Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: RƏNA BABAYEVA

11 Avq 16

Əziz dostlar!

YARAT Müasir İncəsənət Məkanı Sizi böyük məmnuniyyətlə Obsess Lingerie brendinin təsisçisi və dizayneri RƏNA BABAYEVA ilə görüşə dəvət edir. Hər kəsi YARAT Müasir İncəsənət Mərkəzinin birinci mərtəbəsində keçirilən tədbirə qoşulmağa dəvət edirik.

Rəna Babayeva 23 yaşındadır, Rusiya Federasiyasının Uzaq Şərqində anadan olmasına baxmayaraq, bütün həyatını Bakıda keçirib. O, Bakı Dövlət Universitetinin “Regionşünaslıq” fakültəsini bitirmiş, magistr dərəcəsi üzrə təhsilini Bakı Neft və Sənaye İnstitutunda davam etdirmişdir.   

Obsess Lingerie brendinin yaradılması onun uşaqlıqdan dizayner olmaq arzusunu həyata keçirməyə şərait yaratmışdır. 

Obsess Lingerie qadınların özlərini qiymətləndirməsi və daha inamlı hiss etməsinə yardım edən bir başlanğıcdır. 


Tarix: 11 avqust, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


Yüklənir