Aprel 2024

RƏSSAM İLƏ TANIŞLIQ: ARİF HÜSEYNOV

24 Fev 17

YARAT Müasir İncəsənət Məkanı “Rəssamla tanışlıq” adlı yeni layihəni təqdim edir.


Layihənin məqsədi iştirakçıları müasir rəssamların istifadə etdikləri yeni texnologiya və materiallarla yaxından tanış etməkdir. Layihə çərçivəsində dəvət olunmuş müxtəlif nəsil sənətkarları sizinlə müəyyən materiallarla işləmək haqqında öz şəxsi təcrübələrini və peşəkar sirlərini bölüşəcəklər. Onların əsərləri necə yaratıqlarından agah olacaqsınız.

Proqramın praktiki hissəsində rəssamın rəhbərliyi altında onu metodologiyasına uyğun olaraq hər bir iştirakçı sadə çalışmaları yerinə yetirəcəkdir. İlk tədbirin qonağı Azərbaycanın xalq rəssamı, dəzgah qrafikası ustası, plakatçı və kitab tərtibatçısı Arif Hüseynovdur. Görüşün mövzusu: “Müasir miniatür sənəti”.


Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə iştirak ödənişsizdir, görüşlər YARAT-ın muzey məkanında təşkil ediləcəkdir.


Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960-62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965-72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır. 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.


Qeydiyyat üçün: +994 50 246 9292 nömrəsinə zəng edin


Tarix: 24 fevral 2017-ci il

Saat 19:00

Ünvan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə


FACEBOOK

Yüklənir