Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: NƏRMİNƏ AĞASI

15 İyl 16

YARAT 15 iyul tarixində sizi Bakı Musiqi Akademiyasının dosenti, incəsənət tarixi üzrə fəlsəfə doktoru, Bakıda ilk özəl model evinin yaradıcısı Nərminə Ağası ilə görüşə dəvət edir.

Nərminə Ağası İmpress Ltd. nəşriyyat evinin rəhbəri, PASSAGE jurnalının baş redaktoru, Amerikada yerləşən BMTG-nin (Bruklin Musiqi Müəllimləri Gildiyası) və “Musiqi Təhsili və Autizm” proqramının üzvüdür. 


Nərminə Ağası Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi nəzəriyyə fakültəsini bitirmiş, incəsənət tarixi üzrə fəlsəfə doktoru elmi dərəcəsinin və Bakı Musiqi Akademiyası kafedrasında dosent vəzifəsinin sahibidir.

1993-cü ildə ölkədəki ilk özəl model evini açmış və İncəsənət institutunda modellik fakültəsinin əsasını qoyanlardan biri olmuşdur. 

1997-ci ildə şəxsi sərgisini – daş üzərində oymalardan ibarət sərgisini nümayiş etdirmişdir. Rəssam və dizayner Nərminə Ağası haqqında bir çox beynəlxalq səviyyəli jurnallarda məqalələr dərc olunmuşdur.

2002-ci ildə, o, üç aparıcı jurnalın – “Autograph”, “Architech” və “PASSAGE” jurnallarının dərc olunduğu İmpress Ltd. nəşr evinə rəhbərlik etməyə başlamışdır. Bu günə qədər də Amerikaya köçmə ilə əlaqədar olaraq rebrendinq keçərək format və ad dəyişdirmiş PASSAGE WORLD jurnalının baş redaktorudur. 

Nərminə Ağası həmçinin, mütəmadi olaraq Eurovision kimi beynəlxalq musiqi müsabiqələrinin jüri heyətinə daxil olur və sosial-ictimai aktiv həyat tərzi yaşayır. O, ABŞ-a köçdükdən sonra Nyu Yorkda keçirilmiş və Vaqif Mustafazadənin doğum gününə həsr olunmuş xüsusi gecə də daxil olmaqla bir neçə konsert vermişdir. Amerikaya köçər-köçməz Nərminə Ağasi “Amerikanın Səsi” televiziya verilişinə intervyu verərək gələcək planları haqqında danışmış və Beynəlxalq Autizm günündə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında radioda çıxış edərək bu xəstəliyə düçar olmuş uşaqlarla iş barəsində və onlarla növbəti il Karneqi Hallda təşkil olunması nəzərdə tutulan böyük konsert proqramı haqqında məlumat vermişdir. Bu yaxınlarda o, məşhur azərbaycanlı musiqiçilər Fərhad Bədəlbəyli və Sahib Paşazadənin də çıxış etdikləri ayrı-ayrı ştatlarda 17 konsert vermiş Dmitriy Yablonskinin rəhbərlik etdiyi Yerusəlim simfonik orkestrinin Amerika turnesinə jurnalist kimi daxil olmuşdur. Nərminə Ağası, eyni zamanda il ərzində autizm xəstəliyinə tutulmuş uşaqlar üçün keçirilən müxtəlif xeyriyyə tədbirlərində iştirak edir və özünün yenilənmiş onlayn PASSAGE WORLD jurnalında hər iki ölkədə keçirilən tədbirlər haqqında məlumat verərək Amerika və Azərbaycan arasında  mədəni körpü rolunu oynayır.


Tarix: 15 iyul, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir