Aprel 2024

ALEKSANDR DZÜBANIN YARADICILIQ AXŞAMI

04 May 16

Əziz Dostlar!
YARAT Müasir İncəsənət Məkanı sizi aktyor Aleksandr Dzübanın yaradıcılıq axşamında iştirak etməyə dəvət edirik.


Yaradıcılıq axşamında Aleksandrın rəhbərliyi ilə YARATda təşkil olunan Kinoda Poetika layihəsi barədə söhbət açılacaqdır.


ALEKSANDR DZÜBA – rusiyalı teatr və kino aktyorudur, “Kişisayağı tətil” (“Мужские каникулы”), “Mənim gözəl dayəm” (“Моя прекрасная няня”), “Sovet dövrünün parkı” (“Парк советского периода”) və s. kinofilm və seriallara çəkilib. 1993–1997-ci illərdə Kiyevdə İ.K.Karpenko-Karıy ad. Dövlət Teatr Sənəti İnstitutunda (КГИТИ) Mixail Reznikoviçin emalatxanasında oxuyub. 1993–1997-ci illərdə Lesya Ukrainka ad. Dövlət Akademik Rus Dram Teatrının (Kiyev) aktyoru olub. 1997–1999-cu illərdə Roman Viktyuk Teatrının (Moskva) aktyoru olub. 1999–2001-ci illərdə Aktyor Studiyasında dərs deyib və Estoniya Dövlət Rus Dram Teatrının (Tallin) rejissoru olub. 2001–2006-cı illərdə Roman Viktyuk Teatrının (Moskva) aktyoru olub. 2006–2010-cu illərdə RWS, Young Media, Tandem Films studiyalarında quruluşçu-rejissor kimi fəaliyyət göstərib. 2010-cu ildən başlayaraq indiyə kimi Roman Viktyuk Teatrının (Moskva) aktyorudur.


Tarix: 4 may, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir