May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: ERKİN ƏLƏKBƏRLİ AD INFINITUM FƏRDİ SƏRGİ

28 Apr - 26 İyn 22

YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanında gənc rəssam Erkin Ələkbərlinin AD INFINITUM adlı fərdi sərgisini təqdim edir.


AD INFINITUM (Latıncadan “sonsuzluğa qədər” və ya “həmişəlik”) Erkin Ələkbərlinin yeni fərdi sərgisidir. Sözügedən sərgi, rəssamın davam edən daxili emosional və mənəvi səfərinin nəticəsidir. Erkinin fərdi sərgisi, müəyyən mənada rəssamın şəxsi etirafına bənzəyir və qarşılıqlı əlaqəli hekayələr, mürəkkəb duyğular, gizli həyəcanlar və sıx müşahidələr ilə zəngindir. Belə ki, rəssam, həyatın “mina sahəsində” təkrar-təkrar baş verən daxili çarpışmalara istinad etmək istəyir. İnsanların talelərinin müxtəlif epizodlarına nəzər salan bu bədii baxışlar, nəticədə silsilə rəsm əsərlərinin yaranmasına səbəb oldu. Rəssam bu əsərlər vasitəsilə,  həyat və ölüm, peşmançılıq və günahkarlıq, yaddaş və nostalji, talelər, mütəəssirlik, gerçəkləşməyən və gərgin duyğular, gözləntilər, şübhələr və ikili, təzadlarla dolu olan bir çox digər mövzular ətrafında öz düşüncələrini və araşdırmalarını bölüşür. Sərginin bütünlükdə ab-havası, eləcə də rəssamın kifayət qədər poetik yanaşması Çilinin tanınmış şairi  Pablo Nerudanın şeirlərindən ilhamlanıb.

Xüsusi olaraq YARAT-ın sifarişi ilə hazırlanmış məkana uyğun instalyasiyalar, rəngkarlıq əsərləri, eləcə də rəssam üçün yeni eksperiment olan videoinstalyasiya, öz ilhamını rəssamın kəskin melanxoliyasından, eləcə də həyat və sevgini dərk etmək kimi tükənməz arzusundan götürür. Rəssamın fatalist baxış bucağı və melanxolik istinadlarına baxmayaraq, əsərlər ümidsizlik təəssüratını bəxş etmir; əksinə, bu əsərləri, yeni həyata başlamaq məqsədilə bir daha yaşanan, əzəli hisslərin müşahidəsi kimi də qələmə vermək olar. Pablo Nerudanın poeziyasında tez-tez rast gəlinən “dəniz” motivlərini davam etdirən rəssam, mənəvi fəaliyyətimizin ən ali forması olan sevgini yüksəldir.


Erkin Ələkbərli (d. 1992, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsini 2014-cü ildə bakalavr, 2016-cı ildə magistr üzrə bitirib. Gənc rəssam rəngkarlıq, qrafika, instalyasiya sahələrində işləyir. O, “Səməni” Beynəlxalq İncəsənət Festivalı (Heydər Əliyev Mərkəzi, Bakı, 2013), “Xocalı soyqırımı” (Galerie Berlin-Baku, Berlin,2015), Alüminium Müasir İncəsənət Festivalının “Yaddaş/Retrospektiv” layihəsi (Abşeron Qalereyası, Bakı, 2012) və digər qrup sərgilərdə iştirak edib. Moskvada keçirilən ARTWEEK Beynəlxalq İncəsənət Yarışmasının (2008) 2-ci mükafatına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


Açılış: 28 aprel, 2022

Saat: 19:00

Məkan: ARTIM Layihə Məkanı

*Giriş COVID pasportu ilədir


Sərginin müddəti: 28 aprel – 26 iyun, 2022

Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5

Yüklənir