May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: YEDDİNCİ TƏNHALIQ QRUP SƏRGİSİ

08 İyn - 22 Okt 23

"Mənim tənhalığım insanların varlığından və ya yoxluğundan asılı deyil; əksinə, mənə səmimi dostluq təklif etmədən tənhalığımı oğurlayan insanlara nifrət edirəm". 

Fridrix Nitşe


VİRTUAL TUR


YARAT Müasir İncəsənət Məkanı Azərbaycan rəssamlarının Yeddinci tənhalıq adlı qrup sərgisini təqdim edir. Ekspozisiya YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyevin, Tərlan Qorçunun, Orxan Hüseynovun, Ramal Kazımın, Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Eltac Zeynalovun, İsmayıl Səfərəlinin və Nadir Eminovun əsərlərini bir araya gətirir.

Sərgi, alman filosofu F. Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma/yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır.

Tempi yüksək olan çağdaş həyatımızda insanların çoxluğuna baxmayaraq, onların arasında olan sıx təmaslar ünsiyyət imkanlarını genişləndirmir. Sosial-psixoloji stereotiplərin, zövqlərin, qiymətləndirmənin, davranış və qavrayış formalarının “konveyer istehsalı” individual fərqliliklərin xüsusiyyətlərini məhv edərək, faktiki olaraq şəxsiyyətin parçalanmasına gətirib çıxarır. Aydın məsələdir ki, müasir cəmiyyətdə “yeddinci tənhalığa” çatmaq üçün tərki-dünya olmaq müəyyən sosial kontekstə də bağlıdır. Bu anlamda tənhalıq fiziki deyil, cəmiyyətdən mücərrədləşərək mənəvi olmasını da nəzərdə tutur. Bunların fonunda, şüurlu şəkildə tənhalığa üz tutan individlərin sirli “yeddinci tənhalıq” axtarışında olması sərginin əsas leytmotivini təşkil edir.   

Sərgi “tənhalıq” məfhumunun ilkin təzahüründən “yeddinci tənhalıq” deyilən daha yetkin və çoxsaylı metamorfozlara uğramış durumdan bəhs edir. Bu durum, dərkedilmiş seçim olaraq azadlıq, “mənə” aparan Yol, varlıq kimi anlayışlarla bağlıdır. Tənhalığı özünə əsas istiqamət kimi işarələyərək, həmçinin fövqəlinsana aparan fərdi/şəxsi təcrübə və müşahidələri işıqlandıran sərgi, həm də bu Yolun tərkib hissəsinə çevrilmiş məqamları da vurğulayır: azadlıq, dəyərlər sistemi, məqsəd və ümidlər, haqq və güc, itaət, instinktlər və s. Bu tənhalıq şəxsi mənsubiyyəti araşdıraraq, onun digər sosial mühitlərdən üstünlüyünü diqqətə çatdırır.  


Sərginin kuratoru Fərəh Ələkbərlidir 


Sərgi: Yeddinci tənhalıq qrup sərgisi

Sərginin tarixləri: 8 iyun – 22 oktyabr, 2023

Məkan: YARAT Mərkəzi

Ünvan: Bakı, Bayıl qəs., Dövlət Bayrağı Meydanı

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

Yüklənir