Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: AHMET ÖĞÜT HEÇ BİR ŞEİR ŞAİRİNİ SEVMƏZ

26 May - 28 Okt 20

YARAT Müasir İncəsənət Məkanı sizi Amsterdamda yaşayan, kürd əsilli rəssam Ahmet Öğütün fərdi sərgisinə dəvət edir. Sərgiyə iki yenicə yaradılmış, xüsusi olaraq məkana uyğunlaşdırılmış Heç bir şeir şairini sevməz (No poem loves its poet) Müəssisələrdə məskunlaşmış canlı varlıqlar (Living Beings Squatting Institutions) adlı video və heykəltəraşlıq texnikalarını əhatə edən əsərlər daxildir. Ahmet Öğütün əsərləri tarix boyu bəşəriyyətin tətbiq etdiyi, həm canlı varlıqları, həm də mədəniyyətləri bir-birindən ayıran fiziki və sosial hüdudlara müraciət etməklə, bu maneələrin nəticə etibarilə tam olaraq nüfuz edilə bilən durumlarda olmasını göstərir.  


VİRTUAL TUR

Heç bir şeir şairini sevməz videoinstalyasiyası, öz adını rəssamın Bakının hal-hazırda sökülməkdə olan tarixi Sovetski məhəlləsinə səfəri zamanı qarşılaşdığı qraffiti əsərindən götürüb. “Sub-Botnick” (Ahmet Öğüt və Maru Muştriyeva) duetinin bəstələdiyi orijinal musiqinin daxil olduğu geniş LED modullu ekranda təqdim olunan bu video, Bakının mərkəzi məhəllələrini əhatə edən, hündürlükdən çəkilmiş kadrları göstərir. Dağıntılar arasında, əvvəllər Sovetski məhəlləsindən keçən, əlində “Tolstoy küçəsi” yazılmış lövhəni saxlayan iki itkin düşmüş stüardessaları görmək olar. Özündə sovet, türk və Azərbaycan tarixlərini cəmləşdirən, Azərbaycanın mədəni təkamülü və radikal urbanizasiyasını müşahidə edən rəssam, hər dəfə hakimiyyətə gələn güclərin şəhərin abadlaşdırılması, sosial normalar və iqtisadi məngənələr vasitəsilə öz sələflərinin irsini silməyə çalışmasını göstərir.

Bütün sərgi məkanı boyunca yerləşən memarlıq instalyasiyası, Bakının sovet mədəniyyətinin qalıqları olan, “arzuolunmaz” əraziləri gizlətmək məqsədilə inşa edilmiş şəhər divarlarını imitasiya edir. Tamaşaçılar üçün kompozisiyanın video və heykəltəraşlıq elementlərini eyni zamanda gizlədən və göstərən bir keçid yaradaraq, Öğütün instalyasiyası ömür boyu Bakıda yaşamış və yaşamaqda davam edən insanlar üçün metafora kimi çıxış edir.

Bundan əlavə, sərgidə yer alan Müəssisələrdə məskunlaşmış canlı varlıqlar əsəri, qlobal mədəniyyət müəssisələri ilə əlaqəli olan heyvanların məskunlaşdığı beş heykəldən ibarətdir. Burada “Tate Modern” qalereyasının şahinləri, Boston Təsviri İncəsənət Muzeyinin veymaraner iti, Kamboca Milli Muzeyinin yarasaları, “Artica Svalbard” Fondunun ətrafında ağ ayılar, eləcə də YARAT Müasir İncəsənət Mərkəzinin pişiyi təqdim olunur. Ahmet Öğüt bəşəriyyətin məqsədyönlü şəkildə digərləri üçün qapalı məkanlar qurmasını qeyd etməklə bərabər, canlı varlıqlar və mədəniyyətlərin bir çox müxtəlif formalarda çıxışı edərək, birgə mövcudluq yollarını tapmasına işarə edir.


Sərginin kuratorları Mari Spirito (Protocinema) və Suad Qarayeva-Malekidir.


Sərgi eyni zamanda Bakı Höte-Mərkəzi tərəfindən dəstəklənir


Xüsusi təşəkkürlər: Sədaqət İsayeva, Yelta Köm, Maru Muştriyeva, Aşan Akın, Natan Qrey, Sənan Bağırov, Dağhan Yürürler və Zeynep Fırat.


Ahmet Öğüt haqqında

Ahmet Öğüt (d. 1981, Diyarbəkir, Türkiyə) Amsterdam və Berlində yaşayır və fəaliyyət göstərir. Diyarbəkirin təsviri incəsənət məktəbini bitirdikdən sonra, Ankara Hacettepe Universitetinin təsviri incəsənət fakültəsində bakalavr dərəcəsi, daha sonra İstanbul şəhəri, Yıldız Texniki Universitetində İncəsənət və Dizayn fakültəsində magistr dərəcəsini alıb. O, müxtəlif texnikalarda əsərlər yaradır və tez-tez sərgilərdə iştirak edir.  Son dövrlərin fərdi sərgiləri La Galerie de l'Université du Québec en Outaouais (2019), Kunstverein Dresden (2018), Kunsthal Charlottenborg (2017), ALT Bomonti (2016), Chisenhale Gallery (2015), Berkeley Art Museum (2010) və Kunsthalle Basel (2008) kimi məkanlar yer tutur. Həmçinin, o, çoxsaylı qrup sərgilərində, o cümlədən: Höteborq Rəssamlıq Muzeyində YOU ARE  (2019),  Echigo Tsumari Art Triennalesi (2018), Britaniya Rəsm Sərgisi 8  (2015-2017), 13-cü Lion Biennalesi (2015),  5-ci Nyu-York Təsviri İncəsənət Biennalesi Performa 13 (2013), 7-ci Liverpul Biennalesi (2012), 12-ci İstanbul Biennalesi (2011), Nyu-York Yeni Muzey Triennalesi (2009) və 5-ci Berlin Müasir İncəsənət Biennalesində (2008) iştirak edib. Silent Universitetinin Visible Award mükafatına (2013), Pinchuk Ukrayna Art Mərkəzinin xüsusi Future Generation Art Prize mükafatına, Niderlandda De Volkskrant Beeldende Kunst Prijs (2011), eləcə də Almaniyanın Müasir İncəsənət Muzeyinin Kunstpreis Europas Zukunft mükafatlarına (2010) layiq görülüb.  53-cü Venesiya Biennalesində Türkiyəni təmsil edən rəssamlardan biri olub (2009).


Redaktorlar üçün qeyd:

Sərgi: Ahmet Öğüt, Heç bir şeir şairini sevməz

Məkan: YARAT Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Tarixləri: 26 may – 20 noyabr 2020

Sərginin iş rejimi: Çərşənbə axşamı – Cümə, saat 12:00-dan 18:00-dək

Giriş sərbəstdir


Press-relizlər və fotoşəkillərlə bağlı sorğular üçün lütfən əlaqə saxlayın: 

Pelham Communications şirkətindən Milli Karter Heppluayt və Yaz Özkan

Tel.: +44 2089693959

Email: milly@pelhamcommunications.com and yaz@pelhamcommunications.com 

Yüklənir