May 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: ÇƏHRAYI-QARA QRUP SƏRGİSİ

19 May - 24 Sen 23

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Çəhrayı-Qara” adlı qrup sərgisini təqdim edir. Ekspozisiya Rasim Babayev, Əzim Əzimzadə, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Elmira Hüseynova, Fərhad Xəlilov, Ağa Mehdiyev, Fazil Nəcəfov, Toğrul Nərimanbəyov, Ələkbər Rzaquliyev, Elmira Şahtaxtinskaya və Əli Verdiyev kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Aqil Abdullayev, Şahnaz Ağayeva, Aiplague, Erkin Ələkbərli, İslam Həsənəlizadə, Vüsal Rəhim və Soltan Soltanlının rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir. 

Plüralistik və müasir cəmiyyətdə çəhrayı rəngi “qıza məxsus” artıq qəbul olunmuş assosiasiya/klişedir. Qara rəngin semantikası müxtəlif dövrlərdə, mədəniyyət və dinlərdə fərqli olsa da, onun assosiativ olaraq bəxş etdiyi əsas təəssürat neqativ ideyalarla səsləşir. Bununla belə, sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır. 


VİRTUAL TUR


“Çəhrayı-Qara” sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini/əksini tapır. Sərgi, qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir.

Çəhrayı-Qara sərgisi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsiyyət mənsubiyyətinin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltəraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub. 1980-ci illərdən etibarən qadın və kişi idealları, keçmişin cinssiz təbliğat klişelərindən uzaqlaşaraq, nəzərdən keçirildi. Sovet hakimiyyətinin süqutundan sonra yeni qazanılan azadlıqlar neokonservativ məhdudiyyətlər ilə ayaqlaşaraq, qadın identikliyinin siyasi və ictimai əhəmiyyətini vurğulamaq üçün qadınlığın tarixi alleqoriyalarına işarələr verməyə başladı...


Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və

Antropologiya İnstitutu, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.


Sərginin kuratoru Fərəh Ələkbərlidir.


Xüsusi təşəkkürlər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.


Sərginin açılışı: 19 may, saat 19:00

Saat 19:00 – Vüsal Rəhimin performansı

Saat 20:00 – Nigar İbrahimbəylinin performansı

Sərginin tarixləri: 19 may – 24 sentyabr, 2023

Yüklənir