May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: MİŞEL FRANSUA (BELÇİKA) PANOPTİKUM FƏRDİ SƏRGİ

17 Mar - 04 Okt 22

Panoptikum: Təpəgözün baxışında donmuş anlar


VİRTUAL TUR

YARAT Müasir İncəsənət Məkanı belçikalı rəssam Mişel Fransuanın “Panoptikum” fərdi sərgisini təqdim edir. Sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulmuşdur, azadlıq ehtirasımızı simvolizə edir.


İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M.Fransuanın əsəri ilhamını, 18-ci əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji məqsədini tərsinə çevirir. Beləliklə, M.Fransuanın əsəri şəxsi həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər. Qüllə, həmçinin onun ətrafındakı boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları təqdim edirlər.

Bir çox digər öz sərgilərində olduğu kimi rəssam daima “qaçış planı”nı axtarır. Elə görünür ki, o, bu azadlığı təbii elementlərin ram olunmayan gözəlliyində, məsələn: ətrafa bürünc fıstıqlar səpən xəyali fəvvarənin coşqun görünüşündə və ya qəribə bulud kimi səmada süzülən gümüş səddin eleqantlığında tapır.

Eyni azadedici həzzi, YARAT-ın sifarişi ilə rəssam tərəfindən çəkildiyi filmdə, Azərbaycanın palçıq vulkanları landşaftının elmi fantastikaya bənzəyən sehrinin təkrar görüntülərini müşahidə edərkən hiss etmək olar. Burada fasiləsiz transformasiyada sönən qaz qabarcıqları ilə püskürən lava təsvir edilir. Onlar bir zamanlar sürrealistlərin “partlayış təhlükəli” adlandırmaq istədikləri sirli “məhvedici” gözəlliyə malikdir. Təqdim edilmiş digər heykəltəraşlıq kompozisiyalarının əksəriyyəti ölkənin həqiqi gizli xəzinəsi olan təbii resurslarına müəyyən üsulla istinad edən, diqqətlə seçilmiş zəif, demək olar ki, bayağı materiallardan ibarətdir.

Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.


Mişel Fransua (d.1956, Belçika) Brüsseldə yaşayır və fəaliyyət göstərir. Onun konseptual təcrübəsinə müxtəlif medialar daxildir, o cümlədən: heykəltəraşlıq, video, fotoqrafiya, poliqrafik materiallar, rəsm və instalyasiya. “Arte Povera” cərəyanının rəssamlarının metoduna bənzər Fransua da görünüşcə mürəkkəb olmayan obyektlərin və materialların, yaxud keçmiş hadisələrin izlərinin dərin rezonanslı məna daşıyıcılarına çevrilməsi üçün vasitələrdən böyük qənaətlə istifadə edir. Onun yaradıcılığına səbəb və nəticənin araşdırılması, həmçinin yaradıcı yolların tərtibatı zamanı sadə jestlər vasitəsilə obyektin vəziyyətini dəyişdirmək və ya mühüm nəticələrə malik olması üsulları kimi baxıla bilər. O, öz layihələrini Havana Biennalesində (2015), 48-ci Venesiya Biennalesindəki Belçika Pavilyonunda (1999), 22-ci San-Paulu Biennalesində (1994) və Kasseldə “IX Documenta”da (1992) təqdim etmişdir. Onun Birminhemdə “Ikon” Qalereyasında, Nyu-Yorkda Dia İncəsənət Mərkəzində, Gentdə “S.M.A.K”-da, Barselonada Joana Miro Fondunda, Berndə “Kunsthalle”də, Münhen İncəsənət Evində fərdi sərgiləri olmuşdur. O, Rio-de-Janeyro Müasir İncəsənət Muzeyində, Taypey İncəsənət Muzeyində, Metsdə Pompidu Mərkəzində, Parisdə “Jeu de Paume” Mərkəzində, Münhen İncəsənət Evində, Parisdə Pompidu Mərkəzində və Brüsseldə Hermes Fondunda təşkil edilmiş qrup sərgilərində iştirak etmişdir.


Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam/kurator Erix Vaysdır (Erich Weiss). Hal-hazırda o, Kasseldə keçiriləcək 15-ci Documenta sərgisində ekspozisiya meydançasının koordinatoru kimi fəaliyyət göstərir.


Sərgi: Mişel Fransua (Belçika) Panoptikum fərdi sərgisi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Keçirilmə tarixləri: 17 mart – 4 oktyabr, 2022-ci il

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

Yüklənir