Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB ZEYQAM ƏZİZOVUN FİLMLƏRİNİN NÜMAYİŞİ

30 Noy 15

YARAT Müasir İncəsənət Məkanı müasir incəsənət videoları və filmlərinə baxılması və müzakirə olunması üçün qeyri-rəsmi görüş yeri kimi nəzərdə tutulmuş YARAT Film Klubunun növbəti sessiyasına dəvət edir. 

Bu dəfə biz Zeyqəm Əzizovun üç esse filminin nümayişinə ev sahibliyi edəcəyik. Bu esselər trilogiya şəklində bir araya gətirilir. Sənədli film 2000-ci ildə başlanan və bu günədək davam edən tədqiqat haqqındadır. Trilogiyanın əsas ideyası insanların qızğın hərəkətlərinin hərəkətdən təsvirə necə çevrildiyini əyani surətdə göstərməkdədir.

Tədbirdə həmçinin Bədii jurnalın təsisçisi və baş redaktorı, kurator Viktor Mesiano iştirak edəcək və filmin nümayişindən sonra sual-cavab silsiləsi keçiriləcək.


“Miqrasofiya” (2000) – Bu film bilik sənayesinin inkişafından, onun qloballaşma prosesini necə stimullaşdırdığından və xalq hərəkətinə təsirindən (bu, “miqrasiya paradiqması” da adlandırılan və təsvirlərin müzakirəsi zamanı əsas mövzuya çevrilə bilər) bəhs edir.  Öyrənmə işini və onun gündəlik həyata təsirini araşdıraraq, bu qısa film bizi orta məktəbdən (şagird partasından) ictimai internet klublarına (müəyyən hiper real teatr) qədər davam edən bir səyahətə aparır. 


“Alberto Adrianonun sorağında” (2005) – Bu sənət əsəri 2000-ci il avqustun 23-də, çərşənbə günü Birləşmiş Krallığın "BBC News" televiziya kanalının Şərqi Almaniyanın Dessau şəhərciyində irqçilərin mozambikli mühacir Alberto Adrianonu öldürdüyü haqda yaydığı xəbərə münasibəti ifadə edir.  


“Simpozium” (2011) – Bu film təsvirlərlə birləşdirilmiş “mühazirədən” ibarətdir.  İranlı fotoqraf Reza Deqqətinin çəkdiyi bir fotodan bəhs edir. Bu foto təsvirlər Azərbaycanın Bakı şəhərində, tərk edilmiş neft mədənlərində oynayan uşaqları əks etdirir. O, bir meydançanın (neftlə dolu meydançanın) digər meydançanın (oyun meydançası) başlanğıcına necə çevrildiyini göstərir. Lakin bu təsvir həm də fotoqrafın özünün uşaqlığı ilə bağlıdır və uşaqlığın keçdiyi ərazi ilə təsvir vasitəsilə yaradılmış bir əlaqədir.


Zeyqəm Əzizov Azərbaycan əsilli Britaniya rəssamıdır.  O, Azərbaycanda anadan olub, hazırda Londonda (Birləşmiş Krallıq) yaşayır və işləyir. Fransa, Britaniya və Avstriyada incəsənət və fəlsəfə üzrə təhsil alıb.  Onun fəaliyyətinin əsasını təsvirlər vasitəsilə biliklərin çarpaz dövriyyəsi və müasir incəsənətdə fəlsəfi paradiqma məsələləridir. Zeyqəm Əzizov bu məsələləri videoların və kinofilmlərin, rəsm əsərlərinin və instalyasiyaların (bədii konstruksiyaların) timsalında tədqiq edir. Zeyqəm Əzizov "Moscow Art Magazine" incəsənət jurnalının daimi müəlliflərindəndir. Avstriyanın Klagenfurt Universitetində təsviri incəsənət haqqında mühazirələr oxuyan Zeyqəm Əzizov həmçinin bu universitetin KİV və Rabitə Elmi Şurasının üzvüdür. 


Viktor Misiano Moskvada, bir də İtaliyanın Çelye Messapika şəhərciyində yaşayır. A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində müasir incəsənət üzrə kurator vəzifəsində çalışıb (Moskva, 1980-1990), Müasir İncəsənət Mərkəzinin (CAC) direktoru olub (Moskva, 1992-1997). Müstəqil kurator kimi fəaliyyət göstərərək “Manifesta 1” Avropa Biennalesinin (Rotterdam, 1996) kuratorlar komandasında çalışıb, 3-cü İstanbul Biennalesinin (1996) Rusiya bölməsini tərtib edib, 46-cı və 50-ci Venesiya Biennalesinin (1995, 2003), 1-ci Valensiya Biennalesinin (İspaniya, 2001), 25-ci və 26-cı San-Paulo Biennalesinin (Braziliya, 2002, 2004), 51-ci Venesiya Biennalesinin Orta Asiya Pavilyonunun (2005), Filadelfiya İncəsənət Muzeyində keçirilmiş “Həqiqi kinoteatr / obrazlara qayıdış: Orta Asiya videofilmləri”, bir də “Artan nostalji: sabiq SSRİ-nin incəsənəti” (Prato, İtaliya, ondan sonra: Afina, Yunanıstan; Tallin, Estoniya; Helsinki, Finlandiyada nümayiş etdirilib) kimi tədbirlərin kuratoru olub. 1993-cü ildə “Moscow Art Magazine” jurnalını təsis edib və o vaxtdan başlayaraq həmin jurnalın baş redaktorudur; 2003-cü ildə müasir incəsənət sahəsində kurator işini işıqlandıran “Manifesta” (Amsterdam-Lyublyana) jurnalını təsis edib və o vaxtdan başlayaraq bu jurnalın da redaktoru olub. Helsinki İncəsənət və Dizayn Universitetinin fəxri doktorudur.


Filmlər İngilis dilində nümayiş olunacaq.


12 +


Tarix: 10 noyabr, 2015

Tarix: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir