Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ASAN XİDMƏT VƏ YARAT İNCƏSƏNƏT ÜZRƏ MÜHAZİRƏLƏR SİLSİLƏSİ TƏQDİM EDİR

26 Sen - 05 Dek 14

YARAT Müasir İncəsənət Məkanı, “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr təşkil edir. Layihənin əsas məqsədi tanınmış mütəxəssislər tərəfindən incəsənət sahəsi ilə bağlı ümumi mühazirələrin keçirilməsidir. 

Azərbaycan və dünya mədəniyyəti və incəsənəti haqqında keçirilən mühazirələr Beynəlxalq Muğam Mərkəzində “ASAN xidmət” mərkəzinin əməkdaşları, könüllüləri və vətəndaşlarımız üçün nəzərdə tutulmuşdu. Öz sahəsində tanınmış mütəxəssislər tərəfindən auditoriyanı maraqlandıran mədəniyyət və incəsənət sahəsi ilə bağlı mühazirələr proqramı tərtib olunmuşdur. 

Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib. Layihə başlanan müddətindən bu günə kimi 7 mühazirə təşkil olunub və ümumilikdə 1000-dən artıq dinləyici iştirak edib.


Mühazirələr aşağıdakı proqram üzrə nəzərdə tutulmuşdu:

Əsmər Abdullayeva

Sənətşünaslıq elminə giriş   

26 sentyabr

Cəmilə Həsənzadə

Azərbaycan miniatür incəsənəti  

10 oktyabr

 

İmpressionizm, postimpressionizm, kubizm   

24 oktyabr

 

Rus avanqardı (suprematizm) 

5 dekabr

Xanım Əskərova

Azərbaycan Sovet incəsənəti 90-cı illərədək  

October 31

 

Azerbaijan Contemporary Art from 1990s until now

21 noyabr

Ziyadxan Əliyev

Səttar Bəhlulzadə 

17 oktyabr

 

Azərbaycan incəsənəti XX əsrin 50-80-ci illəri (nonkonformistlər)

7 noyabr

Rayihə Əmənzadə

Azərbaycan memarlıq məktəbləri 

15 noyabr

Kübra Əliyeva

Azərbaycan incəsənəti orta əsrlərdə 

28 noyabr


Beynəlxalq Muğam Mərkəzi

Ünvan: Neftçilər prospekti, 9

Giriş sərbəstdir!


Əsmər Abdullayeva, sənətşünas elmləri üzrə fəlsəfə doktoru.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 14 illik akademik təcrübəyə sahibdir. Eyni zamanda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və “Şirvanşahlar sarayı” muzeyin ekspert komissiyasının üzvüdür. Bir çox yerli və beynəlxalq konfranslarda ekspert-mühazirəçi qismində iştirak edib. “Potent ion” dekorativ incəsənət və sənətkarlıq festivalının müəllifi və kuratoru olub.

Cəmilə Həsənzadə, professor.

Bakı, Paris, Moskva, Təbriz, Sankt-Peterburq, Daşkənd, Düşənbə, Tiflis, Palanga və beynəlxalq konfrans və simpoziumlarda mühazirəçisi və iştirakçısı olmuşdu. Luvr, Fransa Milli Kitabxanası, Gime Muzeyi, Paris Dekorativ sənətlər Muzeyi, Afinadakı Yunanıstan Milli Kitabxanası, Benaki Muzeyi və bir çox fondlarda tədqiqatlarla məşğul olub. Həmçinin İstanbulun Topkapı Muzeyi və Türk və İslam sənəti Muzeyində, Sankt-Peterburqun Dövlət Kütləvi Kitabxanasında, Ermitajda, REA-nın Şərqşünaslıq İnstitutunda çoxsaylı elmi tədqiqatlarının araşdırmaçısıdır. 150-dən artıq elmi əsər, həmçinin 8 monoqrafiya, 2 albom və 2 dərslik müəllifidir.

Ziyadxan Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. Azərbaycan Rəssamlar İttifaqında “Tənqid və sənətşünaslıq” bölməsinin sədridir. Yerli və xarici ölkələrində çap olunmuş “Sənətin Məcnunu”, “Naməlum Səttar”, “Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi”, “Eldar Mikayılzadə”, “Azərbaycan eklibrisi”, “Mənbələr”, “Görüş Nurəddinoğlu”, “Cəmil Müfidzadə”, “Altay Hacıyev”, “Cizgilərə hopan ömür”, “Sabir təsviri sənətdə”, “Azərbaycan incəsənəti” ensiklopediyası (III cildlik), “Fəxrəddin Seyfəddinoğlu” və s. məqalə və kitabların müəllifidir.

Rayihə Əmənzadə, professor.

Memarlıq doktoru, Azərbaycan Memarlıq İttifaqının üzvü. 120-dən artıq elmi məqalənin, 3 kitabın müəllifi və 1 kitabın həmmüəllifidir.


FACEBOOK EVENT

Yüklənir