May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAB: XRİZALİS – TRANSFORMASİYA ANI SƏRGİSİ

30 Okt - 27 Mar 21

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində keçiriləcək rəssamlar Günel Axundlu, Ağababa Bağırov, Rəna Bəşirova, Əhməd Nəbiyev və Murad Əkbərlinin əsərlərindən ibarət “Xrizalis: transformasiya anı” adlı buraxılış sərgisini təqdim edir.


ARTIM Lab təcrübə müddətində pandemiya və əvvəlki “normal həyat” arasında qapılmış rəssamlar bu keçidin nə anlama gəldiyini və qeyri-müəyyənliklə necə üzləşib, öhdəsindən gəlməyi birlikdə dərk etdilər. Özəlliklə, bu zəmanə reallığa aid ideyaların oyanmasına və daha sonra alovlanmasına yol açdı. Rəqəmsal aləmin reallığa qarşılıqlı təsiri və zahiri dünyanın daxilən mənimsənməsinin daha da artdığı vaxtda reallıq nədir? Biz öz reallığımızı özümüz yaradırıq və bu özünü necə təzahür edir? Elmi fantastika yazarı Filip K. Dik dediyi kimi “Reallıq ona inanmağı dayandırdığımız zaman yoxa çıxmayan məfhumdur”. Bəs gələcəyimiz üçün reallığımızı necə formalaşdırırıq, onu necə görmək istəyirik?


İdeyanın mərkəzi hissəsi dəyişim vəziyyəti, keçmiş və indiki zamanların arasındakı fasilə, mövcud vəziyyəti nəzərə alıb, yaxın gələcəyə hazırlaşmaq fikrinə əsaslanır. Sənətçilər bu ideyaları müxtəlif nəzərlərdən araşdırırlar - ənənə və müasirlik, məsumluq və aşkarlıq, mənəvi oyanış və hərəkət, həmçinin yeni fərdiliyi irəli sürmək üçün keçmişin qısıntılarından yaxa qurtarmaq. Pup irəliyə gedən yolda götür-qoy etmək üçün bir alətdir – biz hamımız transformasiya vəziyyətindəyik, lakin biz necə ortaya çıxacağıq və bizi məhdudlaşdıran sərhədləri siləcəyik?


Ağababa Bağırov, intellektual inkişafda üzləşilən daxili gərginliyi sual altına qoyur, çünki insan zəkası müxtəlif oynadığı oyunlar və ətraf mühitlə qarşılıqlı əlaqədən  mərhələlərlə dəyişimə uğrayır . Oyun şəklində təqdim etdiyi əsərində seçimlər nəticələrə gətirib çıxarır və dünyagörüşümüz oyunun sonunu təyin edir – çətinliklərlə necə qarşılaşırıq və hərəkətlərimizin nəticəsi nədir?


Günel Axundlunun performansı kainatın xaosundan doğulmuş və  daha sonra şəxsi, həmçinin ictimai mücadiləsi vasitəsilə təkamülləşən və formalaşan bəşəriyyətin yaradılışı üzərində mərkəzləşib. Mədəni və ictimai axınların metaforası kimi çıxış edən parça vasitəsilə, performans yenidən dirçəlmə prosesinə bənzəyir – yuxuları reallığa dəyişən kollektiv oyanış və hərəkətə çağırış kimi. Rəssamın reallığında, bu xaos bir ruhi vəhdətə çevrilir.


Murad Əkbərlinin instalyasiyası müdafiə və dözümlülük ideyalarını araşdırır. Rəssam əsərində Azərbaycanın cənubunda, məkanı və döşəmə üzərindəki xalçaları rütubətdən qorumaq üçün geniş istifadə olunan xüsusi naxışlarla bəzədilmiş həsiri istifadə edir. Burada o, həsiri qədim türklərin hücumlarından qorunmaq üçün tikilmiş Böyük Çin Səddinin prototipi kimi təsəvvür edir. Onun əsəri özümüzü xarici təsirlərdən qorumaq qabiliyyətimizi, həmçinin ənənə və fərdiliyin qorunub saxlanılma qabiliyyətini sual altına qoyur.


Rəna Bəşirovanın səs instalyasiyası, insan və təbiətin dixotomiyasını, eyni zamanda bunların arasında pozulan birliyi araşdırır. Təbii mühitimizdən daha da çox qopduqca, bu iki hal arasında necə vasitəçilik edirik? Birliyi necə tapırıq?


Əhməd Nəbiyevin videoəsəri baş qəhrəmanının daxili dünyasının gözləntilərinin məhdudiyyətini təsvir edir. Həqiqəti əks etdirməyən reallıq nədir? Rəssam əsərində bu məhdudiyyətləri rədd edən və öz imicində yenidən doğulmaq üçün həll yolları axtaran qəhrəmanı göstərir. Onun vasitəsi ilə də ümumi qəbul olunmuş davranışların sosial gözləntilərini sual edir. Reallıqdan qaçmaq mümkündür, yoxsa onunla üzləşib, onu dəyişdirməliyik?


Sərginin kuratoru: Lesli Qrey


Sərginin müddəti: 30 oktyabr 2020 – 27 mart 2021

Məkan: ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Kiçik Qala küçəsi, 5

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00


Giriş sərbəstdir

Yüklənir