Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: SAMİR KƏRİMOĞLU

01 Mar 17

YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq. 

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.

Yaz fəsli yaxınlaşdıqca YARAT Müzakirələri proqramının tədbirlərini daha müntəzəm təşkil etməyə başlayacağıq. Həmsöhbətlərimiz isə hər zamankı kimi biri-birindən maraqlı şəxslər olacaqdır.


Bizim ənənəyə çevrilmiş “YARAT Müzakirələri” layihəsinin növbəti tədbiri yaz mövsümünün ilk günü martın 1-i keçiriləcək. Məqsədimiz tanınmış simalara müraciət edərək, YARAT Mərkəzinin mövcud sərgilərini mülahizə etmək, müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaqdır.


Növbəti tədbirimizin qonağı ssenari müəllifi, rejissor və aktyor Samir Kərimoğlu olacaq.


Tarix: 1 mart 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 1-ci mərtəbə

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir