Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: LEYLA NOVRUZOVA

24 İyn 16

YARAT Müasir İncəsənət Məkanı sizi 24 iyun 2016-cı il tarixində BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə İR departamentinin vitse-prezidenti Leyla Novruzovanın iştirakı ilə təşkil olunacaq söhbətə qoşulmağa dəvət edir. 

 


Leyla Novruzova 1971-ci ildə Bakıda anadan olub. O, iş fəaliyyətinə Azərbaycan Dillər Universitetini bitirdikdən və Azərbaycan Respublikası Milli Məclisində 1 illik iş təcrübəsinə yiyələndikdən sonra AMOCO, Amerikan Neft Şirkətinin əməkdaşı olaraq 1993-cü ildə başlamışdır. Məhz bu şirkət özü də daha sonralar BP şirkətinə birləşdirilmişdir. Leyla Novruzova o zamandan bəri İR sahəsində yalnız Azərbaycanda deyil, Pakistan, ABŞ, Rusiyada da çalışaraq böyük uğurlara imza atmışdır.  

 O, eyni zamanda 2009-cu ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 15-ci ildönümündə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülən bir sıra gənclərdən biridir. 

2013-cü ilin iyun ayından BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə İR departamentinin  vitse prezidentidir. 

2016-ci ilin yanvarında isə AmCham Azərbaycanın İR departamentinin sədri vəzifəsinə təyin olunmuşdur.


Tarix: 24 iyun, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


Yüklənir