Oktyabr 2017

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: NƏ HƏRB, NƏ SÜLH QRUP SƏRGİSİ

20 Okt - 29 Okt 17

YARAT Müasir İncəsənət Məkanı ARTIM layihəsi çərçivəsində “Nə hərb, nə sülh” adlı sərgini ARTIM Layihə Məkanında təqdim edir.


Nə hərb, nə sülh” adlı sərgi Azərbaycan rəssamlarının Qarabağ konflikti mövzusuna olan baxışını açıqlayır. Nə hərb, nə də sülh vəziyyətində yaşayan insanların mövdcudluq faktı üzərində işləyən rəssamlar, bu həyatın müxtəlif tərəflərini göstərməklə, problemə ictimaiyyətin diqqətini çəkməyə çalışırlar. Gündəlik atışmaların artıq gündəlik həyatın ayrılmaz hissəsi hesab edən yerli sakinlər, öz həyatları bahasına yurdlarında yaşayırlar. 26 il davam edən münaqişə nəticəsində hər iki tərəfin dinc əhalisi ziyan çəkir.


Fotoqraf Sitara İbrahimova “Donmuş münaqişə”, “Qarabağda itkin düşənlər”, “Kənar” və “Veteran” adlı silsilə fotolarında müharibə izlərini və “müharibə şəraitində” yaşayan insanları əks etdirir.


Elturan Məmmədov “Top-20” adlı səs instalyasiyası Qarabağ zonasında hal-hazırda yaşayan insanların reallıqdan qaçış kimi qiymətləndirirərək, o zonada ən çox dinlənilən 20 musiqi trekini təqdim edir. Rəssamın digər “Bayraq” adlı əsəri bayrağın vətəndaşların ümumi ruh yüksəkliyini və xüsusən də, bu əhvalın “aprel müharibəsi” dövründə daha da gücləndiyindən danışır.


Elnur Babayevin “Qaçqınlar” silsiləsi 90-ci illərdə Qarabağdan qaçqın düşmüş insanların Sabirabadda məskunlaşmasını əks etdirir. Sənədli fotolarda təkcə tarixi hadisələrə istinad deyil, həm də yaşayış şəraiti və infrastrukturun, eləcə də ölkənin o zaman olan vəziyyətini göstərir.


İlkin Hüseynov “Müharibənin dumanı” adlanan foto silsiləsi ilə cəbhə bölgələrində yaşayan insanların portretlərini təqdim edir.


Erkin Ələkbərlinin “Xarı bülbül” instalyasiyası Qarabağın simvolu sayılan gül vasitəsilə çatdırılan, sökülmüş şəhər, qırılmış həyatlar və sınmış arzuların alleqorik təcəssümüdür.


Zamir Süleymanovun “Günah kimdədi?”instalyasiyası Qarabağ münaqişəsinin kimin günahkar olmasından və ümumiyyətlə Azərbaycanın regionda tutduğu geo-siyasi mövqeyindən söhbət açır.


ARTIM haqqında
ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.


Açılış: 20 oktyabr 2017

Saat: 19:00


Sərginin müddəti: 20 oktyabr – 29 oktyabr 2017
Sərginin iş rejimi: Cümə axşamı – Bazar, 14.00 – 20.00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir


Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Yüklənir