May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: ÇİNGİZ, İNSƏN FƏRDİ SƏRGİSİ

17 Mar - 23 Okt 22

YARAT Müasir İncəsənət Məkanı multidistiplinar rəssam CHINGIZ-in “İNSƏN” adlı yeni fərdi sərgisini təqdim edir.


VİRTUAL TUR

“İNSƏN”, CHINGIZ-in şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan/dəyişən İnsan və onun əməlləridir.

Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas iştirakçısı və performeri insanın özünün olmasını vurğulayır.  

Layihəni avtobioqrafikləşdirən rəssam, şəxsi məkan prinsipini emalatxana prototipində inkişaf etdirərək, onu əhatə edən reallıqdan bəhs edir. Sərgi, insanların müxtəlifliyini vurğulayaraq, həm də eyni insanın təkrarlanan həyat situasiyalarında özünü başqa cür aparmasını bildirir, həmçinin onun individual və ziddiyyətli xasiyyətləri haqqında danışır...


Sərgi, CHINGIZ-in formalaşmasına əhəmiyyətli təsir göstərmiş atası Tofiq Babayeva həsr olunur.


Sərginin kuratoru Fərəh Ələkbərlidir.


Rəsssam haqqında

CHINGIZ (Çingiz Babayev, d. 1964, Bakı) heykəltəraş, rəssam, dizayner, nəzəriyyəçi, şair və filosof. Onun yaradıcılıq təcrübəsi rəngkarlıq, qrafika, heykəl, kollaj, strit-art, instalyasiya, performans, video-art və digər fərqli mediaları özündə birləşdirərək, müxtəlif ideyaların həyata keçirilmə imkanlarını araşdırır. CHINGIZ-in əsərləri Bakı Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli Xalça Muzeyində, “Vahid Kooros” kolleksiyasında, həmçinin Rusiya, Ukrayna, Vyetnam, ABŞ, Böyük Britaniya, Avstriya, İtaliya, Estoniya, Fransa, Polşa, Finlandiya, Norveç, İsveçrə, Dominikan Respublikası, Qırğızıstan və İranın şəxsi və muzey kolleksiyalarında saxlanılır.


Sərgi: ÇİNGİZ, İNSƏN fərdi sərgisi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Keçirilmə tarixləri: 17 mart – 23 oktyabr, 2022-ci il

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

Yüklənir