Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: ANFİSA BESSONOVA VƏ ANAR GURBANOV

07 Apr 17

YARAT Müasir İncəsənət Məkanı sizi aprelin 7-si, fotoqraflar Anfisa Bessonova və Anar Qurbanovun yaradıcı dueti ilə görüşə dəvət edir.


Bu dəfə görüş dialoq formatında keçiriləcək. Müzakirə mövzusu isə "Müasir fotoqrafiya, ciddi qeyri-ciddilik haqqında" adlanır.


Anfisa Bessonova – təhsilcə iqtisadçıdır. İxtisası üzrə bir gün də işləməyib. Neçə ildir fotoqrafiya ilə məşğul olur deyə bilmir, amma özünü bu sənətdə tapıb və kifayət qədər dəyərli iş görüb.

Anar Qurbanov – şəhərsalma üzrə memar ixtisasının magistridir, gələcəkdə elmlər doktoru olmaq istəyir. Fotoqraf və videoqrafdır. “Demiragach” brendinin təsisçisi və “Hypnotica” şirkətinin texniki direktorudur.


Anfisa Bessonova və Anar Qurbanov artıq beş ildir ki, birgə çalışırlar. Müştərək bədii yaradıcılığda onların faydalı cəhətləri bir-birini tamamlayır. Demək olar ki, bütün çap və onlayn nəşrlər ilə əməkdaşlıq edirlər. Sevimli bölmələri: Fashion-fotoqrafiya və portretlər.


Tarix: 7 aprel, 2017

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanının yaxınlığı.

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir