Sentyabr 2019

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: ZADİ XA, FƏRDİ SƏRGİ MAQOHALMİ ÖVLADI VƏ YARADILIŞ SƏDASI

12 İyl - 29 Sen 19

YARAT Müasir İncəsənət Məkanı 12 iyul–29 sentyabr 2019-cu il tarixlərdə keçiriləcək Koreya-kanadalı rəssam Zadi Çanın fərdi sərgisini təqdim edir. Böyük yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Bu əsər “Art Night”, London (22 iyun), “Tramway”, Qlazqo (26 oktyabr – 16 dekabr) və “De La Warr Pavilion”, Bekshill-on-Si (1 fevral – 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində keçirilir.


Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayır. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsini təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatları ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur.

O, öz təcrübəsində bilinməyəni kəşf etmək üçün su və dəniz ekologiyasından metafora kimi istifadə etməklə yanaşı, Kanadanın qərb sahilində boya-başa çatdığı vətəninin mücərrəd obrazlarına da istinad edir. Rəssam çox zaman fantastik sualtı aləmini  yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.

Sərginin son elementi rəssam tərəfindən ilk dəfə “Art Night 2019” və 58-ci Venesiya Biennalesində istifadə edilmiş, hal-hazırda isə YARAT-da heykəllərin üzərində təqdim edilən kostyum və maskalardan ibarətdir. Bu əsəri, ictimai proqram çərçivəsində Çanın iştirakı ilə seçilmiş, yaradıcılıq fəaliyyətinə yeni başlamış yerli rəssamların performansları tamamlayır.


Sərginin kuratorları“Art Night”-ınbədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.


Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyini və özü haqqında təsəvvürləri necə bəyan etmələrini müəyyən etməkməqsədilə, canlı performans, video, rəsm və parçalardan istifadə edir. Rəssamın çoxlaylı kostyum əsərləri – musiqi, rəqəmsal məkan, moda və incəsənət tarixindən qaynaqlanan, bədii obrazları özündə birləşdirən özəl mədəniyyət tarixini araşdırmaq üçün obyektlərdir. Rəssam adətən fantastik və fövqəltəbii reallıqlarda yer alan, Asiya haqqında təfərrüatlı identiklik hekayələrinin ifadə edilməsi üçün fərdi vizual dil yaradaraq, tamamilə yeni obrazlar və obyektlər təklif edən fərdi simvollar sistemini işləyib hazırlamışdır.

Zadi Ça (d.1983, Vankuver) hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, Vankuverdə Emili Karr İncəsənət və Dizayn İnstitutunu bakalavr (2007) və London Kral İncəsənət Kollecini “Rəngkarlıq” üzrə magistr (2014) dərəcəsi ilə bitirib. Ən son fərdi sərgiləri: “Soju Sipping on a Sojourn to Saturn”, Aqustina Ferreyra Gallery, Mexiko (2018), HOMEBOY 3030: Return the Tiger 2 the Mountain, Union Pacific, London (2018) və “The Conch, Sea Urchin and Brass Bell” (kurator  Mette Kjærgaard Præst), Pump House, London (2017). Qrup sərgiləri: “Body Armor” (kurator Jocelyn Miller), MoMA PS1, Nyu-York (2018), “Paradise”, Night Gallery, Los-Anceles (2018) və “Four Pillar”, L’inconnue, Monreal (2018). Rəssam, həmçinin Palais de Tokyo, Heyvard Gallery, Serpentine Gallery, Block Universe və Böyük Britaniyada yerləşən Koreya Mədəniyyət Mərkəzi də daxil olmaqla beynəlxalq qalereya və festivallarda əsərlərini nümayiş etdirmişdir.


Redaktorlar üçün qeyd:

Sərgi: Zadi Xa – Maqohalmi övladı və yaradılış sədası

Məkan: YARAT Müasir İncəsənət Məkanı, Bayraq meydanı, Bayıl, AZ1003

Tarixlər: 12 iyul – 29 sentyabr 2019

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar günü

Saat: 12:00 – 20:00

Giriş ödənişsizdir


“Art Night” Londonu hər il bir unudulmaz gecəyə çevirən ən böyük müasir incəsənət festivalıdır. Hər il buraya Londonun fərqli bir hissəsinin tarixini, mədəniyyətini və memarlığını araşdırmaq üçün aparıcı incəsənət təşkilatı və ya kurator dəvət olunur. Burada karyeralarının müxtəlif mərhələlərində olan xarici və yerli sənətçilərə yeni əsərlər, unikal tədbirlər həyata keçirmək üçün maliyyə dəstəyi verir. Bununla yanaşı, “Art Night” açıq proqramı kurator ideyaları və mədəni marşruta uyğun olaraq yerli təşkilatların, müstəqil sənətçilərin və kuratorların festivalda iştiraklarını təklif edir. “Art Night” özünün “İrs” proqramı vasitəsilə il boyu birgə fəaliyyət, ictimai kolleksiyalar üçün satınalma, daha uzunmüddətli nümayiş dövrləri təmin etməklə Birləşmiş Krallığın incəsənət sektoruna töhfə verir. Festivalın ideya müəllifləri və təsisçiləri Kseniya Zemtsova və Filippin Nquyendir.


Media və təsvirlər üçün əlaqə:

Milly Carter Hepplewhite və Lisa Hopf at Pelham Communications

Telefon: +44 2089693959

E-mail: milly@pelhamcommunications.com və lisa@pelhamcommunications.com

Yüklənir