Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

AZƏRBAYCAN VƏ İTALİYA: İNCƏSƏNƏT VƏ DİZAYN BAĞLANTILARI İQOR ZANTİ İLƏ GÖRÜŞ

20 Noy 16

Əziz dostlar, YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə sizi İtaliyanın tanınmış "Istituto Europeo di Design" (IED) dizayn məktəbinin iştirakı ilə təşkil ediləcək möhtəşəm tədbirə dəvət edir.

 

IED dizayn məktəbi, Bakıda keçiriləcək tədbirdə İtaliya səfirliyinin dəstəyi və "Azərbaycan Moda Həftəsi", Rəqəmsal Moda Departamenti və "L'Officiel Azerbaijan" jurnalının dəvəti ilə iştirak edəcək.

Tədbirin sonunda, AMW (Azərbaycan Moda Həftəsi) tərəfindən təşviq edilən "Noicons IED" müsabiqə layihəsinin qaliblərinə IED tərəfindən 3 təhsil təqaüdü təqdim olunacaq və yaradıcılıq portfolioların baxılışı ilə yanaşı, konfrans da keçiriləcək. 


IED-nin Venesiya filialının art-tənqidçisi və direktoru, kurator İqor Zanti tərəfindən "Azərbaycan və İtaliya: İncəsənət və Dizayn bağlantıları" mövzusunda keçiriləcək konfransdan sonra, yaradıcılıq portfolioların qiymətləndirilməsi ilə bağlı sessiya baş tutacaq.


İqor Zanti uzun illərdir ki, müasir incəsənət və tətbiqi sənət layihələrində art-tənqidçi və kurator qismində çıxış edir. O, 2005-ci ildən etibarən, İsveçrədə yerləşən Barbara Mahler Qalereyasının kuratorudur. Nüfuzlu “Arte Laguna” incəsənət mükafatının, eləcə də fotoqrafiya sənəti üzrə “I diari della Terra” mükafatının həm təsisçilərindən biri, həm də münsiflər heyətinin üzvüdür. İqor Zanti bir sıra mədəniyyət cəmiyyətlərinin bədii məsələlər üzrə müşaviri və 2008-ci ildən Molyano-Venetto kommunasında yerləşən (İtaliya) Brolo Muzeyi – İncəsənət və Mədəniyyət Mərkəzinin bədii rəhbəridir. 

İqor 2009-cu ildən IED ilə əməkdaşlıq edir. O, öz fəaliyyətinə mühazirəçi kimi başlasa da,  2012-ci ildən etibarən IED-in Venesiya filialının direktoru kimi fəaliyyət göstərir. Bundan əlavə, yazıları incəsənət üzrə müxtəlif jurnallarda dərc olunur. 

İqor Zantinin mühazirənin əsas bəyanatı, italyan dizaynının texniki və estetik formalizm istisna olmaqla, özəl sahibkarlıq, ələlxüsus da istehsal və marketinq kimi sahələrdən qaynaqlandığı vurğulanır.

Bu gün İtaliyada dizayn təhsili, dizayn vasitəsilə biznesin qurulmasını ehtiva edən italyan ənənələri ilə uyğunluq təşkil edir. Dizayn vasitəsilə sahibkarlıq, dizayn təhsilində yeni perspektivi -  kreativ şirkətlərin təsis edilməsi ilə maariflənmə ideyasını dəstəkləyir. Müasir dizaynerlər üçün, müxtəlif yaradıcılıq sahələrində irəli getmək və incəsənət, moda, fotoqrafiya, dizayn, reklam aləmində bu gün baş verənləri dərk etmək çox vacibdir. Bu da öz növbəsində dizayn hədəfini açıqlayanda, onlar arasında daha geniş rəqabətə davamlılıq və etibarlılıq mühitini təmin edir.


Dil: ingilis

 


Tarix: 20 noyabr, 2016

Saat: 15:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir