Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: EMİN MUSƏVİ

14 Sen 16

YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq. 


Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.  


Emin Musəvi bir çox TV və radio layihələrinin müəllifi və aparıcısı olub. 2009-cu ildən “EMco” kompaniyası adından müəllif verilişlər, PR kampaniyalar hazırlayıb həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə təqdim edib. Hal-hazırda Emin “ASAN Radio”nun rəhbəridir.


Tarix: 14 sentyabr 2016

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir