərtərəfli istifadə ediblər. Rəssamlar bəzən dili büsbütün “yoxa çıxararaq” və diqqəti yazılmış sözün tək vizual tərcüməsinə yönəldərək, öz mətnlərini instalyasiya, videoəsərlər, fotoqrafiya, səs əsərləri və hətta video oyunlar kimi müxtəlif medialara transformasiya ediblər.


YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən “YARAT Studios” məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq dörd təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək. Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün, YARAT Akademiyasının bütün tədbirlərində, o cümlədən gündəlik emalatxana təcrübələrində mütəmadi iştirak etməli, yeni ideyalar fikirləşməli və yeni əsərlər yaratmalıdırlar.


YARAT Emalatxanaları (YARAT Studios) – yerli və xarici rəssamlar üçün yaradıcılıq sahəsində əməkdaşlığın yaradılması məqsədilə təşkil olunan bir məkandır. YARAT Emalatxanalarının əsas vəzifəsi – rəssamları peşəkar və şəxsi nöqteyi-nəzərindən inkişaf etməsinə sövq edən yeni imkanların və iş mühitinin bəxş edilməsidir. YARAT Emalatxanalarında rəssamlar müasir incəsənət məhdudiyyətlərini aşmaq, rəssamlıqla əlaqəli eksperimentləri aparmaq və incəsənət dünyasında öz sözünü demək imkanlarından bəhrələnirlər. YARAT Art rezidensiya proqramının iştirakçıları da bu məkandan 3 ay ərzində istifadə edirlər və ARTIM Layihə Məkanında öz yekun sərgisini nümayiş edirlər.


Tarix: 24 may, 2019

Saat: 19:00 – 21:00

Məkan: YARAT Emalatxanaları

Ünvan: Akademik Həsən Əliyev küç., 1061

Giriş sərbəstdir

Yüklənir