May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: LEYLA QABULOVA VƏ MURAD VƏLİYEV DAXİLİ GURULTU

14 İyl - 25 Sen 22

YARAT Müasir İncəsənət Məkanı gənc rəssamlar Leyla Qabulova və Murad Vəliyevin “Daxili Gurultu” adlı duet sərgisini təqdim edir.


Sərgi özünüidentifikasiyanın bərpası istiqamətinə iki fərdi baxış nümayiş etdirir. İnsan şəxsiyyəti, inkişaf etdikcə, mənəvi və psixoloji dəyişikliklərə məruz qalır və bütün bunlara onun sosial mühiti təsir göstərir. Sosial standartlar, mədəni normalar və nəsildən-nəsilə keçən ənənələrinin “yazılmamış qanunları” insanların reallığı necə qəbul etdiyini və ona necə reaksiya verdiyini formalaşdırır. Bu sosial normalar, tez-tez mental böhranlara səbəb olur və insanları öz xarakterlərini yenidən götür-qoy etməyə məcbur edir.

Rəssamlar eqo, ictimai qınaq, ikiüzlülük, stiqma, kollektiv və fərdi travmalar, zorla boynumuza qoyulan, bizə “sırıdılan” yarlıklar və hekayələr kimi vacib problemləri qaldırmaq üçün daxili psixikalarına müraciət edirlər. Tarixən qəbul edilən və inkişaf etmiş sosial normalar, özümüzü öyrənmək və başqaları ilə münasibətləri idarə etmək baxımından faydalı vasitə sayıla bilərmi? Şəraitdən asılı olmayaraq, rəssamlar, tamaşaçıları, özlərinin kimliyini “necə varsa, elə” qəbul etməklə, özlərini təhlil etməyə və sorğulamağa çağırırlar.

Sərgi “şəxsi müqavimət” ilə bağlı anlayışı diqqətə çəkir; sanki bütün təzyiqlərdən boğulan, dərindən kök salmış qaydaların məhbusları olan rəssamlar, ümumi qəbul edilmiş identiklikdən azad olmağa, öz şübhələrinin “zəhərli qabığından” çıxmağa, özləri və başqaları haqqında daha çox öyrənmək məqsədilə xatirələrə, unutmaq istədikləri hekayələrə və qapalı həqiqətlərə dərindən dalmağa çalışırlar. Rəssamlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə “meydan oxuyur” və destruktiv davranış modellərindən uzaqlaşmaq üçün, öz hekayələrini təklif edirlər.


Açılış: 14 iyul, 2022

Saat: 19:00


Sərginin müddəti: 14 iyul – 25 sentyabr, 2022


ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5

Giriş COVID pasportu ilədir

Yüklənir