Aprel 2024

WEEKLY TALK: ULVIYYA KONUL

29 Mar 17

YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq. 

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.

Yaz fəsli yaxınlaşdıqca YARAT Müzakirələri proqramının tədbirlərini daha müntəzəm təşkil etməyə başlayacağıq. Həmsöhbətlərimiz isə hər zamankı kimi biri-birindən maraqlı şəxslər olacaqdır.


Artıq ənənəyə çevrilmiş “YARAT Müzakirələri” layihəsinin növbəti tədbiri 29 Mart 19:00-da baş tutacaq.


Növbəti tədbirimizin qonağı rejissor Ülviyyə Könül ilə incəsənət və kino haqqında ümumi söhbət olacaq. Kino sənayesi vasitəsi ilə müasir əfsanələr və xəyallar necə yaranır? Azərbaycan kinemotoqrafiyası ilə bağlı ən məhşur steriotiplər hansılardır?


Tarix: 29 mart 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir