May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: SAFEZONE (TƏHLÜKƏSİZ ZONA) QRUP SƏRGİSİ

10 Noy - 05 Fev 23

YARAT Müasir İncəsənət Məkanı gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev, Maksim Tatarintsevin SAFEZONE (Təhlükəsiz zona) adlı qup sərgisini təqdim edir.


Sərgi öz ilhamını fransız filosofu Mişel Fuko tərəfindən mühazirə üçün işlənib hazırlanmış “Digər məkanlar haqqında: Utopiya və heterotopiya” (1967) adlı konsepsiyadan götürüb. “Heterotopiya” (“hetero” - digər, “topos” - yerlər) bir məkan daxilində xüsusilə ziddiyyətli və dəyişən, fərqli sayılan bir məkan kimi təsvir edilir. Mişel Fukonun fikrincə, utopiyalar, prinsip etibarilə, gerçək yeri olmayan və cəmiyyəti ideal formada təmsil edən yerlərdir. Bununla yanaşı, bəzi yerlər utopiyalara ziddir: böyük ehtimalla, hər bir mədəniyyətdə, hər sivilizasiyada həqiqi yerlər — həqiqətən mövcud olan və cəmiyyətin təməl daşını formalaşdıran yerlər var; onları bir növ “əks-ərazilər”, hardasa, effektiv şəkildə həyata keçirilmiş utopiya adlandırmaq olar.

Konsepsiyanın prinsiplərindən biri, “böhran heterotopiyası” adlanır və böhran vəziyyətində ola bilən cəmiyyət üzvləri üçün ayrılmış yerlərdən bəhs edir. Bu kontekstdə, qalereya məkanı rəssamlar üçün “heterotopiya” kimi təqdim olunur. Mövcud böhranda dayaq nöqtəsini tapmaq üçün, rəssamlar öz hekayələrini araşdıraraq, bu günü bərpa etmək üçün xəyali görüntülər yaradırlar. Özlərini ifadə etmək, əks etdirmək və katarsis üçün bir vasitə kimi onlar bədii mühitdən istifadə edirlər.

Ümumi qeyri-müəyyənlik və get-gedə azalan təhlükəsizlik şəraitində “sığınacaq” və “ev” anlayışları efemerik xüsusiyyətlər əldə edib: insanlar bir göz qırpımında öz başlarının üzərində damı itirirlər. “SAFEZONE” rəssamların yaddaş, yerdəyişmə, paklanma, virtual aləm və zaman kimi müxtəlif kontekstlərdə təfsir etdiyi reallıq və paralel utopiya arasındakı məkana istinad etməklə, “sığınacaq” və “ev” kimi ambivalent anlayışlarını araşdırır.

Rəssamlar istər fiziki məkanda, istərsə də onun hüdudlarından xeyli kənarda, onlar “təhlükəsiz zonalarda” vasitəçi qismində çıxış etməklə, müxtəlif sığınacaq formalarını təklif edirlər.


Açılış: 10 noyabr, 2022
Saat: 19:00

Giriş COVID pasportu ilədir


Sərginin müddəti: 10 noyabr, 2022 – 5 fevral, 2023


Məkan: ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5



Yüklənir