May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: TAUS MAXAÇEVA ŞARİVARİ FƏRDİ SƏRGİ

12 İyl - 29 Sen 19

YARAT Müasir İncəsənət Məkanı 12 iyul – 29 sentyabr 2019-cu il tarixlərində keçiriləcək, çoxprofilli rəssam Taus Maxaçevanın “Şarivari” fərdi sərgisini təqdim edir. 


Geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulların və obyektlərin daxil olduğu rəssam, bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, ələlxüsus Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqaz müasirliyini araşdırır.

Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayacaq. Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır.

“Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki, artistlər bir-birləri ilə rəqabət aparır, öz istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonunda, manej, havada süzən və salto vuran obrazlarla dolu olur. 

Taus Maxaçevanın Azərbaycan Milli Arxivinin etdiyi arxiv sənədlər, filmlər və fotoşəkillərə əsaslanan instalyasiyası, xaotik, xəyali sirk mühitini yaradır və bura qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü plaşlı milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya sirk arenasında doğuş prosesinin şahidi olmaq, qeyri-adi insan-heyvan piramidasının neçə qurulmasını seyr etmək, VR (virtual reallıq) sirk dəbilqəsini sınamaq və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Rəssam, məzhəkəli və çox vaxt da ziddiyyətli sosial-siyası fikirlər kimi səslənən, uzaq keçmişə və yaxın gələcəyə dair bu hekayələr müasir dövrün gerçək sirkini şərh edir.


Milli Arxiv İdarəsi (Bakı filialı), Rusiya Dövlət Kino-Foto Sənədləri Arxivi və digər mənbələrdən götürülmüş bir sıra arxiv-tədqiqat materiallarının toplusu sərginin açılış və bağlanış tədbirlərində nümayiş etdiriləcək, həmçinin onlara https://bit.ly/2SihXLa veb-linkindən baxa bilərsiniz.


Aleksandr Sneqirovun performans novellarının mətni ilə bu veb-linkdən tanış ola bilərsiniz: https://bit.ly/2SqwYdX 


Sərginin kuratoru Suad Qarayeva-Malekidir


Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə, sirk tarixçisi Rəcəb Məmmədov, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Əsgər Rəsulov, gimnast Tamilla Nəzirova, kloun Lada Sanatskaya, heyvan təlimçiləri Tofiq Axundov və Rauf Rəsulov, sirk şouları və konsertlərinin direktoru Vladimir Vavilov, arxivçi Aida Babazadə və şairə Leyli Salayevaya xüsusi təşəkkürümüzü bildiririk!

Taus Maxaçeva (d.1983) Rusiyanın Moskva şəhərində yaşayır və fəaliyyət göstərir. O, müxtəlif mədəniyyətlər və ənənələrin bir-birilə təmasda olduğu zaman nələrin baş verdiyini təhlil edən fəaliyyəti və video əsərləri ilə məşhurdur. Mədəni baxımdan mənşəyi Qafqazın Dağıstan regionundan olan və Moskvada böyümüş sənətçinin təcrübəsi onun sovetləşmədən əvvəlki və sonrakı dövrlərdə eyni anda mövcud olan dünyalarla şəxsi əlaqəsinə əsaslanır. Çox zaman yumoristik tərzdə olan əsərlərində o, müasir dünyada təsvirlər, obyektlər və bədənlərin çevikliyini sınaqdan çıxarmağa çalışır.

Taus Maxaçeva Qoldsmit Universitetindən İncəsənət üzrə bakalavr dərəcəsi (2007) və Kral İncəsənət Kollecində magistr dərəcəsi (2013) üzrə təhsil almışdır.

Seçilmiş sərgilərə Liverpul Biennalesi (2018), İnçuan Biennalesi (2018), Riqa Müasir İncəsənət Biennalesi (2018), Venesiya Biennalesi (2017); Qaraj Triennalesi, (Qaraj Müasir İncəsənət Muzeyi, 2017); ON/OFF Muzeyi (Pompidu Mərkəzi, 2016); Şanxay Biennalesi (2016); Kiyev Biennalesi (2015); Moskva Biennalesi (2015, 2011) və Şarja Biennalesi (2013) daxildir. Taus Maxaçeva 6-cı Moskva Biennalesinin Müasir İncəsənət Fondunun mükafatı (Moskva, 2015), Leypsiq Müasir İncəsənət Muzeyinin “Avropanın gələcəyi” mükafatı (2014) və “Yeni nəsil – innovasiya” Dövlət mükafatına (2012) layiq görülüb.


Redaktorlar üçün qeyd:
Sərgi: Taus Maxaçeva, Şarivari
Tarix: 12 iyul – 29 sentyabr, 2019
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, (Dövlət Bayraq Meydanı), Bayıl, AZ1003
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar
Saat: 12:00 – 20:00
Giriş ödənişsizdir


Media və təsvirlər üçün əlaqə:
Hökümə Kərimova
Telefon: +99 450 274 67 44
E-mail: hokuma.k@yarat.az

Yüklənir