May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: “GÜNƏŞ ŞƏHƏRİ” QRUP SƏRGİSİ

29 Okt - 14 Yan 22

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında gənc rəssamlar Ramina Boçarova, Erkin Ələkbərli, Mehrin Əlili, Rəsul Quliyev, Şəlalə Salamzadə və İsmayıl Səfərəlinin əsərlərindən ibarət “Günəş şəhəri” qrup sərgisini qürurla təqdim edir.


Sərgi YARAT Müasir İncəsənət Məkanının 10 illiyinə həsr olunur


“Günəş şəhəri” qrup sərgisi ümid anlayışını öz prizmalarından kəşf edən gənc rəssamların video-art və heykəltəraşlıq əsərlərini bir araya gətirir.


“Günəş şəhəri” qrup sərgisi, öz ilham mənbəyini italyan filosof Tommazo Kampanellanın eyni adlı kitabından götürüb. Utopik əsər, Xristofor Kolumb ilə səyahətə çıxan genuyalı dənizçinin insanların gender, sosial status, din və digər faktorlardan asılı olmayaraq harmoniya içində yaşadığı adaya düşməsindən bəhs edir.


Sərgi, daha yaxşı həyat üçün ümid və bundan yaranan qeyri-müəyyənliklər arasında qalan insanların hekayələrini ortaya qoyur. Eyni zamanda sərgi, insan köçünün daima tarixlə sosial və mədəni əlaqəsinin olduğunu nəzərə alaraq, ümid və mobilliyin əlaqəsini irəli sürür. Bəşəriyyət hər zaman onları, xüsusi məkana bağlayan və məxsusluq hissi yaradan bütün xatirələri geridə qoyaraq, onları bir yerdən başqa yerə aparan amillərin axtarışındadır. Coğrafi sərhədlərin dəyişkən təbiəti dünya əhalisinin həyatına təsir göstərir və evsizlik, köçkünlük, həm də keçmişə və ümidli gələcəyə əbədi həsrət kimi vəziyyətlərin yaranmasına gətirib çıxarır. Hətta, Coğrafi kəşflər dövründə Kolumb, Hind okeanına dəniz yolunu kəşf etmək ümidi ilə dəniz səfərləri həyata keçirmiş, lakin sonradan təbii sərvətlər, yeni torpaqlar və nəhayət, kolonizasiya səbəbi ilə millətlər arasında döyüş meydanına çevrilən yeni qitəyə çata bilmişdir. Bu hadisə eyni zamanda yunan mifologiyasındakı “Pandoranın qutusu” əfsanəsini xatırladır.


Dünyadakı çətin və təhlükəli miqrasiya marşrutlarından ilhamlanan sərgi, böhran, qorxu və qeyri-müəyyənlik hallarını aradan qaldırmaq və bu vəziyyətdən qaçmaq üçün, həm fiziki, həm də metaforik olaraq ümidi ən gözlənilməz yerlərdə tapmağa yönəlmişdir. Sərgi, ümid konsepsiyasını və onun müxtəlif vəziyyətlərdə yaranmasını sual altına qoyur. Araşdırmalara əsasən, ümid – nə optimist, nə də pessimist anlayışdır, o, qarşımızda duran maneələri aşmaq kontekstindən yaranır. Ümid həm də, qarşıdakı yeni imkanları, üfüqləri, fürsətləri ifşa edərək həyat yolumuzun zülmət məqamlarını işıqlandıran fənər rolunu oynayır.


Sərginin müddəti: 29 oktyabr, 2021 – 14 yanvar, 2022
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00

Məkan: ARTIM Layihə Məkanı

Ünvan: Kiçik Qala küç., 5, İçərişəhər

Giriş sərbəstdir

Yüklənir