Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: CABİR İMANOV

25 Avq 16

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

 


Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.  


Avqust ayının 25-i, “Həftəsonu danışıqlar” layihəsinin növbəti qonağı, Azərbaycanın əməkdar artisti və “Parni iz Baku” ŞHK-nun keçmiş üzvü Cabir İmanov olacaqdır. İstedadlı aktyor olan Cabir “Qorxma, mən səninləyəm! 1919”, “Məşədi İbad 94”, “Qraf Krestovski”, “Məhəllə” və başqa filmlərdə çəkilib.


Tarix: 25 avqust 2016

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir